Nəcib Fazil Qısakürək

Nəcib Fazil Qısakürək (26 may 1904, Konstantinopol – 25 may 1983, İstanbul) — müasir türk mütəfəkkiri, şair və yazıçısı.

Nəcib Fazil Qısakürək
Doğum tarixi 26 may 1904
Doğum yeri İstanbul
Vəfat tarixi 25 may 1983
Vəfat yeri İstanbul
Dəfn yeri Əyyubsultan qəbiristanlığı
Vikipediya məqaləsi



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


A redaktə

  • Ağacdan düşən yarpaq necə qurumağa məhkumsa; könüldən düşən insan da unudulmağa məhkumdur.
  • Ağlaya bilsəydiniz, anlaya bilərdiniz..
  • Axmaqlıq yoluxucudur.
  • Aldığımız nəfəsi belə geri veririksə, heç bir şey bizim deyil.
  • Allah var lakin bizim ondan, tək soruşulduğu zaman xəbərimiz var!
  • Armud deyib keçməyin, onun ilk hecası çox adamda yoxdur!
  • Arsızlığa cəsarət, zinaya eşq dedilər,

Cəmiyyətin əxlaqını bax beləcə yedilər.

B redaktə

  • Bəziləri var ki, onlara alçaq belə deyə bilmirəm. Çünki alçaqlıq bir səviyyədir, onlar çuxurdu. Çünki bəzi insanlar çuxura düşsələr belə, fərq eləməz.
  • Bir millətin dili ilə oynamaq onun həyatı ilə oynamaqdır.
  • Bir nar ağacı var, bir də dar ağacı,
    Namərdə nar düşdü, İgidə dar ağacı.
  • Biz aclıqdan qarnına daş bağlayan peyğəmbərin doymaq bilməyən ümmətiyik.
  • Biz ayaqları şişənə qədər namaz qılan peyğəmbərin gözləri şişənə qədər yatan ümmətiyik.
  • Biz özümüzdən aşağı olmamalıyıq ki, cəmiyyətdən yuxarı qalxaq.

C redaktə

  • Cavabımın şiddətindən susuram!

D redaktə

  • Demokratiya özünü səhrada təsəvvür edənlərin ilğımıdır. Yaşamağa dəyər həyatı tap və ölümsüzlüyə doğru irəlilə!
  • Dildə uzun, dolğun və çoxhecalı sözlər təfəkkür və sivilizasiya əlamətidir.
  • Dində məcburiyyət yoxdur. Əlbəttə ki, hər kəs azaddır. İstəyən dünyada bişər, istəyən axirətdə.
  • Dinin olmadığı yerdə heç bir şey yoxdur; yoxluq belə yoxdur… Şeir və sənətsə heç yoxdur…
  • Diz çök ey nəfs, qabağımda diz çök.
  • Dünən keçdi bu günü düşünürəm, sabah varmı? Gəncliyinə güvənmə, ölənlər həmişə qocamı?
  • Dünya gözəl olsaydı, doğularkən ağlamazdıq. Yaşayarkən təmiz qalsaydıq öləndə yuyunmazdıq.
  • Dünya öküzün üstündə deyirlər amma; dünyanın üstündə nə qədər öküz bilirəm.

E redaktə

  • Elə insanlar vardır ki; Kanalizasiyaya düşsələr, kanalizasiyanı çirkləndirərlər.

Ə redaktə

  • Əziyyət qapısından çatılacaq dünyanı bilsəydin, yatağını yorğanını satardın.

F redaktə

  • Fars təsiri dəhşətlidir; İslamda ən böyük başlı atların başları və ən xain məğlubların başı iranlıdır.
  • Fəlsəfə; çürük qozlarla dolu bir dənizdə möhkəm qozu axtarmaqdır.

G redaktə

  • Gəncliyinə doya bilmədən getdi, deyirlər. Doymaq mümkünmü ki, doyub da getsin. Doymaq burada yoxdur. Bura acmağın yeridir.

