İrəvan qalası — 1504-cü ildə Səfəvi hökmdarı I Şah İsmayılın tapşırığı ilə, vəziri Rəvanqulu xan tərəfindən Zəngi çayının sahilində, indiki İrəvan şəhərinin yerində inşa edilmiş qala. Qala onu tikdirənin adı ilə Rəvan qalası kimi tanınmış, sonralar “Rəvan” sözü dialektdə “İrəvan” kimi işlədilmişdir.[1]

İrəvan qalasının Çar Rusiyası tərəfindən işğal edilməsi (rəssam Frans Alekseyeviç Rubo)

Sitatlar redaktə

  • İrəvan qalası Avropa hərbi qaydaları üzrə möhkəmləndirilib, onun iki divarı, xəndəyi və torpaqdan düzəldilmiş səddi vardı. Təpənin üstünə əvvəllər burada yerli hərbçilər tərəfindən tətbiq edilməyən karteçlə işləyən toplar qoyulmuşdu. İrəvanlılar fuqas bombalarından istifadə edirdilər ki, bu da fransız mühəndislərinin fəaliyyətinin bəhrəsidir. — İvan Qudoviç[2]
  • İrəvan qalası təxminən səkkiz yüz evdən ibarətdir. Ora­da ancaq təmizqanlı qızılbaşlar yaşayırlar. — Jan Şarden [3]

İstinadlar redaktə

  1. İrəvan qalası məqaləsi, Naxçıvan Ensiklopediyası, AMEA, Bakı, 2002, səh 214
  2. Бутков П.Г. Материалы для новой истории Кавказа с 1722 по 1803 г.г.s.254.
  3. Fuad Əliyev, Urfan Həsənov. "İrəvan xanlığı". Bakı, "Şərq- Qərb", 2007, ISBN 978-9952-34-166-9, s.45.