Söhbət

iki və ya daha çox insan arasında interaktiv ünsiyyət



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


A redaktə

  • Axmaq söhbət ailənin təməlini dağıdır. Çanakya
  • Ağıllı qonşun yoxdursa, kitabla söhbət et. Azərbaycan atalar sözləri/A
  • Az danışmağı, susmağı, soruşanda cavab verməyi, böyüklərə qulaq asmağı öyrətmək, nalayiq sözlər, söyüşlər, yersiz kəlmələr işlətdikdə utandırmaq, gözəl, zərif, xoş kəlamlardan istifadə etdikdə tərifləmək, buna adət etməyə hüsn-rəğbət oyatmaq lazımdır. O, müəlliminə, yaşca özündən böyük olanlara hörmət və xidmət etməyi bilməlidir. Böyük adamların övladları belə davranış qaydalarına daha çox möhtacdır. Onun müəllimi ağıllı, vicdanlı, əxlaq normalarına, uşaq ruhiyyəsinə bələd, şirin danışmaqda, insaflı rəftarda, vüqarlı, zəhmli davranışda, pak və təmizlikdə məşhur, şahların xasiyyətindən, adət və ənənələrindən, eyş-işrətlərindən, məclis və söhbətlərindən bixəbər, camaatın hər təbəqəsi ilə danışmağı bacaran, rəzil və alçaq adamlardan qaçmalıdır. Böyük adamların yaxşı tərbiyə görmüş, gözəl adətlər qazanmış uşaqları ilə bir məktəbdə oxumalıdır ki, darıxmasın, onlardan öyrənsin, başqa şagidlərə qibtə hissi ilə yanaşsın, onlarla bəhs-bəhsə girsin, elmə həvəsi artsın. Nəsirəddin Tusi

B redaktə

  • Başqa əsrlərin yazıçıları ilə söhbət etmək, səyahət etməyə bərabərdir. Rene Dekart
  • Biz nə üçünü bilmədən sevirik və insanda hər şeyi bölmədən sevirik. Biz onun üstünlükləri ilə qürur duyduğumuz kimi, zəifliklərinə də mərhəmətliyik, dəqiq söhbət bizim özümüzdən getdiyi kimi. Oliver Qoldsmit

Ç redaktə

  • Çalışın ki, hər kəslə söhbət edəsiniz. Ünsiyyətin ustadı olun. İnsanlarda sizin xoşunuza gələni tapmağı öyrənin, sonra isə onun bu tərəfi ilə əlaqə yaradın. Culian Smit
  • Çox danışmamalı, başqasının sözünü yarımçıq kəsməməli, başqasının nağıl etdiyi hekayət və rəvayəti bilirsə, bunu üzə vurmamalı və onun danışıb qurtarmasına imkan yaratmalıdır. Başqasından soruşulana cavab verməməli, ümumidən edilən sualda camaatı qabaqlayıb hövləki irəli düşməməlidir. Biri cavab verməklə məşğul isə, daha qabil cavab verməyə qadir olsa da, səbr etməli, o, sözünü qurtardıqdan sonra öz cavabını verməlidir, lakin əvvəlkinə tənə etməməlidir. Onun yanında iki adam söhbət edirsə qarışmamalı, ondan gizlidirsə gizlin qulaq asmamalıdır; özləri müraciət etməsələr söhbətə qoşulmamalıdır. Böyüklərlə danışarkən kinayə işlətməməli, nə bərkdən, nə yavaşdan, mülayim səslə sözünü deməlidir. Danışdığı məsələ qəlizdirsə, aydın misallarla izah etməyə çalışmalıdır, başqa hallarda qısa və yığcam danışmalıdır. Yabançı kəlmələr işlətməməli, qondarma ibarələr düzəltməməli, ona deyilənlərə axıra qədər qulaq asmamış cavab verməməli, deyəcəyi fikri beynində bişirməmiş dilinə gətirməməli, ehtiyac olmadan sözü təkrar etməməlidir; ehtiyac üzündən təkrar lazım olduqda tərəddüd göstərməməlidir. Nalayiq sözlər işlətməməli, dilini söyüşə öyrətməməli, zərurət üzündən ayıb kəlməyə ehtiyac yarandıqda onu obrazlı, məcazi ibarələrlə anlatmalı, şux və zərif ifadələrdən qaçmamalı, hər məclisə münasib danışmağı bacarmalıdır. Söz vaxtı əl-qolunu işə salmamalı, qaş-gözünü oynatmamalıdır. Belə hərəkətləri yalnız danışılan əhvalat tələb etdikdə nəzakətli və gözəl bir tərzdə göstərmək olar. Yalan, doğru üstündə məclisdə höcət etməməli; yalvar-yaxar təsir etməyən adama yalvarmamalı, münaqişə və mübahisədə rəqibin haqlı olduğunu gördükdə üstünlüyü ona verməlidir. Avam, uşaq, arvad, divanə və sərxoş adamların söhbətindən bacardıqca uzaq gəzməlidir. Başa düşməyən adama incə və üstüörtülü söz deməməli, danışıqda nəzakətli olmalı, heç kəsin işini, sözünü, hərəkətini pis şəkildə ona buna çatdırmamalı, qorxulu şayiələr yaymamalıdır. Nəsirəddin Tusi

