Riyaziyyat

real həyatın miqdar və fəza münasibətlərinə dair məsələlərin həllinin bu obyektlərin xassələrini zərurət üzündən ideallaşdırma yolu ilə tapılmasına əsaslanan elm, təbiət elmlərinin bazisi

Riyaziyyat — real həyatın miqdar və fəza münasibətlərinə dair məsələlərin həllinin bu obyektin xassələrini zərurət üzündən ideallaşdırma yolu ilə tapılmasına əsaslanan elm, təbiət elmlərinin bazisi.

Evklid (Rafaelin "Afina məktəbi" rəsmi)



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


A redaktə

  • Allahın iradəsini pərgarla ölçmək istəyən riyaziyyatçı, həmçinin Zəbur kitabının köməyi ilə astronomiyanı və ya kimyanı dərk etməyin mümkün olduğunu düşünən ilahiyyatçı müəllim axmaqdır. Mixail Lomonosov
  • Amma yaxşı və gözəl fərqli olduğundan (çünki birinci həmişə hərəkətdədir, gözəl də hərəkətsiz şeylərdədir), riyaziyyat elmlərinin gözəl və yaxşı haqqında heç nə demədiyini iddia edənlər yanılırlar. Çünki bu elmlər onları ən çox təsdiq edir və sübut edir; adlarını çəkmirlərsə, əsərlərini, təriflərini sübut etmirlərsə, bu o demək deyil ki, onlar haqqında heç nə demirlər. Gözəlliyin əsas növləri riyaziyyat elmləri tərəfindən ən yaxşı sübut edilən nizam, müqayisəlilik və ayrılıqdır. Və bunlar (mən burada nizam və ayrılıq haqqında düşünürəm) çox şeyin səbəbi kimi göründüyündən, riyaziyyat elmlərinin də müəyyən şəkildə gözəlin səbəbi kimi bir səbəbdən bəhs edəcəyi açıq-aydın görünür. Aristotel

B redaktə

  • Başqa hər şeydə olduğu kimi riyazi bir nəzəriyyə üçün də elədir; gözəllik qəbul edilə bilər, lakin açıqlana bilməz. Lev Tolstoy
  • Bəlləyərək deyil, kəşf edərək anlamaq lazımdır. Riyaziyyat onsuz da həmişə varıydı. Cahid Arf
  • Bəzən düstur onu icad edən adamdan daha müdrik görsənir. Bernard Bolzano (1781-1848) çex riyaziyatçısı
  • Bir-biri ilə qarşılaşan ədədlər, fiqurlar və onların kombinasiyası bütün riyazi ideyaların mənbəyidir. Pifaqor
  • Bir qədər şair olmadan riyaziyyatçı olmaq mümkün deyil. Karl Vilhelm Veyerştrass (1815-1897)alman riyaziyyatçısı
  • Bütün elmlər riyaziyyata çevrilməlidir. Əvvəlki riyaziyyat həqiqi elmi ruhun yalnız ilk və ən asan ifadəsi və ya vəhyidir. Novalis
  • Bütün ilahi elçilər riyaziyyatçı olmalıdırlar. Novalis
  • Bütün sənətlər musiqiyə meyl etdiyi kimi, bütün elmlər də riyaziyyata meyl edir. Corc Santayana

C redaktə

  • Cərrahyiyyə stolundan və riyaziyyatdan qorxuram. Cərrahiyyə bədən üçün, riyaziyyat baş üçün dəhşətdir. Mixail Prişvin

D redaktə

E redaktə

  • Ehtimal ki, riyaziyyatdan bixəbər olanlarla birlikdə bu mövzuda qərar verməyi öz üzərinə götürən və Müqəddəs Yazılarda onların məqsədinə uyğun kobud şəkildə təhrif olunmuş yer üzündə bu işimə qarşı çıxmağa cəsarət edən ağılsız natiqlər tapılsa, onlar mənim üçün heç bir əhəmiyyət kəsb etmir, mən onların mühakimələrini tələsik hesab edirəm. Çünki riyaziyyatdan az -çox başı çıxan Laktansius, yerin top şəklinə malik olduğunu bəyan edənlərə lağ edərkən yerin formasından bir qədər uşaqcasına danışırdı. Buna görə də tələbələrin bizə gülməsi təəccüblü deyil. Riyaziyyat riyaziyyatçılar üçün yazılmışdır və kimlərəsə bizim bu zəhmətlərimiz, səhv etmirəmsə, hətta müqəddəsinizin hazırda rəhbərlik etdiyi kilsə dövlətinin işinə də qarışmaq kimi görünür. Nikolay Kopernik
  • Elə problemlər var ki, mən onların həllinə riyaziyyatdan daha çox əhəmiyyət verərdim, məsələn, etikaya, Allaha münasibətimizə, taleyimizə və gələcəyimizə aid; lakin onların həlli bizdən tamamilə kənarda və tamamilə elm əyalətindən kənardadır. Karl Qaus
  • Elm yalnız ona riyaziyyat daxil olduğuna görə elmdir. İmmanuel Kant