H redaktə

  • Həmişə nəfs çıxır qarşıma, ölüb ölüb diriləndə; insandan qaçmaq asan, özümdən qaça bilsəm…

İ redaktə

  • İndi Fateh qalxsa məzarından nə mən onu tanıyaram nə o məni tanıyar.. Amma İstanbulu bizanslılar almış deyib təkrar savaşar.
  • İnsanın qazandığı puldan yox, pulun qazandığı insandan qorx.
  • İnsanın sevdiyini itirməsi, dişini itirməsi qədər qəribədir. Ağrısını o an yaşanar, yoxluğunu ömür boyu.

K redaktə

  • Kaş ki, mən Allah sözündən başqa, ağzından tək söz belə çıxardamayan bir dilsiz olsaydım!
  • Kimə yar dediksə; O yar açdı yaranı.. Aydındır ki, gerçək sevənimiz yoxdur, Allahdan başqa!
  • Kökünü bəyənməyən budaq və budağını bəyənməyən meyvə yetkinləşmədən çürüyər.

Q redaktə

  • Qadın qəbiristanlığa girərkən başını bağlayır, çölə çıxarkən açır, ölüyə qarşı bağlayıb, diriyə qarşı açmaq ağla sığmaz.
  • Qara Mustafanın Vyanada məğlubiyyəti nə hərbi, nə iqtisadi, nə bu, nə də odur; sadəcə mənəviyyatdır.
  • Qız tələbəni başını örtdüyü üçün təhsil hüququndan məhrum etmək, Qurtuluş savaşının əvvəlində və Maraşda çadranın düşmənlər tərəfindən çıxarılıb yerə salınması ilə başlayan milli yüksəlişin ruhuna tüpürmək deməkdir.
  • Qula qulluq etmə! Unutma ki, sən də qulsan. Və lazım olduğundan çox əhəmiyyət vermə! Yoxsa, unudularsan.

M redaktə

  • Məqsəd tək, ölməmək.
  • Mən bir qəribə insanam.. Nə taxtım var, nə tacım.. Tut əlimdən Allahım.. Tək sənə möhtacam.
  • Mən keçmişimi bükdüm və qaldırıb zibilə atdım, bu zibilləri isə ancaq; pişiklər və itlər qarışdırar!
  • Mənə müasir deyil deyirlərmiş. Nə böyük bir qürur! Mən bu əsrin xaricində qalmayım da, içindəmi boğulum?

N redaktə

  • Nə gəlirsə başımıza haqqdandır; lakin gəlişin səbəbi, haqqdan ayrılmaqdır.
  • Nə var ki bazarlığa girişəcək əcəllə, sərmayəm tək söz Allah Azze və Celle.
  • Nəhənglər kimi əsərlər buraxmaq üçün, qarışqalar kimi çalışmaq lazımdır.

Ö redaktə

  • Ölkələr pulsuzluqdan deyil, əxlaqsızlıqdan çökərlər.
  • Ölüm gözəl bir şey, budur pərdə arxasından xəbər, gözəl olmasaydı ölərmiydi peyğəmbər?!
  • Ömürün ilk yarısı; ikinci yarısını gözləməklə, ikinci yarısı da; ilk yarısının həsrətiylə keçər.
  • Öz özümüzün altında qalmamalıyıq ki, cəmiyyətin üstünə çıxaq.

S redaktə

  • Sevdalın bu dağı deş desə, qaçar, deşərsən! İş Allaha gəldimi, gücün yox, səndələyərsən!

T redaktə

  • Tabutumun taxtası, bilsəm hansı ağacda?
  • Təkəm deyə kədərlənmirəm. Çünki bilirəm, tək insanın xəyanət edəni də olmaz…
  • Tərəddüd etsən ayaqların səni daşımaz. gedəcəyəm de, bas və get!
  • Tumurcuq dərdində olmayan ağac, odundur.

Ü redaktə

  • Üç günlük dünya üçün səy üstünə səy, əbədi bir həyat üçün səy yox heyrət.

V redaktə

  • Verən də o, alan da o, nədir səndən gedəcək? Təlaşını görən, can sənindir zənn edəcək.

Y redaktə

  • Yaradan rəhmətini qəhrindən üstün saydı,

Nə olardı halımız, göz yaşı olmasaydı?.[1]

  • Yolumun qaranlığa batan nöqtəsində, sanki məni gözləyən bir xəyal görürəm.

İstinadlar redaktə

  1. Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014. səh.160