D redaktə

E redaktə

Ə redaktə

F redaktə

  • Fikirlər yuvarlanan xalçalar kimidir; söhbət onları açır və gün işığına çıxarır. Femistokl

G redaktə

  • "Görmədim" bircə sözdür, "gördüm" böyük söz-söhbət. Osetin atalar sözləri
  • Gözəl qadının taleyidir ki, hara gedir getsin söhbət mövzusu olur. Oskar Uayld

H redaktə

X redaktə

  • Xoş iqlim üçün cənnətə, söhbət üçün cəhənnəmə gedin. Mark Tven

M redaktə

O redaktə

  • Oxumaq insana bilik, söhbət – hazırcavablıq, yazmaq vərdişi isə dəqiqlik aşılayır. Frensis Bekon

Ö redaktə

  • Öpüş üçün iki əl lazımdır. Belə çıxır ki, Adəm və Həvva üçün söhbət etmək o qədər də asan deyildi. Onlar üçün qeybətni etmək istədikləri başqa heç kim yox idi. Mark Tven
  • Özüm haqqında: Mən Tanrı ilə birlikdə baş əyirəm, amma söhbət etmirəm. Volter

S redaktə

  • Səmimi dostluq olmadan heç bir ünsiyyətdən söhbət gedə bilməz. Sokrat
  • Söhbət çatışmayan şeydən gedər. Fin atalar sözləri
  • Söhbət gələcəyi qabaqcadan görməkdən deyil, onu qurub-yaratmaqdan gedir.[1] Deni de Rujmon
  • Söhbət ki var, bulaqdır, kəsilməsə axacaq. Azərbaycan atalar sözləri/S
  • Söhbət ona görə yaradılıb ki, insanların düşünməsinə mane olsun. Aqata Kristi
  • Söhbət sosiskadan getmir e, adam gərək vnimatelni olsun. Uşaqlığın son gecəsi (film, 1968)
  • Söhbətə layiq olan adamla söhbət etməmək, həmin adamı itirmək deməkdir. Söhbətə layiq olmayan adamla söhbət etmək isə sözləri itirmək deməkdir. Müdrik insan nə insanları, nə də sözləri itirir. Konfutsi

U redaktə

  • Uşaqlarla oynamağı və söhbət etməyi sevirəm… onlara yemək vermək və nağıl danışıb yatızdırmaq…ailədən uzaq olmaq mənim həyatımın acısıdır.. həyat. Mən evdə istirahət emtəyi, sakit oxumağı, dibçəklərdən gələn gözəl ətirləri qoxmağı, ailəmlə bir masada əyləşmək və yoldaşımla uşaqları gəzdirməyi çox sevirəm. Belə sadə şeylərdən zövq ala bilmirsinizsə sizin həyatınız dəyəri əlinizdən alınıb və siz bunu gündəlik işinizdə hiss edirsiniz. Nelson Mandela
  • Uşaqlı evdə söz-söhbət olmaz. Buduq atalar sözləri

Y redaktə

  • Yanında iki adam söhbət edirsə, qarışmamalı, ondan gizlədilirsə, gizlin qulaq asmamalı; özləri müraciət etməsələr söhbətə qoşulmamalı; Nəsirəddin Tusi

İstinadlar redaktə

  1. Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014, səh.154