Ədalət qüvvətli, qüvvətlilər isə ədalətli olmalıdır.
Ədalət mübahisə mənbəyi olmuşdur. Gücü asanca görmək olur, o, təkzibedilməzdir. Elə buna görə güclünü haqlı deyil, haqlını güclü hesab etmək mümkün deyil.
Ədalətə tabe olmağı ədalətin özü tələb edir, gücə tabe olmamaq isə mümkün deyil. Güçün dəstəkləmədiyi ədalət zəifdir, ədalətin zəifləmədiyi güc müstəbidlikdir. Gücsüz ədaləti həmişə əzməyə çalışacaq, ədalətsiz gücə isə həmişə nifrət edəcəkdir. Buna görə ədalətlə gücü birləşdirmək lazımdır; Ya ədaləti güclü etmək, ya da gücü ədalətli etmək gərəkdir. Ədalətə qarşı çıxmaq asan, gücə qarşı çıxmaq çətindir. Elə buna gərə də ədalət güclü ola bilmədi - güc onu saya almaq istəmədi, yalnız onun özünün, yəni gücün ədalət mücəssiməsi olduğunu iddia etməyə başladı. Və ədaləti güclü etməyə qabil olmayan insanlar gücü ədalətli hesab etməyə razı oldular. [1]
Əgər bir şeyə inandırmaq istəyirsənsə–inandırmaq istədiyin adamı nəzərə almalısan.
Əgər hər kəs dost sandığı kəslərin bir də öz arxasından söyləmiş olduqlarını eşitsəydi, dünyada çox az dost qalardı.
Əgər insanların sənin haqqında yaxşı düşünməklərini istəyitsənsə, özün haqda çox danışma. [2]
Əgər istəyirsiniz ki, sizin haqqınızda yaxşı fikir desinlər, özünüzü tərifləməyin.
Ən yaxşı əxlaq kitabımız olan və tez-tez müraciət etməyimiz lazım olan kitab vicdandır.
Haqlı olmayan güclü zalım, gücü olmayan haqlı isə çarəsizdir.
Hamı xoşbəxtliyə can atır. Bu, insanların hərəkətlərinin motividir. Hətta özünü asmaq istəyən insanlar belə.
Heç kəsi bəyənməyən adam, heç kəsin xoşuna gəlməyən adamdan daha bədbəxtdir.
Heyvanlar bir-birlərinə heyrət etmirlər. Bir at o biri ata heç vaxt heyran olmur: əlbəttə, onlar cıdır meydanında yarışırlar, lakin bunun heç bir əhəmiyyəti yoxdur: tövlədə ən ləng qaçan ələngə yabı belə öz yulaf payını o biri ata könüllü verməz, halbuki o, insan olsaydı - verməli olardı. Çünki heyvanlar bilmirlər ki, onların məziyyətləri, xidmətləri mükafatlandırıla bilər.
Həddimizi aşmayaq. Bu dünyada hər kəs öz yerini bilməlivə ona uyğun hərəkət etməlidir.
Həqiqət onu öyrənən üçün onu söyləyəndən daha faydalıdır.
Həyatın mənasını bilməyən insan bədbəxtdir.
Hökumətin ən ümdə vəzifəsi işsizliyi aradan qaldırmaqdır, əks halda cəmiyyətin nizamı pozular.
İlahi həqiqətlər zəkadan qəlbə deyil, qəlbdən zəkaya doğru gedər. Allahı hiss edən qəlbdir.
İlahiyyat elmdir, lakin bu elmə nə qədər elmlər sığışıb! İnsan bir çox hissələrdən ibarətdir, lakin onu hissələrə ayırsan, hər bir hissə ayrılıqda insan ola bilərmi? Baş, ürək, damar, damarın hər parçası, qan, qanın hər damlası? Şəhər, yaxud kənd uzaqdan şəhər, yaxud kənd kimi görünür, lakin yaxına gələndə evləri, ağacları, yarpaqları, otu, qarışqanı, qarışqanın ayaqlarını, beləcə sonsuzluğa qədər minlərlə detalı görürsən. Və bütün bunlar "kənd" anlayışına daxildir.
