Azərbaycan atalar sözləri/G

F Azərbaycan atalar sözləri
Müəllif: Şifahi xalq ədəbiyyatı
H
Sister Projects. Həmçinin baxın: Haqqında •
  • Geç gəldi, tez öyrəndi.
  • Geç gələn qonaq olduğundan yeyər.
  • Gecə dırnaq kəsən, gündüz nağıl danışan əlbət gora gedər.
  • Geçə gəldi, necə gəldi.
  • Gecə gəldi, gecə getdi, necə gəldi, necə getdi!
  • Gecə-gündüzüm bir olub.
  • Gecə keçər, gündüz gələr.
  • Geçə qara, cücə qara.
  • Gecə şərab, gündüz qumar, bu əməllə sənət umar.
  • Gecəni gündüzə qatmışam.
  • Gecənin xeyrindən gündüzün şəri yaxşıdır.
  • Gecəsi-gündüzü yoxdur.
  • Gədadan bəy olmaz.
  • Gədadan borc alma, ya toyda istər, ya bayramda.
  • Gədaya borclu olsan, bir toyda deyər, bir də yasda.
  • Gedən bağdan gedər, bağbandan nə gedər.
  • Gedənə yoldaş, gələnə qardaş.
  • Gedəni saxlamaq olmaz.
  • Gedər bağlar qorası, qalar üzlər qarası.
  • Gedər bu aclıq, gələr ucuzluq, amma səndə qaldı kömbə yanığı.
  • Gen qaz, dərin qaz, özün düşərsən.
  • Gendən baxana döyüş asan görünər.
  • Get çanağım, gəl çanağım, ortalıqda sın çanağım.
  • Get özünə dost qazan, düşmən ocaq başındadır.
  • Getdi - görə bilməzsən, yıxdı - hörə bilməzsən, onu ki, sən deyirsən, onu daha görməzsən.
  • Getdim dərdli yanına, o, məndən narın ağladı.
  • Getdim savab edəm, günaha batdım.
  • Getdim yarım yanına, qadam cicim canına.
  • Getmə gözümdən, gedərəm özümdən.
  • Getməsin o yaman ki, yerinə yaxşı gəlməz.
  • Getmişdi kabab iyinə, gördü ki, eşşək dağlayırlar.
  • Geyişməyən yerdən qan çıxarma.
  • Gədadan bəy olmaz.
  • Gədadan borc alma, ya toyda istər, ya bayramda.
  • Gəl bir addım, gəlim iki addım.
  • Gəl bu daşı ətəyindən tök!
  • Gəl deməsi yaxşıdır, get deməsi pis.
  • Gəldi əcəl, verməz macal.
  • Gəldi-gedəri saxlamaq olmaz.
  • Gəldi qaşın qayırsın, vurdu gözün cıxartdı.
  • Gəldi — qatıq, gəlmədi — ayran.
  • Gələcəyin var, görəcəyin də var.
  • Gələn adam qismətinə gələr.
  • Gələn gedənin dədəsinə rəhmət oxudur.
  • Gələn qismətini yeyər.
  • Gələndə yel gətiri, el gətiri, sel gətiri, gedəndə yel aparı, el aparı, sel aparı.
  • Gələnə yoldaş, gedənə qardaş.
  • Gəlin anasına həm ağlar, həm də "gedirəm* deyər.
  • Gəlin atda, qisməti yadda.
  • Gəlin atlandı, gör kimə düşdü.
  • Gəlin bəzənənəcən toy sovuşdu.
  • Gəlin bəzənincə toy əldən gedər.
  • Gəlin gəlin deyil, gəldiyi yer gəlindir.
  • Gəlin mənim süpürgəmdir, harda istəsəm orda oturar.
  • Gəlin ocağa, bərəkət bucağa.
  • Gəlin ocağa çəkər.
  • Gəlin ocağa gələr.
  • Gəlin oldun, dilini çək.
  • Gəlin var gələr-gətirər, gəlin var gedər - itirər.
  • Gəlindən qız olmaz.
  • Gəlinin dini yox, qaynananın imanı.
  • Gəlmisən ayran içməyə, gəlməmisən ara açmağa.
  • Gəlmişdi kabab iyinə, gördü eşşək dağlayırlar.
  • Gəlmişdi qazanc apara, mayanı da qoydu, getdi.
  • Gəlmişdi saqqal dalınca, bığını da qoydu getdi.
  • Gəmidə oturub gəmiçi ilə dava eləmə.