H redaktə

  • Həndəsə forma və ölçülərin nəzərə alınmasına həsr olunmuş riyaziyyat elmidir və ölçü və ya məkan ideyalarının iştirak etdiyi bütün elmlərin öyrənilməsi üçün ən yaxşı və ən etibarlı bələdçi olduğu deyilə bilər. Naviqatorların, memarların, tədqiqatçıların, mühəndislərin və optiklərin öz peşələri üzrə tələb etdiyi demək olar ki, bütün biliklər həndəsə və riyaziyyatın sahələrindən əldə edilir. Həndəsənin daxil olduğu qaydalara uyğun qurulmuş bütün sənət əsərləri; və eyni qanunları təbiət əsərlərində müşahidə edirik. Riyaziyyatın öyrənilməsi, ümumiyyətlə, dəqiq düşünmə vərdişlərinin yetişdirilməsində də böyük əhəmiyyət kəsb edir; və bu baxımdan eyni zamanda məntiqə faydalı köməklik göstərir. Robert Çembers
  • Hər bir elmdə həqiqət riyaziyyat olduğu qədərdir. İmmanuel Kant
  • Həyat yalnız iki şey üçün gözəldir; riyaziyyatı kəşf etmə və öyrətmə. Albert Eynşteyn
  • Həyat yalnız iki şeylə gözəldir; riyaziyyata yiyələnmək və riyaziyyatı öyrənməklə. Simeon Deni Puasson
  • Hökmdar siyasi elmi, kamandan ox atmağı, sevgi elmini, rəqsləri, hesabdarlığı, musiqini, riyaziyyatı, təsviri incəsənəti səylə öyrənməlidir. Çanakya/Hökmdar

İ redaktə

  • İlham həndəsəyə də şeyriyyətə olduğu qədər lazımdır. Aleksandr Puşkin
  • İnsan kəşflərinin heç biri elmi həqiqət ola bilməz, əgər o, riyazi sübutlarla təsdiqlənmirsə.Leonardo da Vinçi
  • İnsanoğlu bir gün sonsuza qədər yaşamağı riyaziyyatla tapacaq. Cahid Arf

K redaktə

  • Kainatın kitabı riyaziyyat diliylə yazılmışdır. Qalileo Qaliley
  • Kimlər ki anadan riyaziyyatçı doğulmuşlar, yüksək ağıla malik olduqlarına görə, bütün başqa elmlərə yaxşı qabiliyyətləri var. Sokrat
  • Kimya - fizikanın sağ əli, riyaziyyat - onun gözləridir. Mixail Lomonosov

M redaktə

  • Mexanika riyazi elmlərinin cənnətidir, çünki onunla riyaziyyatın bəhrələrinə çatmaq olar. Alfred Norz Vaythed
  • Mən riyaziyyata həyatımı həsr etdim, qarşılığında mənə həyatımı geri verdi. Cahid Arf
  • Mən siyasət və müharibəni öyrənməliyəm ki, oğullarımız riyaziyyat və fəlsəfəni öyrənməkdə azad olsunlar. Oğullarım riyaziyyat və fəlsəfə, coğrafiya, təbiət tarixi, gəmiqayırma, gəmiçilik, ticarət və kənd təsərrüfatı sahələrini öyrənməlidirlər ki, övladlarına rəssamlıq, şeir, musiqi, memarlıq, heykəltəraşlıq, qobelen və çini sənəti öyrənmək hüququ versinlər. Con Adams
  • Müstəqil təfəkkürə gedən ən qısa yol riyaziyyatdır. V.A.Kaberin(1902) sovet yazıçısı

