A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


A redaktə

  • Asacağımız son kapitalist, çox güman ki, bizə asma kəndirini satan adam olacaq. Karl Marks

B redaktə

  • Bolşevizmlə mübarizə tədbirlərindən biri xalqda sağlam milli hisslərin oyadılmasıdır. Bu, Azərbaycan Respublikasının yaranmaqda olan gənc ordusu üçün xüsusilə zəruridir. Bizim yalnız tatarlarla (azərbaycanlılarla) komplektləşdirilən hərbi qüvvələrimiz öz xalqının dünya tarixinin səhifələrində çoxlu igidliklər yazmış, bütün Avropa xalqları tərəfindən xatırlanan və danışılan, ancaq özümüzün daha az bələd olduğumuz şərəfli hərbi keçmişini bilməlidirlər. Yüz ildən artıq davam edən Rusiya səltənətindən xilas olan türk (Azərbaycan) xalqına xatırladılmalıdır ki, biz heç də həmişə əsarət altında olmamışıq, həm də öz iradəmizi Avropa və Asiyaya diktə etmişik. Güman edirəm ki, türk (Azərbaycan) tarixinin bilicilərindən kiməsə xalqımızın bu günə qədərki mühüm hadisələrini özündə əks etdirən tarixi barədə kütləvi kitabçaları hazırlamağı və çap etdirməyi tapşırmaq çox faydalı olardı... Bizim ziyalılarımızın əsas vəzifələrindən biri orduya onun tarixi keçmişini tanıtmaqdır. Səməd bəy Mehmandarov
  • Biz bir ölkə olaraq təşkilatlandıqda və amerikalılara radikal miqdarda fərdi azadlıq verən radikal Hüquqlar haqqında Bill ilə kifayət qədər radikal Konstitusiya yazdıqda , bu azadlığa sahib olan amerikalıların bundan məsuliyyətlə istifadə edəcəyi güman edilirdi. Yəni biz bu ölkəni quranda hökumət tərəfindən insanların sui-istifadəsi böyük problem idi. Beləliklə, əgər siz Konstitusiyanı oxuyursunuzsa, bu, hökumətin sizinlə qarışmaq qabiliyyətini məhdudlaşdırmaq istəyindən qaynaqlanır, çünki bu, böyük problem idi. Bu hələ də böyük problem ola bilər. Lakin o güman edirdi ki, insanlar əsasən ahəngdar ailələrdə, ahəngdar icmalarda böyüyəcək və onlar həm ümumi rifah, həm də fərdi rifah üçün çalışacaqlar. Bill Klinton

C redaktə

  • Cəsarət bizim irsimizdən yoxa çıxıb. Güman ki, o bizdə heç vaxt olmayıb da. Cəmiyyətin zəhmi, hansı ki, əxlaqın təməlindədir, Allahın zəhmi, hansı ki, dinin sirridir — bu iki şey bizi idarə edir. Və hələ də, inanıram ki, əgər bir insan öz həyatının çərçivələrindən kənara çıxıb onu bütünlüklə, dolu-dolu yaşaya bilsə, hər hissə bir surət, hər fikrə bir təbir, hər arzuya reallıq qata bilər. Mən inanıram ki, dünya elə yeni sevinc impulsları əldə edər ki, biz orta əsrin bütün bəlalarını unudarıq və Antik idealdan da daha yaxşı, daha zəngin bir ideala qayıda bilərik. Ancaq aramızdakı ən cəsur insan belə özü özündən qorxur. İçimizdəki vəhşi insanın dağıdıcı hissi özümüzü təkzib etmədə faciəvi bir yer alır və həyatımızı korlayır. Biz öz imtinalarımızın cəzasını yaşayırıq. Hər impuls hansı ki, haqqında düşünməyi daxilimizdə boğmağa çalışırıq bizi zəhərləyir. Oskar Uayld

Ç redaktə

  • Çox güman ki, boşanma da nikah kimi çox qədimdir. Amma mən hesab edirəm ki, nikah, boşanmadan bir neçə həftə qədimdir. Volter
  • Çox güman ki, sizin üçün yekun nəticələr haqqında düşünmək hələ tezdir və çox güman ki, indi siz uğur qazanmaq, yaxşı çevrəyə sahib olmaq haqqında düşünürsünüz. Odur ki, həmin ehkamlarla, günahların siyahısı ilə tanış olmağınız məsləhətdir. İosif Aleksandroviç Brodski

D redaktə

  • Dərin musiqi bilicisi təəssüatı yaratmaq istəməzdim, ancaq hər halda mən güman olunandan daha yaxşı musiqi bilicisiyəm. Bilirsinizmi, insanlar danışırlar ki, mən cəmi 3 akkordla işləyirəm, əslində isə mən 5 akkord bilirəm. Leonard Koen

