Ac milçəklər acı dişlər.
Aclıq qurdu da meşədən qovar.
Adamlar ayrı, xasiyyətlər ayrı.
Axına qarşı üzmək çətindir.
Axmaq öz işini görməz, hamının işinə burnunu soxar.
Axmaq susanda elə bilirlər ağıllıdır.
Axmaqlıqdan ağır xəstəlik yoxdur.
Axşam günü, səhər isə qızı tərifləyin.[1]
Aqil üçün bir söz bir axmağa verilən uzun nəsihətdən mənalı olur.
Ağac meyvəsi ilə tanınar.
Ağaclar səmada yetişməz.
Ağıl danışanda çox söz gərək deyil.
Ağılla gözəlliyin qohum olması nadir hallarda olar.
Ağıllı güzəştə gedər.
Ağıllı o adamdır ki, səhv yoldan çıxıb həqiqətə gedir.
Alaq otları heç vaxt ölmür.
Allah sərxoşları və uşaqları qoruyur.
Almanın yaxşısına qurd düşər.
Ana məhəbbəti qocalmır.
Ananın ağlamağındansa, uşağın ağlamağı yaxşıdır.
Arı var, deməli iynəsi də var.
Arvad evdar olan yerdə tirləri də piy basar.
Arvadsız kişi çətirsiz ağacdır.
Arvadı gözlə yox, qulaqla seç.
Asılmış adamın evində ipdən danışmazlar.
Asta tələs.
At yulafı xoşlayır, yəhəri yox.
Ata olmaq çətin deyil, amma ata olmaq çox çətindir.
Atalar sözü boş yerə deyilmir.
Atalar sözündə həqiqət deyilir.
Atın dörd ayağı var, o da büdrəyir.
Ayı həmişə bala can atar.
Ayığın fikrində olan sərxoşun dilində olur.
Az danış, çox dinlə.
Aza qane olmayan çoxa layiq deyil.
Bal danışıqlar zəhərsiz olmur.
Balıq başdan iy verər. (alm. Der Fisch stinkt vom Kopf her. )
Balıq dənizdə batmaz.
Balıqlar qarmaqla, insanlar şirin dillə ovlanar.
Barış zamanında bir yumurta, döyüş zamanında bir öküzdən daha yaxşıdır.
Baş yoxsa, şlyapa da lazım deyil.
Başı sındırmaqdansa, ayağı sındırmaq yaxşıdır.
Beş yaşına çatanda uşaq sizin ağanız, on yaşına çatanda - qulunuz, on ilə on beş yaş arasında gizli müttəfiqinizdir və daha sonra sizin dostunuza və ya düşməninizə çevrilir.
Beyin qızanda ağıl itər.
Bəd iti - qısa zəncirə!
Bədbəxtliklər heç vaxt tək gəlmir.
Bər-bəzəkli nitqə inam olmaz.
Bərabər olmamaq dostları ayrı salır.
Bəsirət bərpa üçün ilk yoldur.
Bəzən susmaq ən yaxşı cavab olur.
Biçməyi özgəsinin parçası üstündə öyrənmək yaxşıdır.
Bilik - qüvvətdir.
Biliksiz cəhd, işıqsız od kimidir.
Bir-birini sevən ər-arvad komada da xoşbəxt olar.
Bir dəfə yanan, ömrü boyu oddan qorxar.
Bir dəqiqə sonradansa, bir saat qabaq yaxşıdır.
Bir göyərçin qarğalarla yaxınlıq edərsə, tükləri deyil, ürəyi qaralar.
Bir "indicə" on "sabah"dan yaxşıdır.
Bir kəsə inanmaq yaxşıdır, heç kəsə inanmamaq - axmaqlıq.
Bir qaranquş yay etməz.
Bir qəpiyə hörmət etməyən lirəyə dəyməz.
Bir "nədən ötrü"yə on dəfə "ondan ötrü ki..."" var.
Bir pfenniqi qorumaq - ikisini qazanmağa bərabərdir. (Pfenninq - pul vahididir).
Bir təbəssüm dünyanın ən gözəl dilidir.
Bir topa milçəkdənsə, bir bal arısı yaxşıdır.
Birdən-birə çox işi başlayan azını qurtarar.
Biri işləyir, o biri qazanır.
Birlikdə güclüyük.
Bıçağı itilə, amma lap çox da yox, ağzını tökərsən.
Borc alan, azadlığını satar.
Borc almaq narahatlıq gətirir.
Boş evdə siçan da qalmaz.
