Aşanti atalar sözləri
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A redaktə
- Adamı xəcalət qədər heç nə yaralamır.
- Axmaq oynamağı öyrənincə, oyunçular dağılışar.
- Axmağa atalar sözü deyiləndə onun mənasını ona izah etmək lazımdır.
- Ağaca dırmaşmaq istəyən hər kəs yuxarıdan deyil, aşağıdan başlayır.
- Ağaca çox qonan quşa daş atarlar.
- Ağılsıza məsəl deyəndə gərək mənasını da başa salasan.
- Artıq atəşə məruz qalmış ağacı yandırmaq çətin deyil.
- Arvadı beş olanın dili də beş olar.
- Atanın yolu ilə gedəndə onun kimi yeriməyi öyrənirsən.
- Ay yavaş hərəkət edir, lakin şəhəri keçir.
B redaktə
- Bəla gələndə xəbər eləmir.
- Bəbir çox acanda ot da çeynər.
- Bəzən bütöv bir fili yeyirsən, boğazında heç nə qalmır: balaca bir balığı yeyirsən, sümüyü qalır boğazında.
- Bir kişi sənə tərəf gələndə “Bura gəl” deməyə ehtiyac yoxdur.
- Bir insan üçün bədbəxtlik başqa bir insan üçün şansdır.
- Bir millətin məhvi onun xalqının evindən başlayır.
- Bir yalan min doğrunu korlayar.
Ə redaktə
- Əgər gizlənirsənsə, odun yandırma.
G redaktə
- Göz çıxara bilən ağacı itiləməzlər, sındırarlar.
H redaktə
- Heç kəs çayın dərinliyini birdən-birə iki ayağı ilə ölçmür.
X redaktə
- Xanım Qoca-Meymunla evlənən cənab Qoca-Meymundur.
İ redaktə
- İki kiçik antilop böyük birini məğlub edə bilər.
- İnsan həm ziyafət edə, həm də zəngin ola bilməz.
- İnsanı boğan sakit və səssiz sudur.
K redaktə
- Kasıbla zəngin bir yerdə oynamaz.
- Kişi varlı olanda köhnə paltar geyə bilər.
Q redaktə
- Qadın yayda yorğan kimidir, götürsən çox isti olar, atsan üşüyərsən.
- Qoca güclü və ürəkli olsa da, əbədi yaşamayacaq.
- Qul özünə yiyə seçmir.
M redaktə
- Məsləhət eşitməyən pis uşaqdır.
N redaktə
- Nifrətin müalicəsi üçün heç bir dərman yoxdur.
O redaktə
- Od və barıt bir yerdə yatmaz.
- Ordu hünər qabağında geri çəkilir, təhqir qabağında yox.
- Otuz ildə əyri bitən ağac bir ildə düzəlməz.
Ö redaktə
- Öz ürəyinin də borcunu verməsən, üzünə durar.
- Özünə arvad axtaran adam arvadlar haqqında ehtiyatsız söz deməz.
P redaktə
- Padşahın yaxşı məsləhətçiləri varsa, onun hökmranlığı sakit olur.
- Pul da qul kimidir, gözün üstündə olmasa, çıxıb gedər.
- Pul qılıncdan itidir.
- Pul üçün işləmək heç də ayıb deyil.
S redaktə
- Siçan lap inək boyda da olsaydı, yenə də pişiyin qulu olacaqdı.
- Sizə sığınacaq verən meşəyə cəngəllik deməyin.
T redaktə
- Timsah suda da yatsa, hava ilə nəfəs alır.
U redaktə
- Uşaq pis oynayırsa, de ki, "pis oynayırsan", demə ki: "oyna əzizim, kefin necə istəyir".
Y redaktə
- Yağış bəbirin dərisini döyər, amma ləkələri yumaz.
- Yağış yağmazdan qabaq külək qalxar.
- Yalnız çayı keçəndə deyə bilərsiniz ki, timsahın burnunda yumru var.
- Yanğın söndürmək üçün suyun təmizini gəzməzlər.
Z redaktə
- Zəngin olanda nifrət edərsən; kasıb olanda xor baxırsan.
Mənbə redaktə
- Dünya xalqlarının atalar sözləri, Bakı, 2015.