R redaktə

  • Riyaziyyat adətən dilə aid edilən funksiyalardan kənara çıxır. Mixal Heller
  • Riyaziyyat bir dildir və əsaslandırmadır; dil üstəgəl məntiq kimidir. Riyaziyyat düşünmə vasitəsidir. Riçard Feynman
  • Riyaziyyat bir fənn, elm kimi insanın ümumi düşüncə tərzini, təfəkkür mədəniyyətini təkmilləşdirir, onları nizama salır, məntiqi mülahizə etməyə sövq edir, onlarda dəqiqliyi və gətirilən dəlillərin, arqumentlərin hərtərəfli mükəmməlliyini tərbiyə edir.[1][2]Ələddin Allahverdiyev
  • Riyaziyyat bizim nöqteyi-nəzərimizdən bir elm deyil, o mənada ki, təbiət elmi deyil. Onun etibarlılığının sınağı təcrübə deyil. Yeri gəlmişkən, əvvəldən aydınlaşdırmalıyıq ki, əgər bir şey elm deyilsə, o, mütləq pis deyildir. Məsələn, sevgi elm deyil. Deməli, əgər bir şeyin elm olmadığı deyilirsə, bu o demək deyil ki, onda nəsə var; sadəcə olaraq o deməkdir ki, bu elm deyil. Riçard Feynman
  • Riyaziyyat-canlı orqanizmdir ... ...riyaziyyatı anlamaq üçün onun tarixini bilmək vacibdir. Leopold Infeld(1898-1968) polyak fiziki
  • Riyaziyyat elmin, say nəzəriyyəsi riyaziyyatın kraliçasıdır; çox vaxt astronomiya və təbiət elmlərinə təvazökarlıqla xidmət edir və bütün bu əlaqələrdə aparıcı rol oynayır. Karl Qaus
  • Riyaziyyat - elmlərin, hesab isə - riyaziyyatın tacıdır. Karl Qaus
  • Riyaziyyat elmlərin kraliçasıdır. Karl Qaus
  • Riyaziyyat ən aşkar olanı ən az aşkar olan yolla sübut etmək işidir. Corc Polya
  • Riyaziyyat ən gözəl həyatdır. Novalis
  • Riyaziyyat ən məqbul elmdir; o və astronomiya mənimlə rəqs məclisləri, konsertlər və digər bu kimi əyləncələri təmsil edir, mən onların ancaq adlarını bilirəm. Fridrix Bessel
  • Riyaziyyat əsas olaraq səbir hadisəsidir. Bəlləyərək deyil, kəşf edərək anlamaq lazımdır. Cahid Arf
  • Riyaziyyat insan zehninin çata bildiyi ən mürəkkəb abstraksiyalar haqqında elmdir. Alfred Norz Vaythed
  • Riyaziyyat kosmosu əks etdirən dəyərləri, o cümlədən nizam, tarazlıq, harmoniya, məntiq və mücərrəd gözəlliyi ifadə edir. Derak Çopra
  • Riyaziyyat müxtəlif şeyləri eyni adla çağırmaq sənətidir. Anri Puankare
  • Riyaziyyat müstəqil düşüncəyə aparan ən qısa yoldur. Veniamin Kaverin
  • Riyaziyyat onsuz da həmişə varıydı. İnsanoğlu onu tapdı.Cahid Arf
  • Riyaziyyat öz gözəlliyini yalnız ciddi düşünmə səyindən qorxmayanlara açır. Kim ən sadə konseptual qaydaları anlamaq istəməməsinə haqq qazandırırsa reallığı daha dərindən görməsi sayəsində özünü “əlavə mənadan” məhrum edir. Mixal Heller
  • Riyaziyyat öz-özlüyündə aydın olan elmlərdən biridir. Leonardo da Vinçi
  • Riyaziyyat, özünü aldatmağın ən mükəmməl üsuludur. Albert Eynşteyn
  • Riyaziyyat tanrıların həyatıdır. [Novalis]]
  • Riyaziyyat, təbiət öyrənməyə yaxşı və hətta yeganə girişdir. Dmitri Pisarev (1840-1868) rus publisisti
  • Riyaziyyata can atmaq insan ruhunun ilahi çılğınlığıdır. Alfred Norz Vaythed