Böhtan insanı öldürər.
Böyük hay-küyçülər pis döyüşçülər olar.
Böyük qayadan böyük də parça çaparlar.
Bütün adamların qanı qırmızı, bacarıqları fərqlidir.
Bütün sular dənizə axır.
Bütün yaxşı şeylər üçdədir.
Cavab yoxdur cavabdır.
Cavanlıqda nə əkərsən, qocalıqda onu biçərsən.
Cəmdək harada, milçəklər də orada.
Cəsarətlinin baxışı qorxağın qılıncından iti olar.
Cəza asandır, tərbiyə - çətin.
Cırıldayan ağac asan sınmır.
Cücələrinizi yumurtlamadan əvvəl saymamalısınız.
Çağırılmamış qonaq yük olar.
Çalışmaq çörək, tənbəllik qıtlıq gətirər.
Çox-çox qaqqıldayan toyuq az-az yumurtlar.
Çox gecdən çox tez yaxşıdır.
Çox vaxt azlar çox kimi görünür.
Çox vaxt xoş söz böyük hədiyyədən artıq olur.
Çox yatan az yaşar.
Çoxu çoxları bilir, hər çeyi heç kəs bilmir.
Çörək alın təriylə qazanılar.
Dağ Məhəmmədə tərəf gəlməsə, Məhəmməd dağa tərəf gedər.
Dalda qalana itlər də cumar.
Danışılan bir sevinc iki qat olar, paylaşılan bir acı yarıya enər.
Danışmaqla usta olmurlar.
Demək asandır - eləmək çətin.
Dəli dəlini ağıllı sayar.
Diqqət çini qutunun anasıdır.
Digər anaların da gözəl qızları var.
Dil bütün dünyanı dolandırar.
Dilin olsa heç yerdə batmazsan.
Dişləməyi bacarmırsan dişini göstərmə.
Dişləyən itlər hürməz.
Donuz ilə siçan tutmaq olar.
Dost bütün xəzinələrin ən qiymətlisidir.
Dost üçün odun-suyun içindən keçəsən gərək.
Dostlarla olanda dərd yarım dərd olur, sevinc - ikiqat artıq.
Dostun istəyirsə, səhərə saxlama.
Döyüş, barışın təmin etdiyini yıxıb gedər.
Duzu ölçüb at, yağı yox.
Dünyanı pul idarə edir.
Dürüstlük ən yaxşı siyasətdir.
Düşmək cinayət deyil, düşüb qalmaq günahdır.
Ehtiyac ayıdan rəqqas, meymundan skripkaçı eləyər.
Ehtiyac daşdan da çörək bişirməyi öyrədər.
Ehtiyac şeytanı məcbur edər ki, milçəyi də udsun.
Ehtiyat etdiyin tez olur, nəinki ümid etdiyin.
Ehtiyat müdrikliyin anasıdır.
Ehtiyat olmayan yerdə heç bir hikmət kömək edə bilməz.
Etimad idarəyə mane deyil. (alm. Bäume wachsen nicht in den Himmel. )
Eşq ilə ağıl əl - ələ tutub getməzlər.
Eşqdə və döyüşdə hər şey mübahdır. (alm. In der Liebe und im Krieg ist alles erlaubt. )
Evim mənim - qalam mənim.
Evlənərkən qulaqlarına yox, gözlərinə inan.
Əhli-keflik insanı pas dəmiri yeyən kimi yeyir.
Əl açmaqdansa, kasıb olmaq yaxşıdır.
Əl yazıb, baş cavab versin.
Əldəki sərçə, damdakı göyərçindən yaxşıdır. (alm. Besser den Spatz in der Hand, als die Taube auf dem Dach. )
Ən ağır iş özünə qalib gəlməkdir.
Ən böyük padşahlar da tualetə piyada gedirlər.
Ən gözəl çiçəklərin çox vaxt qoxusu yoxdur.
Ən yaxşı müəllim təcrübədir.
Ən yaxşı yol düz yoldur.
Əsəbin dərmanı vaxt-zamandır.
Əvvəl fikirləş, sonra elə.
Əyri ağacın düz kölgəsi olmaz.
Fakt deyilən yerdə söz gərək deyil.
Fərqli ölkələr, fərqli adətlər.
Fikrə gömrük qoyulmur; fikrə qadağan yoxdur.
Gec olsun, güc olsun.
Gecə nə qədər qaranlıq olsa, gündüz bir o qədər işıqlı olar.
