Nikkolo Makiavelli

Nikkolo Makiavelli — İtalyan filosofu, yazıçı və siyasi xadimi, "Hökmdar" əsərinin müəllifi.

Nikkolo Makiavelli



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


A redaktə

  • Ağır xəstəliyi əvvəlcədən müəyyən etmək çətin olsa da, müalicə etmək asandır. O inkişaf etdiyi zaman isə onu müəyyən etmək asan, müalicə etmək isə çətindir.
  • Azadlıq əldə etmiş , lakin mənəviyyatı pozğun xalqa azad olmaq çətindir.

B redaktə

  • Bütün silahlı peyğəmbərlər qalib gəlmiş, silahsızlar isə məğlub olmuşlar.

Ç redaktə

  • Çünki ağılların üç sinfi var: biri öz-özünə dərk edən; başqalarının dərk etdiklərini qiymətləndirən başqası; üçüncüsü isə nə özü, nə də başqalarının göstərməsi ilə dərk etmir; birincisi ən əladır, ikincisi yaxşıdır, üçüncüsü faydasızdır.

D redaktə

  • Dövlət başçısının ağlını, ilk növbədə ətrafına topladığı adamlarla müəyyən etmək olar.
  • Düşməndən gizlətdiyin sirri dostuna da söyləmə.[1]

Ə redaktə

  • Ədalətli və müdrik, özünün bu obrazını qoruyub saxlamağı arzulayan və öz oğlanlarına despotik hökmdar olmağa imkan vermək istəməyən hökmdar ona görə qala tikməyəcək ki, oğlanları ümidlərini istehkamın gücünə yox, öz təbəələrinin xoş iradəsinə bağlasınlar.

H redaktə

  • Həmişə yaxşı olmağa çaışan hər bir kəs, əvvəl-axır mütləq çox böyük sayda yaxşı olmayanların arasında dəfn edilmiş olacaq.
  • Hər dəyişiklik digər dəyişikliklərə yol açır.
  • Hər kəs səni göründüyün kimi görür, çox az adam sənin necə olduğunu hiss edir.
  • Hökmdarın zəkasını qiymətləndirmək üçün ilk üsul onun ətrafında olan kişilərə baxmaqdır.
  • Hökmdarın əsl həqiqətdə comərd olması vacib deyil, bu vacibdir ki, o cür görünsün.

İ redaktə

  • İnsan ağlı üç növ olur: birinci kəslər hər şeyi özləri dərk edir; ikincilər birincilərin dərk etdiklərini anlayır; üçüncülər isə nə özləri bir şeyi dərk edir, nə də başqalarının dərk etdiklərini anlayır.
  • İnsan istəsə, peşman olmağa vaxt tapa bilər.
  • İnsanlar, əgər kimsə sizə qarşı hansısa qanunsuz və ya haqsız hərəkət edibsə, sizin onlara qarşı olan cavabınız daha şiddətli olacaqdır.
  • İnsanlar o qədər sözəbaxandırlar və özlərinin gündəlik tələbatlarından qultək elə asılıdırlar ki, yalançı adam, yalana aldanmağa hazır olan çox sayda adamı həmişə tapacaq.
  • İnsanlar onları sevənləri incitməkdən daha az ehtiyat edirlər, nəinki onların ürəklərinə qorxu salan kəsləri...

Q redaktə

  • Qanun həmişə güclünün tərəfindədir.

M redaktə

  • Məqsəd vasitəyə haqq qazandırır.
  • Müdrik hökmdar öz təbəələrinin, onlar kim olsalar da və istənilən şərtlər çərçivəsində dövlətdən və onun özündən asılı olmalarının qeydinə qalacaq. Bu halda onlar həmişə etimada layiq olacaqlar.[2]
  • Müharibədən qaçmaq mümkün deyil, onu yalnız düşməndən üstün olana qədər təxirə salmaq olar.
  • Müharibənin uğuru puldan deyil, yaxşı qoşunlardan asılıdır.

Ö redaktə

  • Öləndən sonra cənnətə yox, cəhənnəmə düşmək istəyirəm. Orada mən papalar, krallar və hersoqların cəmiyyətləri ilə həzz ala bilərəm. Cənnətdə isə yalnız dilənçilər, zahidlər və apostollar məskunlaşıb.

S redaktə

  • Sülh içində yaşamaq istəyənlər müharibəyə də hazır olmalıdırlar.

Ü redaktə

  • Ümümi şəkildə baxanda insanlara etibar etmək düzgün deyil. Onlar sizə verdiyi sözü heç vaxt tutmazlar, əgər belə olsa o zaman sizində onlara qarşı heç bir öhdəliyiniz qalmaz.

Y redaktə

  • Yadlarla qalib gəlməkdənsə, öz qələbəsi ilə uduzmaq daha yaxşıdır, çünki başqasının silahı ilə qazanılan o qələbə doğru deyil.
  • Yalnız o müdafiə yaxşı, etibarlı və möhkəmdir ki, sənin özündən və cəsurluğundan asılı olmuş olsun.

Z redaktə

  • Zəruri olduqda cəsarətli ola bilməyən hökmdar özü öz məhvinin səbəbkarı olur.

İstinadlar redaktə

  1. Xəzinə. Bakı, 1997. səh.55
  2. Robert Qrin. Hakimiyyətin 48 qanunu.Bakı,2014. səh.70