E redaktə

  • Elə bir insan tapılarmı ki, zənginlikdə yaşamağa razı olsun və günlərini keflə keçirsin, amma heç kimi sevməsin və sevilməsin? Amma tiranlar nə etibar, nə də sevgi bilmədən yaşayırlar axı. Qorxduğun və ya səndən qorxduğunu güman etdiyin adamı sevmək olarmı? Mark Tulli Siseron

Ə redaktə

  • Əgər sizi söhbət zamanı xoşagəlməz nəsə heyrətləndirirsə, çox güman ki, bundan onların doldurulması yolu ilə azad olursunuz. Culian Smit

G redaktə

  • Gənc qızın yanaqlarını ilk dəfə qızıl gülə oxşadan yəqin ki, şair olub. Bunu ilk dəfə təkrar edən isə çox güman ki, axmaq olub. Salvador Dali

Q redaktə

M redaktə

  • Mən bunu son dərəcə təhlükəli bir doktrina hesab edirəm, çünki həllin kənardan gəldiyini nə qədər çox güman etsək, problemlərimizi özümüz həll etmək ehtimalımız bir o qədər az olar. Karl Saqan
  • Mən ... müqəddəslərin niyə nadir hallarda evli qadınlar olduğunu başa düşürəm. Əminəm ki, bunun bir vaxtlar güman etdiyim kimi, iffət və ya uşaqlarla heç bir əlaqəsi yoxdur. Bu, ilk növbədə diqqəti yayındıran şeylərlə əlaqədardır... Ümumiyyətlə, qadınların adi məşğuliyyətləri yaradıcı həyata, düşüncəli həyata və ya müqəddəs həyata ziddir. Anna Morrou Lindberq
  • Mən tamamilə güman edə bilərəm ki, qəhrəman bir qadın xilas olmaq üçün qaçarkən sonda dolama və təhlükəli dağ cığırında ola bilər. Az ehtimal olsa da, amma yenə də mümkündür ki, o, uçurum üzərindəki körpüyə ayaq basanda körpü uçacaq. Müstəsna olaraq az ehtimal var ki, o, son anda ot kökündən yapışacaq və uçurumdan asılı qalacaq və mən belə bir imkanla razılaşa bilərəm. Lap çətin olsa da, inanmaq olar ki, yaraşıqlı bir kovboy bu anda oradan keçəcək və bədbəxt qadına kömək edəcək. Amma bu anda kamerası olan operator bütün bu həyəcanlı hadisələri kamerasına çəkməyə hazır olacaq, mən buna inanmaram! Nils Bor
  • Mən tamamilə üzülmüşəm, amma işimi dayandıra bilmirəm. Mənim eksperimentlərim o qədər vacib, o qədər gözəl, o qədər təəccüblüdür ki, yemək yeməyə ərinir, yatanda belə onları düşünürəm. Güman edirəm ki, ölənə qədər işimi davam etdirəcəm. Nikola Tesla

O redaktə

  • Oğul! İnsanlar var ki, gün doğanda doğulur, gün batanda ölürlər. Unutma ki, dünya güman etdiyin qədər böyük deyil. Dünyanı bizə böyük göstərən bizim kiçikliyimizdir. Şeyx Ədabali

Ö redaktə

T redaktə

  • Tanrının birliyinə yoxdur güman. Kitabi Dədə Qorqud
  • Tənhalıq dərrakə üçün təhlükə yaradır, həmçinin məziyyətlər üçün əlverişli şərait deyil... Tənhalığa can atan fani insan, şübhəsiz, mövhumatı inanclarla yaşayır və çox güman ki, havalanmış adamdır.[1] Samuel Conson

V redaktə

  • Valideynlərinizə qarşı mehriban olmağa çalışın. Çalışın, onlara qarşı çıxmayın, çox güman ki, onlar sizdən əvvəl öləcəklər. Odur ki, özünüzü ən azı, günah hissindən xilas eləyə bilərsiniz. Əgər üsyan eləməyə ehtiyacınız varsa, onlar qədər həssas olmayanlara qarşı üsyan eləyin. Valideynlər – həddindən artıq yaxında olan hədəfdirlər; məsafə elə yaxındır ki, hədəfdən yayına bilməyəcəksiniz. Çox güman ki, valideynləriniz sahib olduqları hər şeyi sizə miras qoyacaqlar. Başqa sözlərlə, üsyan – son dərəcə effektiv pul yığmaq üsuludur. Hərçənd faizi gəlirli deyil. Hətta deyərdim ki, müflisliyə aparıb çıxarda bilər. İosif Aleksandroviç Brodski

İstinadlar redaktə

  1. Robert Qrin. Hakimiyyətin 48 qanunu.Bakı,2014. səh.104