Gəmiyə iynə ulduzu boyda yerdən də su axıb dolur.
Gənclərin ruhuna yarayan şey yaxşı dostlardır.
Gicitkənin şütülü də olsa dalayır.
Göyə tüpürən özünə tüpürür.
Göz mədədən böyükdür
Gözə göz, dişə diş.
Gözəl insanı heç bir şey eybəcərləşdirmir.
Gözəl olmaq istəyən əziyyət çəkməlidir.
Gözəllik gedir, yaxşılıq qalır.
Gözəllikdən əvvəl yaş.
Gözlər özlərinə, qulaqlar başqalarına inanarlar.
Güclü haqlı çıxar. (Kinayə ilə)
Gülümsəmək iki insan arasındakı ən qısa əlaqədir.
Gülüş bir körpüdür.
Gülüş ən yaxşı dərmandır.
Gün nə qədər uzun olsa da gecə düşəcək.
Hamı yanılır - hərə bir cür.
Heç bir usta göydən düşməyib.
Heç kəsi iki dəfə asmırlar.
Heç nəyi olmamaqdansa, bir şeyi olmaq yaxşıdır.
Həqiqət çətinliyə düşsə də, heç vaxt ölmür.
Həqiqət dilli-dilavər olmur, yalan bər-bəzəkli olsa da.
Həqiqət ən yaxşı silahdır.
Həqiqət hər şeydən qabaqdır.
Həmişə pis xəbər yerinə düşməz olar, yaxşı xəbər yerinə düşən.
Həmişə tez olduğunu düşünən, mütləq çox gec gələcək.
Hər başlanğıc çətindir.
Hər kəs öz taleyinin dəmirçisidir.
Hər kəs özü bilir ayaqqabısı haradan sıxır.
Hər qazan üçün uyğun bir qapaq var.
Hər zaman bildiyinizi deməyin, ancaq nə dediyinizi bilin.
Həsəd özü-özünü gəmirər.
Həssaslıq nadir hallarda yaxşıdır.
Həya olmayan yerdə namus da olmaz.
Hürən itlər dişləmir.
Xahiş daim isti, təşəkkür daim soyuqdur.
Xarab yumurta bütün yeməyi pozar.
Xeyirli ağacın xeyirli də meyvəsi olar.
Xəbərdar olunan yarım xilas olunmuş kimidir.
Xəsislik ən böyük yoxsulluqdur.
Xəstəni divarda milçək də acıqlandırar.
Xırda daş da böyük karetaları çevirir.
Xırda yağış böyük küləkləri yatırar.
Xoflu adam kölgəsindən də qorxar.
Xoşbəxtlik dost qazandırır, bədbəxtlik isə onları sınayır.
Xoşbəxtlik göydə uçmur, o, əməklə qazanılır.
Xörəyə baxmaqla doymazlar.
İç - keflənmə, mübahisə elə - boğuşma.
İdarə eləmək çətin peşədir.
İfratçılıq çiyrindirər.
İxtiyarını qəzəbə verən adam, ağlını əldən verər.
İlk fikir heç də həmişə ən yaxşı fikir olmur.
İnan, ancaq hər yetənə yox.
İnsan düşünür, Allah yönəldir.
İnsan meşədə necə ağlayırsa, o da əks-səda verir.
İnsan ümidlə yaşayar.
İradənin olduğu yerdə bir yol var.
İş çörək gətirir, tənbəllik aclıq gətirir.
İş, işi çəkər.
İşıq çox olan yerdə kölgə də çox olur.
İşıq kölgəsiz olmaz.
İşləmək çörək , tənbəllik qıtlıq gətirər.
İşləyən kotan parıldayar; duran suyu kif basar.
İştaha yeməklə gəlir.
İştahınızı başqa bir yerdə alırsınız, evdə yeyirsiniz.
İstirahət gücdür.
İtkisiz qazanc yoxdur.
İyirmisində - gözəl, otuzunda güclü, qırxında - ağıllı və əllisində varlı olmayandan heç nə gözləmə.
Kağız dözür, qələm yazır.
Kənddə tərbiyə də təmizdir.
Kəpənək tırtıl olduğunu xatırlamır.
Kiçik çayların səs-küyü bərk olar.
Kiçik oğrular asılar, böyük oğrular sərbəst buraxılar.
Kiçikdən başlayıb, böyükdə qurtararlar.
Kim elə bilirsə ki, hər şeyi bilir - heç nə bilmir.
Kim tez yatıb, tez durur - çox yaşayır.