  • Gəmisini batıran, çarığını axtarmaz.
  • Gənclik gözəllik deməkdir.
  • Gənclik ömrün baharıdır.
  • Gənəşəkli don gen olar.
  • Gəzdim İran, Turanı, cənnət gördüm buranı.
  • Gəzən ayağa daş dəyər.
  • Gəzən qızın qazancı ənlik-kirşana gedər.
  • Gəzən şələ bağlamaz.
  • Gəzər divanı-divanə, parası olmayan dərviş.
  • Gəzərdə — qoyun əti, onun da boyun əti.
  • Gəzəyən gəlinlə güləyən qızdan çarşı-bazardakı lotu yaxşıdır.
  • Gəzəyən qızdan gəlin olmaz.
  • Gicin buynuzu olmaz.
  • Gilas bağın olsa, bilərsən sığırçın necə quşdur.
  • Girirəm yaylağından, çıxıram qışlağından.
  • Gizli düşmən ilan kimidi, sürünə-sürünə gələr.
  • Gizlin kələ gedən aşkar doğar.
  • Gordan biz gəlirik, cəhənnəmdən sən xəbər verirsən
  • Goru var ki, kəfəni də ola.
  • Gödək atıldı vurdu uzunun başına; uzun dedi: "əcəb yadıma saldın".
  • Gölməçəyə su gəlincə qurbağanın gözləri bərələr.
  • Gönü suya vermə, verdin heyfsilənmə.
  • Gördü — hənək, görmədi — gerçək.
  • Gördün yemək, daha nə demək?!
  • Gördüyünü qoyub eşitdiyinə inanma.
  • Görən gözə kül üfürmə.
  • Görən gözə yasaq olmaz.
  • Görən gözün haqqı var, görən görüb götürər.
  • Görənin gözün töküncə, götürənin əlin kəs.
  • Görmədiyin yükün altına girmə.
  • Görməmiş gördü, gülə-gülə öldü,
  • Görməmiş gördü gümüş, oldu qudurmuş.
  • Görməmişə at versən, çapıb-çapıb öldürər.
  • Görməmişin oğlu oldu, vurdu gözün çıxartdı.
  • Görməyə gözü var, eşitməyə qulağı.
  • Görsənən dağ bələdçini neyləyir?
  • Göpülmüş işdən gül iyi gələr.
  • Görünən dağ uzaq deyil.
  • Görünən kənd bələdçi istəməz.
  • Görülmüş işdən gül iyi gələr.
  • Göy ağlamayınca, yer gülməz.
  • Göydən nə yağdı ki, yer onu qəbul eləmədi?!.
  • Göyçək arvadlı ilə, yorğa atlıya yoldaş olma.
  • Göyçək sözün ardı tükənməz.
  • Göydə axtarırdım, yerdə əlimə düşüb.
  • Göydən zənbil ilə düşməz.
  • Göyə tüpürmə, üzünə tökülər.
  • Göz gördü, könül sevdi, mənim nə günahım var?!.
  • Göz gördüyündən qorxar.
  • Göz gördüyünə inanar.
  • Göz görməsə könül sevməz.
  • Göz görməz, üz utanmaz.
  • Göz qənimini tanıyar.
  • Göz namərddir; qorxudar.
  • Göz yaşı da borcdandı.
  • Gözdə olmayan könüldə də olmaz.
  • Gözdən iraq, könüldən uzaq.
  • Gözdən uzaq olan könüldən də uzaq olar.
  • Gözə gəlməyən gəlinin salamı savaşdır.
  • Gözəl ağa çox gözəl idi, vurdu çiçək də çıxatdı.
  • Gözəl arvad şıltaq olar.
  • Gözəl aşı tez bişər.
  • Gözəl bürünər, çirkin görünər.
  • Gözəl eyibsiz olmaz.
  • Gözəl görünər, çirkin bürünər.
  • Gözəl göz üçün, ağıllı könül üçün.
  • Gözəl gözəl deyil, könül sevən gözəldir.
  • Gözəl kamallı gərək.
  • Gözəl nazlı gərək.
  • Gözəl sevməyə tövbə olmaz.
  • Gözəldə etibar olmaz.
  • Gözələ baxmaq göz qaydasıdır.
  • Gözələ baxmağın könül səfası var.
  • Gözələ göz dəyər, qəlbə söz.
  • Gözəllər çox iş görərlər, soyarlar adamı, dərviş edərlər.
  • Gözəllərdə vəfa olmaz.
  • Gözəllik baş taçıdır, hər adama qismət olmaz.
