Ogüst Kont (19 yanvar 1798, Montpellier - 5 sentyabr 1857, Paris) — fransız sosioloqu, riyaziyyatçısı və filosofu. Müstəqil elm kimi pozitivizmin və sosiologiyanın banisi.

Ogüst Kont
Doğum tarixi 19 yanvar 1798
Doğum yeri Monpelye
Vəfat tarixi 5 sentyabr 1857
Vəfat yeri Paris
Dəfn yeri Per-Laşez qəbiristanlığı, Grave of Auguste Comte
Vikipediya məqaləsi



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


A redaktə

  • Ailələr qəbilə, tayfalar millət olur.

B redaktə

  • Başqaları üçün yaşamaq təkcə vəzifə qanunu deyil, həm də xoşbəxtlik qanunudur.
  • Başqalarının təcrübəsindən faydalanmağı bacaran xoşbəxt adamdır.
  • Bəşəriyyətin böyüklüyü dirilərdə deyil, ölülərdədir.
  • Bilənlərlə bilməyənlər eynidirmi?

D redaktə

  • Dil oddan da pis yandırır.

E redaktə

  • Elmi dərk etmək üçün onun tarixini bilmək lazımdır.
  • Elmin inkişafı ilə birlikdə mifologiya da öldü.

Ə redaktə

  • Ən böyük səadət gözəl əxlaqdır.

F redaktə

  • Fədakarlıq kamilliyin təməlidir.

H redaktə

  • Həyatda ən çox güvəndiyim şəxs müəllimdir. Çünki onun silahı kitabdır və bu silahla istənilən düşməni çökdürmək mümkündür.[1]

İ redaktə

  • İlk iki dövr geridə qalmışdır; müsbət elmin və düşüncənin hakim olduğu dövrə girdik.
  • İnad etməyin, çünki inadkarlığın nəticəsi cəhalət və peşmançılıqdır.

M redaktə

  • Maddi güc güclülərin və zənginlərin əlindədir; intellektual güc müdrik adamlara və ya kahinlərə məxsusdur; mənəvi güc isə qadınlar tərəfindən həyata keçirilir.
  • Məhəbbət yeganə əxlaqi duyğudur, çünki təkcə o, kollektivizmin fərdilikdən üstün olmasını təmin edir.
  • Mifologiya elmin inkişafı ilə birlikdə öldü.

P redaktə

  • Pozitiv fəlsəfənin əsas xüsusiyyəti bütün hadisələrin təbiətin dəyişməz qanunlarına tabe olmasıdır.

Ş redaktə

  • Şərqli öndərlər, millətlərinin başından ayrılmayaraq hər hökumətin təməli olan bu iki qanunu haqqıyla edirlər: yaxşı yola aparmaq və pisliklərdən qorumaq. Bu zadəgan hərəkət Ruslardan çox xüsusilə Türklərdə gözə dəyir.

T redaktə

  • Tarixi bilmədiyimiz müddətcə heç nəyi tam olaraq bilmirik.

İstinadlar redaktə

  1. Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014. səh. 325