  • Riyaziyyatçıların yalnız müəyyən olan şeylərlə məşğul olması və şübhəli və naməlum olanların yanından səssiz keçməsi diqqət çəkir. Hər şeyi bildiklərini iddia etmirlər və hər mövzuda danışa biləcəkləri kimi davranmırlar.Doğru olduğunu bildikləri və yenilməz arqumentlərlə yaxşı nəticələr verə bildiklərini dərc edərək teoremlərinə daxil edirlər. Başqa şeylər haqqında susurlar və heç bir fikir bildirmirlər, tələsik bir şeyi qorumaqdansa, cahil olduqlarını etiraf etməyi üstün tuturlar. Mümkün olan bütün fərziyyələri və kiçik fərziyyələri rədd edərək, ən açıq şəkildə bilinməyən və son dərəcə ciddi şəkildə araşdırılmayan arqumentləri və iddiaları arasında heç bir şeyi təsdiqləmirlər. Heç vaxt hakimiyyətə itaət etməzlər, heç bir sevgi göstərməzlər, hisslərinə boyun əyməzlər, incəlikdən nifrət edərlər və duyğularını ədalət məhkəməsində olduğu kimi, ehtiras olmadan, üzr istəmədən bəyan edərlər. İsaak Barrou
  • Riyaziyyatda ağıl müstəsna olaraq özünün zaman və məkan kimi dərketmə forması ilə məşğuldur. Deməli, o, öz quyruğu ilə oynayan pişik kimidir. Artur Şopenhauer
  • Riyaziyyatda bir şeyləri əsla anlamazsan, yalnız onlara alışarsan. İsaak Nyuton
  • Riyaziyyatda həqiqətə nail olmaq üçün əsas yollar induksiya və oxşarlıqdır. Laplas (1749-1827) fransız riyaziyyatçısı
  • Riyaziyyatdakı ən böyük irəliləmələrin bəziləri daha sonra açıqlanması zəruri hala gələn kiçik simvolların icadıyla olmuşdur; mənfi işarəsindən bütün mənfi halların nəzəriyyəsi çıxmışdır. Oldos Haksli
  • Riyaziyyatdakı gözəlliyi, ədəd və fiqurlardakı harmoniyanı, həndəsənin zərifliyini unutmaq olmaz. Bunlar insanda əsl estetik hiss oyadır. Anri Puankare (1854- 1912) fransız riyaziyyatçısı.
  • Riyaziyyatdan xəbərdar olmayan şəxsin, dünyanı dərk etməsi mümkün deyil. Rocer Bekon
  • Riyaziyyatın inkişaf etdirilməsi və təkmilləşdirilməsi dövlətin tərəqqisi ilə sıx bağlıdır. Napoleon Bonapart (1769-1821) fransız imperatoru
  • Riyaziyyatın öyrənilməsi xəyal qırıqlığına səbəb ola bilər... Bizə deyirlər ki, ondan ulduzların kütləsini təyin etmək və ya bir damla sudakı milyardlarla molekulu saymaq olar. Bununla belə, Hamletin atasının bəhanəsi kimi, bu böyük elm bizim zehni silahlarımızın onu dərk etmək səylərindən yayınır. Alfred Norz Vaythed
  • Riyaziyyatın varlıq qüdrəti onun sahələrinin qırılmaz birliyindəndir. Hilbert (1862-1943) alman riyaziyyatçısı
  • Riyaziyyatçılar aşiqlər kimidir. Onlardan birinə ən kiçik bir qanunu verin, o ondan bir nəticə çıxaracaq, təbii ki bu nəticəni qəbul etməniz lazım olacaq, o da bu nəticədən başqa bir nəticə çıxaracaq. Nikolay Kopernik
  • Riyaziyyatçılar bir-birinin çiynində dayanırlar. Karl Qaus
  • Riyaziyyatçılar -fransızlar kimidir.Onlarla danışanda,sənin sözlərini öz dillərinə tərcümə edirlər və o dəqiqə tamamilə, başqa nəsə alınır. Höte (1749-1832) alman şairi
  • Riyaziyyatçılar obyektləri yox, obyektlər arasındakı münasibətləri öyrənirlər; ona görə də, bu obyektləri başqaları ilə əvəz etmək onlar üçün vacib deyil, yalnız əlaqələr dəyişməz qalır. Obyekt onlara biganədir, düsturlar onları maraqlandırır. Anri Puankare