  • Gözəllik qarın doyurmaz.
  • Gözəllik ondur, doqquzu dondur.
  • Gözəllik vardan olar, olmasa - hardan olar?!
  • Gözləmədiyin daş, yardı baş.
  • Gözlərin aydın olsun, pişiyimiz oğlan doğub!
  • Gözsüz yaşamaq olar, amma Vətənsiz yox.
  • Gözü ancaq torpaq doyurar.
  • Gözü ilə görən tanrıdan yaxşı bilər.
  • Gözü ilə görür, dili ilə istəyir.
  • Gözü tox olanın könlü də tox olar.
  • Gözü yolda, qulağı səsdə.
  • Gözüm səndən su içmir.
  • Gözün alışmadığı işə girişmə.
  • Gözünün yaşına baxaq, ya əlinin daşına?!
  • Guşə daşı yerdə qalmaz.
  • Güc birlikdədir.
  • Güclü gücsüzdən qisas almaz.
  • Güclü günahkar olmaz.
  • Güclü yanında gücsüz günahkar.
  • Güclüyə nə duz, nə çörək?!
  • Gücü çatana donuz güddürür.
  • Gücü gücümdən çox, ağlı ağlımdan az.
  • Gücün çatmayan işə girişmə, gücə düşərsən.
  • Gücünə bax, şələni bağla.
  • Gücünə görə şələ bağla.
  • Gül, bülbüldən artıq insan əlindən çəkər.
  • Gül əzizdirsə, gülşən ondan əzizdir.
  • Gül getdi xar qaldı, güldən yadigar qaldı.
  • Gül istəyən, tikanın da istəsin gərək.
  • Gül qönçədə qalmaz, söz qəlbdə.
  • Gül o qədər bitib, reyhan harada itib.
  • Gül olmayan yerdə böyürtkən özünü gül sanar.
  • Gül solanda bülbül ağlar.
  • Gül tikansız, dərə ilansız, səfa cəfasız olmaz.
  • Gül tikansız olmaz.
  • Güldən ağır söz demək olmur.
  • Güldən gül iyi gələr.
  • Güllüyün gülü beş günlükdür.
  • Gülmə gülünc olana, özün gülünc olarsan.
  • Gülmə qonşuna, gələr başına.
  • Gülü get güllükdən gətir.
  • Gülü yad etdikcə, bülbülün fəryadı artar.
  • Gülün qədrin bülbül bilər, nə bilər hər divanə.
  • Gülün qədrini bülbül bilir.
  • Gülünə bax, qönçəsini dər.
  • Güman gəlməyən yerdən tülkü çıxar.
  • Gün altında yatmayan kölgənin qədrini bilməz.
  • Gün çıxar, aləm görər.
  • Gün doğuşundan bəllidir.
  • Gün girən evə həkim girməz.
  • Gün girməyən evə həkim girər.
  • Gün görməyən günü gördü, durdu çıraq yandırdı.
  • Gün hansı tərəfdən çıxıb?
  • Gün keçər ömür gedər, dəli sevinər ki, bayram gəlir.
  • Gün o gün deyil, dünya o dünyadır.
  • Gün öz işığını heç kəsdən əsirgəməz.
  • Günah öləndə olar, öldürəndə yox.
  • Günahkar oldu lələ, saqqalı verdi ələ.
  • Günbəz görür, elə bilir içində imamzadə var.
  • Gündə bir söz eşitməsəm, qulaqlarım tutular.
  • Gündə-gündə, bir gün səndə, bir gün məndə.
  • Gündüz çıraq yandıran, axşam qaranlıqda qalar.
  • Gündüz getmədiyin yolu gecə getmə.
  • Gündüz gəzər obanı, gecə sancar dabanı.
  • Gündüz şam yandıran gecə şamsız yatar.
  • Günü günə satmazlar.
  • Günü günüdən günü əsirgər.
  • Günü gününün ölümün istər.
  • Günü xoş geçənə Tanrı da xoş baxar.
  • Günüm yoxdur, günüm var.
  • Güvəs daşa toxunsa — vay güvəsin halına, daş güvəcə toxunsa — vay güvəcin halına.
  • Güvəc görməyən qazan görəndə xorlar.
  • Güvqazan bahası.
  • Güvəci ya sındır, ya dağdan yuvarlat.
  • Güvəndiyim alçacıq dağr

Mənbə redaktə

  • Ağıla və qəlbə işıq saçan sözlər. Bakı,2014