Əgər bütün insanlar öz günahlarını və qüsurlarını bazara çıxarsaydılar, qonşusunun qüsurunu görüb öz qüsurlarını çox həvəslə evlərinə aparardılar.
Əgər dünyanın bütün xalqlarına ən yaxşı adət və ənənələri seçmək hüququ verilsəydi, hər bir xalq onları diqqətlə araşdırıb öz adət və ənənələrini seçərdi.
Əgər əks fikirlər söylənilmirsə, o zaman ən yaxşı fikri seçmək mümkün deyil.
Farslar çoxdur, amma onlar arasında əsl insanlar azdır.
Farslar üçün yalan danışmaqdan və borca düşməkdən rüsvayçı heç nə yoxdur. Farslara görə, borca düşməyin bir çox səbəbləri ilə yanaşı, borclunun yalan danışmağa məcbur olmasıdır.
Oxatan oxunu lazım olanda atır, lazım olmayanda isə atmır və kamanı boşaldır. Çünki, kaman daima dartılmış olsa, sınar. İnsan təbiəti də eyni cürdür.Əgər insan həmişə ciddi işlərlə məşğul olub əyləncəni, zarafatı özünə rəva görməzsə, o sonda ya dəli, ya da iflic olardı.