Kim ümid etsə ki, ayaqqabını irsən alacaq - ölüncə ayaqyalın qalacaq.
Kim vaxtında gəlməsə, nəyin qaldığını görməlidir.
Kimin harası ağrayır, orasından danışır.
Kor doğulan işığa inanmaz.
Kor olmaqdansa, bir gözlü olmaq yaxşıdır .
Kor toyuq da dən tapır.
Korlar arasında tək gözlü adam kraldır.
Köhnə köpəyin heç vaxt öyrənmədiyi şeyi, yeni it heç vaxt öyrənmir.
Köhnə tülküləri tələyə salmaq çətindir.
Köhnə yaradan qan axmaz.
Qabığı acı - meyvəsi şirin.
Qadın skripka deyil ki, çalınandan sonra divardan asılsın.
Qadın kişinin vizit kartıdır.
Qadına bir sirr etibar et - amma dilini kəs!
Qadınlar zəkadan çox formalarına diqqət yetirirlər, çünki kişinin gözləri beynindən daha çox işləyir.
Qanadın böyüməmiş uçma.
Qarğalarla dostluq edən göyərçinin tükləri ağ qalar, amma ürəyi qaralar.
Qart quşu yolmaq çətindir.
Qartal ağcaqanad tutmaz.
Qartalın yaxın düşə bilmədiyi yerə milçək on yerdən yol tapar.
Qartallar milçək tutmur.
Qayda-qanunu xoşla, o sənə vaxt da saxlar, qüvvə də.
Qayğı saç ağardar.
Qazanmaqdan qənaət çətindir.
Qazlar qu quşuna mahnı oxumağı öyrədirlər.
Qəbir qazan özü qəbrin içinə düşür.
Qədəh içində, dənizdə boğulanlardan daha çox insan boğulmuşdur. (alm. Im Becher ersaufen mehr Leute als im Bach. )
Qəzəb adamı kor edir.
Qəzəb qızıldan da olsa yenə qəfəsdir.
Qəzəb pis məsləhətçidir.
Qızılgüllər solur, tikanı qalır.
Qızılı odla yoxlayarlar, insanı - hücumla.
Qoca tülküləri tələyə salmaq çətindir.
Qonaqlar necəsə, məclis də elədir.
Qorxaq olduğunu bilməyən hər kəs cəsurdur.
Qorxu canavarı özündən böyük edir.
Qorxu olmayan yerdə hamı igidə dönür.
Qurdun ulaması yeməsindən qorxuludur.
Quş istəyirsənsə, əvvəlcə yuvasını tik.
Quş uçmaq üçün yarandığı kimi, insan da əmək üçün yaranıb.
Quyu onda yada salınır ki, suyu qurumuş olsun.
Qürbətin odu da vətənin tüstüsü qədər parlaq deyil.
Qüvvət hələ hər şey deyil.
Qüvvət qanun deyil.
Qüvvət - vəhdət.
Meymun istər kral olsun, istər keşiş - elə meymundur ki, meymun.
Mərd düşmən namərd dostdan yaxşıdır.
Mərdliyini itirən hər şeyini itirər.
Məsləhət eşitməyənə nə kömək?
Məsləhət vermək kömək eləməkdən asandır.
Milçək xırdadır, böyük adamı da dişləyir.
Mığmığanı kötəklə vurmurlar.
Mübahisə edən iki nəfərdən ağıllı olan günahkardır. [2]
Müəllim iki kitabdan yaxşıdır.
Müharibədə hər çuxur bunkerdir.
Mülayimlik ən yaxşı dərmandır.
Namusunu itirən hər şeyi itirər.
Natəmiz vicdan gözdən yayınmaz.
Necə haylarsan, elə də hay verərlər.
Nə lağa qoyursan, sevirsən.
Nəciblik qanda deyil, ürəkdədir.
Nifrəti bacarmayan, məhəbbəti də bacarmaz.
Nişan almaq azdır, gərək dəysin də.
O, pula sahib deyil, pul ona sahibdir.
Oda yağ tökür.
"Olar" ilə "ola bilsin"in fərqi böyükdür.
Ölçüsündə olmayan hər şey zərərdir.
Ölü şirin bığını dovşan da dartar.
Ölülər daha uzun yaşayır.
Öz sözünü tutmursan - cavabını tut.
Özgələrin təsəllisi yaxşıdır, ondan da yaxşı - öz hünərindir.
Özgənin dərdi tez unudular.