İnsan bəzən şübhə etməli, bəzən qəti inanmalı, bəzən isə hamı tərəfindən qəbul olunanlara itaət etməlidir. Yalnız ağılsız adam buna əməl etməz. İnsanlar bir çox hallarda bu qaydanı pozurlar, sübutun nə olduğunu bilməyə-bilməyə, guya sübut olunmuş hər şeyə inanmırlar, yaxud hər şeyə şübhə ilə yanaşırlar, çünki başa düşmürlər ki, sübut olunmuş şeylərə nə vaxt itaət etmək lazımdır, yaxud hər şeyə itaət edirlər, çünki bilmirlər ki, hansı hallarda öz başlarını işlətməlidirlər.
İnsan çox güman ki, düşünmək üçün yaradılıb, onun bütün üstünlüyü bütün xidməti bundadır; onun əsas vəzifəsi lazımı şəkildə düşünməkdir... ancaq insanlar nə haqda düşünür?
İnsan nə mələkdir, nə də vəhşi və bədbəxtlik ondadır ki, mələk olmaq istəyən, sonunda heyvan olur.
İnsanın gözəlliyi onun davranışındadır.
İnsanın ləyaqəti qeyri-adi qəhrəmanlıqlarla deyil, onun gündəlik səyi ilə ölçülür.
İnsanın öz Ruhunun böyüklüyünə, qüdrətinə inamı o qədər güclüdür ki, başqasının ona həqarətlə baxmasına dözə bilmir. O, yalnız özünə qarşı hörmət duyanda xoşbəxt olur.
Mən ancaq qəlblərinin acısı ilə yazanları təsdiq edirəm.
Mən bu məktubu həmişəkindən daha uzun eləmişəm, çünki daha qısa etməyə vaxtım yoxdur.
Mənə filosofların deyil, peyğəmbərlərin xəbər verdiyi Allah gərəkdir.
Məni bu dünyaya kimin göndərdiyini bilmirəm, mən bilmirəm dünya nədir, mən kiməm, mən dəhşətli bir tərzdə hər şeydən bixəbərəm... haradan gəldiyimi bilmədiyim kimi, haraya gedəcəyimi də bilmirəm... budur mənim vəziyyətim: o acizlik, zəiflik, qaranlıqla doludur
Mənim üçün ən mükəmməl əxlaq bütün alimlərin biliyindən faydalanmaq və onların səviyyəsinə çatmaqdır.
Padşahlıq, krallıq, çarlıq öz aldadıcı əbədiliyi ilə ona yiyələni bədbəxtliyə düçar edir. Məgər Emilinin konsulluq müddəti başa çatdıqda onu bədbəxt zənn edən var idimi? Əksinə, hamı düşünürdü ki, o necə də xoşbəxt adamdır, çünki nə vaxtsa konsulluğa layiq görülüb, axı hamı bilirdi ki, konsulluq müvəqqətidir, əbədilik verilmir. Padşahlıq isə ömürlükdür, buna görə taxtından devrilmiş Perseyi hamı bədbəxt hesab edir, hətta onun bu fəlakətdən sonra intihar etməməsinə təəccüblənirdilər. Bir ağzı olduğu üçün kim əzab çəkir? Və bir gözü qalmış hansı insan əzab çəkmir? Çətin ki, üçüncü gözü olmadığı üçün kimsə dərd çəksin, ancaq hər iki gözü kor olmuş insanın əzabları sonsuzdur.
Tanrını tanımaq və onu sevmək arasında nə çox fərq vardır.
Təbiətdə hər şey bir-biri ilə o qədər sıx bağlıdır ki, birini öyrənmədən digərini bilmək mümkün deyil. Bütünü bilmədən hissələri bilmək olmaz. Və bütövlük sonsuzdur.