S redaktə

  • Saf riyaziyyat bütünlüklə belə fikirlərdən ibarətdir ki, əgər filan müddəa hər hansı bir şey üçün doğrudursa, filan müddəa o şey üçün də doğrudur. Birinci müddəanın həqiqətən doğru olub-olmadığını müzakirə etməmək və doğru olması lazım olan hər hansı bir şeyin nə olduğunu qeyd etməmək vacibdir. Bu nöqtələrin hər ikisi tətbiqi riyaziyyata aid olardı. Biz sırf riyaziyyatda müəyyən nəticə çıxarma qaydalarından başlayırıq ki, bu qaydalara əsasən bir müddəa doğrudursa, başqa bir müddəa da belədir. Bu nəticə çıxarma qaydaları formal məntiq prinsiplərinin əsas hissəsini təşkil edir. Sonra əyləncəli görünən hər hansı bir fərziyyə götürürük və onun nəticələrini çıxarırıq. Əgər hipotezimiz haqqındadırsa hər hansı bir və ya bir və ya bir neçə xüsusi şey haqqında deyil, o zaman ayırmalarımız riyaziyyatı təşkil edir. Beləliklə, riyaziyyat nə haqqında danışdığımızı, nə də dediklərimizin doğru olub-olmadığını heç vaxt bilmədiyimiz mövzu kimi müəyyən edilə bilər. Riyaziyyatın başlanğıcı ilə çaşqın qalan insanlar, ümid edirəm, bu tərifdən rahatlıq tapacaq və yəqin ki, onun dəqiqliyi ilə razılaşacaqlar. Bertran Rassel
  • Səhvlərimdən öyrəndiyim bir şey riyaziyyatın həmişə doğru olmasıdır. Nə vaxt ki, bir şey mənim istədiyim kimi getmədi və mən bundan məyus oldum, sonunda həmişə məlum oldu ki, arzuolunmaz həll daha da maraqlı nəticələrə gətirib çıxardı. Özünüzü riyaziyyatla idarə etməyə icazə verməlisiniz və əlbəttə ki, bütün proqramı qəbul etməyi əsaslandırmaq üçün həmişə fiziki motivasiyaya sahib olmalısınız. Mixal Heller
  • Sən, bir riyaziyyat bərabərsizliyində bilinməyənsən. Aydın oldu; tək buraxaraq həll edəcəyəm səni. Yılmaz Ərdoğan
  • Sıfırlara bənzər insanlar var; həmişə onların qabağında rəqəmlərin olması zəruridir. Onore de Balzak

T redaktə

  • Tez vəya gec hər bir riyazi ideya bu və ya digər işdə öz tədbiqini tapır. A.N.Krılov(1863-1945) sovet riyaziyyatçıs
  • Təmiz riyaziyyat elə bir predmetdir ki, orada nə haqda danışdığımızı, danışdığımızın isə həqiqi olub-olmadığını bilmirik. Mark Tven
  • Təmiz riyaziyyat elmi özünün müasir inkişafında insan ruhunun ən orijinal yaradılışı olduğunu iddia edə bilər. Alfred Norz Vaythed

U redaktə

  • Uşaqlığımda mənim üçün üç şey varıydı. Riyaziyyat, tarix və siyasət. Amma riyaziyyat onsuz da hamısını izah edən şey idi. Cahid Arf

V redaktə

  • Vaxtımı siyasətə və tənliklərə sərf edirəm. Zənnimcə tənliklər daha vacibdir, çünki siyasət yalnız həmin məqam üçün mövcud olduğu halda, tənliklər əbədidir. Pifaqor

Y redaktə

  • Yukatanda, ən qədim mayyalılar - asteklərin öz yazı ideyasını onlardan aldıqları - sıfır anlayışını (yunanlar və romalılar nəzərə almadılar) və onlar tərəfindən hazırlanmış riyaziyyat və astronomiya vasitəsilə kəşf etdilər. o qədər mürəkkəb bir təqvim icad etdilər ki, onlar 144.000 günlük dövrləri düşünə bildilər. Marqaret Mid

İstinadlar redaktə

 
Wikipedia logo
Riyaziyyat haqqında Vikipediyada məqalə var.
  1. “Uşaqlığım və gəncliyimlə bağlı iki müqəddəs yer var: Göyçə və Bakı”. Jurnalistlər Araz Yaquboğlu və Ramil Cəbrayıla verilmiş müsahibə. Karabachmedia.az (2018-05-28)
  2. “Türk dünyası ağsaqqalları” qəzeti, 30 may - 05 iyun, №11(199), 2018, səh. 4-5.