Özgəsiylə az danış, özünlə - çox.
Özü-özünü tərifləyənin qonşuları pis olar.
Özün öz sirrini saxlaya bilmirsənsə, ğzgəsinin danışmağından gileylənmə.
Özünü olduğundan ağıllı göstərməyə çalışan, əslində, axmaqdır.[3]
Palıd ağır-ağır boy atar.
Parlayan hər şey qızıl deyil. (alm. Es ist nicht alles Gold, was glänzt. )
Pas dəmiri yeyir, qayğı - insanı.
Payız yaxşıdır, payız şərabı daha yaxşıdır.
Paylaşılan sevinc iki qatına çıxar. (alm. Geteilte Freude ist doppelte Freude. )
Paylaşılan bir acı yarıya enər. (alm. Geteiltes Leid ist halbes Leid. )
Pis xəbər qar topası kimi böyüyər.
Pis xəbər yuxu bilməz.
Pis işçi əlində yaxşı dəzgah da pis olar.
Pis qızıl məhək xoşlamaz.
Pis vicdanın canavar dişləri var
Pişik evdən çıxanda siçanlar masada rəqs edirlər.
Pudinqin sübutu onu yeməkdədir.
Pul ağıllı adamın köləsi, axmaq adamın isə ağasıdır.
Pul iylənmir.
Pula əmr elə, qulluq eləmə.
Pulum var - camaatın da əziziyəm.
Razılıq daş-divardan möhkəm olar.
Roma bir günə tikilməyib.
Romada özünü romalı kimi apar.
Sakit it xəlvət qapar.
Saqqal saxlayanların hamısı filosof olmur.
Sağlam bədəndə - sağlam ruh.
Sağlamların və xəstələrin fərqli düşüncələri var.
Savaş, sülhün təmin etdiyini yıxıb gedər.
Sevgi əkilən yerdə sevinc biçilər.
Sevgi kordur.
Sevgi mədədədir.
Səadət kordur.
Səadət şüşə kimidir: asan sınar.
Səadəti tapmaq saxlamaqdan asandır.
Səadətlə bədbəxtlik eyni cığırla gedirlər.
Sədaqət sevginin bacısıdır.
Səhhətini itirəndən sonra başlayırsan onun üçün əsməyə.
Səhv eləmək insana xasdır.
Sən mənə de dostun kimdir, mən deyim ki, sən kimsən.
Sən ona ipək bağışlayırsan, o səndən hələ yemini də istəyir.
Səndən xahiş etməyənə qədər heç kəsə məsləhət vermə.
Səni bəsləyən əli dişləmə. (alm. Beiß nicht in die Hand, die dich füttert. )
Sərf olunmayan güc get-gedə azalar.
Səyyahları heç vaxt dayandırmayın.
Skripkaçı ustalaşana kimi çox sim qırır.
Sonraya saxlamaq - geri götürmək deyil.
Sonuncu gülən ən yüksək səslə gülür.
Söz və iş iki ayrı-ayrı şeylərdir.
Susmaq da cavabdır.
Susmaq - razılıq nişanəsidir.
Sussan dilin ağrımaz.
Suyun harasından bərk-bərk yapışasan?!
Sübh saatı bizə qızıl bəxş eləyir.
Sükut çox vaxt çox sözdən gözəl olur.
Sülh olan yerdə səadət olar.
Sülh zamanında bir yumurta, döyüş zamanında bir öküzdən daha yaxşıdır.
Sünbülün boşu dik dayanar.
Sağlamlar nə qədər varlı olduqlarını bilmirlər.
Şaiyə zərrəbin kimidir, hər şeyi yekəldir.
Şəhidlərin qanı gələcək nəsilləri yetişdirmək üçündür.
Şən qonaq heç kimə yük deyil.
Şərab başa çıxanda ağıl qədəhə düşər.
Şərabda çox adam batır, nəinki dənizdə.
Şərəfi itirmək - hər şeyi itirməkdir.
Şərəfsiz həyatdan, şərəfli ölüm yaxşıdır.
Şir də mığmığadan özünü qorumalı olur.
Şirin bacarmadığını tülkü bacarar.
Şübhə dostluğun zəhəridir.
Şübhə şeytanla eyni qabdan yeyir.
Taxıl həmişə qonşunun tarlasında daha yaxşıdır.
Tanrı qarışqanı yox etmək istəyincə, ona qanad taxar.
Tezlik gərəkdir, tələskənlik yox.
Təhsil azadlığa aparar.
