Lui Paster (27 dekabr 1822 - 28 sentyabr 1894) — fransız bioloq və əczaçı.

Lui Paster
Doğum tarixi 27 dekabr 1822
Doğum yeri Dole
Vəfat tarixi 28 sentyabr 1894
Vəfat yeri Castle of Villeneuve-l'Étang
Dəfn yeri Pasteur Institute, Paris Notr-Dam kilsəsi
Vikipediya məqaləsi



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


A redaktə

  • Ağıllı insanlar özlərini həddən artıq tərifləyənlərə nifrət edirlər.

B redaktə

  • Baytarların işi daha asandır. Ən azından xəstələrinin fikirlərinə aldanmırlar.
  • Bir az elm Allahdan uzaqlaşdırar. Çox elm Ona ​​tərəf qaytarır.
  • Bir şüşə şərabda dünyadakı bütün kitablardan daha çox fəlsəfə var.

C redaktə

  • Canlı canlıdan doğur!

D redaktə

  • Daim yuxarıya bax, bilmədiyin şeyləri öyrən və hər gün yüksəlməyə çalış.

E redaktə

  • Elm insanı Allaha yaxınlaşdırır.
  • Elm və sülhün gec-tez cəhalət və müharibəni məğlub edəcəyinə inanıram.
  • Elm vətənin ən uca təcəssümü olmalıdır, çünki bütün xalqlar arasında düşüncə və zehni fəaliyyət sahəsində həmişə birincisi digərlərindən üstün olacaqdır.
  • Elmin milli sərhədləri olmasa da, alimlərin öz vətəni var.
  • Elmin ölkəsi yoxdur.
  • Elmin sərhədləri yoxdur, çünki bilik bütün bəşəriyyətə məxsusdur və dünyanı işıqlandıran məşəldir.
  • Elmin tərəqqisi alimlərin əsərləri və kəşfləri ilə müəyyən olunur.
  • Elmin vətəni yoxdur, amma vətənsiz elm adamı yoxdur və dünyanın alimin yaradıcılığına verdiyi önəm onun vətəninə də verilir.

Ə redaktə

  • Əgər yer səthindən mikroorqanizmlər yoxa çıxsaydı, yerin səthi müxtəlif növ ölü orqanizmlər və cəsədlərlə dolu olardı.

F redaktə

  • Fürsət yalnız hazır düşüncəli olanlara üstünlük verir.

H redaktə

  • Həqiqi sirdaşlıq evlilikdə ortaya çıxır.

İ redaktə

  • İnsanların dahiliyi və şərəfləri xalqa xidmət etmələri ilə bağlıdır.

L redaktə

  • Lüğətdə ən vacib üç söz iradə, işləmək və gözləməkdir. Mən uğur piramidamı bu üç təməl daşı üzərində quracağam.

M redaktə

  • Mənim yeganə gücüm səbrimdir.

N redaktə

  • Nəzəriyyə praktikanın anasıdır.

Ö redaktə

  • Övladlarınıza həyatın çətinliklərini əsirgəməyin, əksinə onlara onların öhdəsindən gəlməyi öyrədin.

S redaktə

  • Sadəcə işləməyə alışmalısan və onsuz yaşaya bilməyəcəksən.

Ş redaktə

  • Şərab içkilər arasında ən sağlam və ən gigiyenik hesab edilə bilər.

T redaktə

  • Tətbiqi elmlər yoxdur, mövcud olan elmlərin tətbiqləridir.

U redaktə

  • Uğurlu bir iş gördüyünüz zaman şöhrətdən həzz almağı gözləməyin, yerinə yetirilməsi lazım olanı edin.

Y redaktə

  • Yunanlar hər şeyin gizli tərəfinin sirli gücünü başa düşürdülər. Onlar bizə dilimizdəki ən gözəl sözlərdən birini – “ entuziazm ” sözünü – en theos [Εν Θεος] – içimizdəki tanrını vəsiyyət etdilər. İnsan hərəkətlərinin əzəməti onların hansı ilhamdan qaynaqlandığı ilə ölçülür.
  • Yüksəlmək həyatın sirrini öyrənməklə mümkündür.

İstinadlar redaktə