Robert Oppenheymer
Amerikalı fizikaçı və professoru
Robert Oppenheymer - (22 aprel 1904, Nyu-York, Nyu-York ştatı – 18 fevral 1967, Prinstom, Nyu Cersi) — Kaliforniyanın Berkli Universitetində professor kimi çalışmış yəhudi əsilli amerikan nəzəriyyəçi-fizik.
Robert Oppenheymer | |||
Doğum tarixi | 22 aprel 1904 | ||
Doğum yeri | Manhetten | ||
Vəfat tarixi | 18 fevral 1967 | ||
Vəfat yeri | Prinstom | ||
|
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A redaktə
- Araşdırma azadlığına heç bir maneə olmamalıdır . Elmdə dogmaya yer yoxdur. Alim sərbəstdir və sual verməkdə, hər bir ifadəyə şübhə etməkdə, hər hansı dəlil axtarmaqda, səhvləri düzəltməkdə azad olmalıdır.
B redaktə
- Başıboş adam xoşbəxtliyi uzaqlarda axtarır, müdrik isə onu öz yanında yetişdirir. [1]
- Biz bir şeyi, dünyanın təbiətini kəskin və dərindən dəyişdirən ən dəhşətli silahı etdik. Və bununla biz bir daha elmin insan üçün faydalı olub-olmaması sualını gündəmə gətirdik.
- Bizim nüvə monopoliyamız günəşdə əriyən buz parçası kimidir.
- Bu dünyanın xalqları birləşməlidir; əks halda məhv olacaqlar.
D redaktə
- Dahi cavabı sualdan əvvəl görür.
- Düşünürəm ki, dostlardan çox fizikaya ehtiyacım olduğunu söyləmək qorxunc olmaz - və bu, həqiqətdir.
E redaktə
- Elm hər şey deyil, amma elm gözəldir.
F redaktə
- Fizikləri ağırlaşdıran günah odur ki, öz biliklərini itirə bilməzlər.
H redaktə
- Heç kim nə qədər az bildiyini öyrənmədən universitetlərimizi tərk etməməlidir.
- Hidrogen bombasından istifadə edib-etməmək barədə qərar vermək elm adamlarının vəzifəsi deyil . Bu məsuliyyət Amerika xalqına və onun seçdiyi nümayəndələrə məxsusdur.
K redaktə
- Küçələrdə oynayan uşaqlar var, mənim özümə soruşduğum nüvə fizikasının bəzi problemlərini çox yaxşı həll edə bilərdilər, çünki onlarda mənim çoxdan itirdiyim qavrayış formaları var.
M redaktə
- Mənə dostlardan çox fizika lazımdır.
O redaktə
- Optimistlər bunun bütün mümkün dünyaların ən yaxşısı olduğunu düşünürlər. Pessimistlər bunun doğru ola biləcəyindən qorxurlar.
S redaktə
- Sən axtarmasan, başqaları tapacaq.
İstinadlar redaktə
- ↑ Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014. səh.209.