Təhsilsiz insan, cilasız aynaya bənzər. (alm. Ein Mensch ohne Bildung ist ein Spiegel ohne Politur. )
Tək gözlü olmaq kor olmaqdan yaxşıdır. (alm. Besser einäugig als blind. )
Təkrar biliyin anasıdır.
Tələsən çox vaxt axırdı gəlir.
Tələsik işə şeytan qarışar. (alm. Eile mit weile. )
Tələsirsən - yavaş yeri.
Təmiz bir vicdan yumşaq bir yastıqdır.
Təmiz - hər şeyi təmiz bilər.
Təmiz ürək qızıldan qiymətlidir.
Təmkinli adam üstün gələr.
Tənbəl işçiyə yüngül çəkic də ağır gələr.
Tənbəl üçün həftədə yeddi bayram olur.
Tənbəlliyin dalınca xəstəlik gəzər.
Təvazökarlıq bəzəkdir, lakin onsuz daha müvəffəqiyyətli olunar. (alm. Bescheidenheit ist eine Zier, doch weiter kommt man ohne ihr. )
Tikəni ağzına görə dişlə.
Toxumağa başlayın və Allah sapı verəcək.
Torağayı nəğməsindən tanıyarlar.
Tovuz sən nə gözəlsən, amma ayağın eybəcər.
Toz göylərə də yüksəlsə, yenə toz olub qalır.
Tövbə dərman kimidir: ürəyi sakitləşdirir.
Tülkünü quyruğundan tanıyarlar.
Tüstü olan yerdə atəş də var.
Uduzanın sonrakı ağlı dərin olar.
Ulağı nə qədər yüyənləsən də yenə ondan kəhər çıxmayacaq.
Uşaq evdə nə eşidirsə, həyətdə də onu danışır.
Uşağın balacası ananın ətəyindən yapışır, böyüyü - ürəyindən.
Uşaqların körpəsi diz ağridar, böyüyü - ürək.
Üç həkimin birdən gəlməsindən, heç birinin gəlməməsi yaxşıdır.
Üç nəfərin bildiyini, otuz nəfər də bilər.
Ümid sonuncu ölür.
Ümumi təhlükə adamları yaxınlaşdırar.
Ürəyi yumşaq ananın zəhər tuluğu uşaqları olar.
Varlı qolçomaq qohumlarını tanımaz.
Vermək almaqdan daha xoşdur.
Vicdanı təmiz olanın yasdığı rahat olar.
Ya hər şey, ya heç nə.
Yaxşı kitab öyünməyə layiqdir.
Yaxşı gün dostları verir, yaman gün də onları yoxlayır.
Yaxşı oyunçunu top da görür.
Yaxşı şeylər vaxt aparır.
Yaxşı şeylərə tərif nə gərək.
Yalanlar uzağa getmir.
Yalanın ayaqları gödək olar.
Yalanların qısa ayaqları var.
Yamanlıq daşa yazılar, yaxşılıq quma.
Yaşamaq - mübarizə etməkdir.
Yaş gözəllikdən daha vacibdir.
Yaş sevgidən qorunmaz, amma sevgi yaşlanmadan qoruyar.
Yaşlı bir ağac nəql edilmir.
Yaşlı qadınlardan başqa hər şeyin bir vaxtı var.
Yeddi köhnə kitab baş-başa versə, mütləq yeni bir kitab yaranacaq.
Yemək bişirmək köhnə tavalar ilə öyrənilər.
Yeməkdən sonra istirahət və ya min addım atılmalıdır.
Yer üzündə eyibsiz adam yoxdur.
Yoxdan bir şey edə bilməzsən.
Yuxu ən yaxşı dərmandır.
Zaman bizlə ayaqlaşmır, biz zamanla ayaqlaşırıq.
Zaman bütün yaraları sağaldır.
Zaman ən yaxşı həkimdir.
Zaman göstərəcək.
Zaman hər cür yalanı açır.
Zaman hər yaranı sağaldır.
Zarafatın da həddini bil.
Zəhmət - həyatın duzudur.
Zəhmət - səadətin atasıdır.
Zəmanə dəyişir, biz də dəyişirik.
Zərurət ixtiranın anasıdır.
Zorla əziz olmazsan.
Zülmət nura qarşı dura bilməz.
Dünya xalqlarının atalar sözləri. Bakı,2015 ↑ [1] Цитаты и афоризмы.
↑ [2] Цитаты и афоризмы.
↑ Aforizmlər. Bakı, 2013. səh.13.