A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


A redaktə

B redaktə

Ə redaktə

İ redaktə

K redaktə

M redaktə

  • Mən içəridən və bayırdan kiri o ki var canıma çəkmişəm, – Feliçe yazırdı. – burada hesab edilir ki, insan mərcimək şorbasının ağac kömürü ilə qarışığını yeyə bilər, küçələr isə palçıqla örtülüb. Bir dənə də təmiz yerim qalmayıb. (Bu, mənim bədənimə və paltarıma aiddir. Bura qəlbimin olub olmamağına baxmaq üçün həddən artıq qaranlıqdır, olan qalan intellektimi isə Vestminsterdəki qalereyada itirdim.) Bu gün mən Britaniya muzeyində özünə sığınacaq axtardım və hökmdarlar hökmdarı Ozimandiyanın əzəmətli başının və əlinin kölgəsində gizlənməyə çalışdım. Onun familiyasını bilmirəm, amma daha yaxşısı olmayan yerdə bu da yarayar. O, özü Karnakdandır. Onun qranit tacı var, amma, deyəsən, o, baş ağrısı yaratmır, – gülüşü də qranitdəndir, əbədi və dəyişməz. Kirə isə o, fikir vermir – böyük və möhkəm olana hər şey olar. Onun üçün axı bunun mənası yoxdur: o bilir ki, zaman hər şeyi silib aparacaq. Onun yaşında hər kəs filosof ola bilər. Bəlkə, iyirmi yüz illik keçəndən sonra mən də hər xırda şeyə görə deyinməkdən əl çəkəcəyəm. Amma, – ona izah etdiyim kimi, – mənim ömrüm qısadır; mən Allah və ya bir parça daş deyiləm, mən sadəcə vur-tut bir insanam, üstəlik də axsaq bir insan. Məndən necə tələb etmək olar ki, palçıqda sürüşməyim və ya dumandan “yüksəkdə” durum? Amma onun mənə yazığı gəlmədi. Bu daşürəkli ölümsüzlərin ən pis cəhəti – onların etinasız təkəbbürlülükləridir. Qırılmış dostluq

İstinadlar redaktə

  1. [1] Цитаты и афоризмы.