Menandr (bizim eradan əvvəl 343-291)- Qədim yunan dramaturqu və şairi.
Menandr
|
|
Doğum tarixi |
e.ə. 340 illər
|
Doğum yeri |
Kephisia
|
Vəfat tarixi |
e.ə. 290 illər
|
Vəfat yeri |
Freattyda
|
|
- Bəzən susmaq ən dəhşətli ittiham ola bilər.
- Bizdən çox sevən bizdən tez də inciyir.
- Çoxları dostluğun deyil, yeməyin dostudur.
- Davaçı və davakar olmayın, belə insanlar heç vaxt dilənçilikdən çıxmazlar.
- Dərddə olan dostdan qaçma.
- Dostlara xidmət etmək üçün nəciblik lazımdır.
- Dostunu tərifləyəndə özünü tərifləyirsən.
- Düşmənçilikdə dost düşməndən heç fərqlənmir.
- Evdə mehriban qadın qarışqa kimidir, pis qadın isə deşilmiş çəllək kimidir.
- Evdəki yaxşı arvad qarışqa kimidir, pis arvad isə sızan çəlləyə bənzəyir.
- Evlənmək qərarına gəldikdə, artıq evli olan bir qonşudan soruşun.
- Ədalətli insanın əxlaqi keyfiyyətləri qanunları tamamilə əvəz edir.
- Əgər evlənmək fikrindəsinizsə, o zaman ilk olaraq həyat yoldaşınız olmaq üçün seçdiyiniz qadının dilinin nə olduğunu öyrənin. Dilli arvad cəhənnəmdir.
- Gənc olanda böyüklərə itaət et.
- Gözəllik özündən razı olmayan hikmətdir.
- Güc sözlərə həqiqət izi verir.
- Gücün hökm etdiyi yerdə qanun gücsüzdür.
- Harada güc hökm sürürsə, qanun orada gücsüzdür.
- Heç vaxt həyat yoldaşınızı yalandan ittiham etməyin.
- Heç vaxt keçmiş ağrıları xatırlama.
- Hər bir adamın allahı onun vicdanıdır.
- Hər bir evdə bir qul var - ev sahibinin özü.
- Hər insanın Allahı onun vicdanıdır.
- Xoşbəxt o kəsdir ki, həqiqi dostla şanslıdır.
- Kədərsiz yaşamaq istəyirsənsə, evlənmə.
- Qadınların davranışlarına baxın, amma onları təqlid etməyin.
- Qarşılıqlı sevgi uşaqlarla möhkəmlənir.
- Qəzəbli olsan belə, dostunun sirlərini açma.
- Məsləhət verməkdə hamımız ağıllıyıq, amma səhvlərdən qaçmağa gəldikdə, uşaqdan başqa bir şey deyilik.
- Minnətdarlıq doğru zamanda gözəldir.
- Nəfsinin hakimi olan dünyanın ağası olar.
- Pis arvad əbədi kədərdir.
- Pis ər ölümdən də pisdir. [1]
- Təkəbbürdən daha iyrənc bir pislik yoxdur.
- Vaxt - zaman bütün yaraları sağaldar.
- Valideynlərinizə həmişə Allaha bərabər hörmət edin.
- Yalnız özü üçün yaşayan insan həqiqətən yaşamır.
- Zaman bütün yaraları sağaldır.
- Zamanla həqiqət üzə çıxacaq.
- ↑ [1] Цитаты и афоризмы.
- ↑ Aforizmlər və hikmətli sözlər. Bakı, 2005