Teodor Herman Albert Drayzer (27 avqust 1871, Terre-hot, İndiana, ABŞ-28 dekabr 1945 (74 yaş), Hollivud, Kaliforniya, ABŞ) – Amerika yazıçısı və ictimai xadimi. ABŞ ədəbiyyatında realizmin təsdiqində birinci dərəcəli rol oynamış, mütərəqqi estetik fikrin inkişafına görkəmli töhfələr vermişdir. “Amerika faciəsi”, “Maliyyəçi”, “Dahi”, “Kerri bacı” və s.məşhur romanların müəllifidir.

Teodor Drayzer
Doğum tarixi 27 avqust 1871
Doğum yeri Terre Haute
Vəfat tarixi 28 dekabr 1945
Vəfat yeri Hollivud
Dəfn yeri Forest-Laun xatirə parkı
Vikipediya məqaləsi

Vikianbarda Teodor Drayzer ilə əlaqəli mediafayllar var.

Vikipediyada Teodor Drayzer haqqında məqalə var.



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


A redaktə

B redaktə

  • Bəlkə də insanın öz maraqlarından üstün olan bəzi başqa maraqları da var, amma insan öz xeyrinə hərəkət edərsə, bir qayda olaraq başqalarına da xeyir vermiş olur.
  • Bəzən bir boşqab sup möcüzələr yaradır.
  • Bəzən həqiqəti söyləmək faydalıdır, bəzən isə yox.
  • Bəzən həyatımızda baş verən xaricidaxili dəyişikliklərin əhəmiyyəti həmişə bizə aydın olmur. Biz sarsılır, qorxur və sonra sanki əvvəlki varlığa qayıdırıq, lakin dəyişiklik artıq baş vermişdir və biz heç vaxt və heç yerdə əvvəlki kimi olmayacağıq.
  • Bir az gözüaçıqlılıq, bir az dərrakə, bir az uğur - zaman və təsadüf- məsələni əsasən həll edən budur.
  • …Bir-birini çox və ciddi şəkildə sevən insanları başqalarının fikirləri az maraqlandırır. Onlar sevirlər və bu da onlara bəs edir!
  • Bir halda ki, dəhşətli bir şey hələ baş verməyib, bütün pulları tez bir zamanda paltarlara xərcləmək daha yaxşıdır!
  • Bir insan mənəvi və zehni cəhətdən digər insandan fərqlənir. İnsanların baxışları, fikirləri dəyişir və buradan da qarşılıqlı münasibətlərdə dəyişikliklər baş verir.
  • Bir nəfər digərini qabaqlayır. İnsanların fikirləri dəyişdikcə, münasibətləri də dəyişir. Əxlaqi prinsiplərə gəldikdə isə, bəzilərində bunlar var, bəzilərində isə yoxdur və bununla bağlı heç nə etmək mümkün deyil.
  • Birgə həyat şəraitində doğan kiçik narazılıqlara yalnız güclü məhəbbət üstün gələ bilər.
  • Birgə yaşanan həyatda baş verən kiçik anlaşılmazlıqları yalnız güclü sevgi aradan qaldıra bilər.
  • Birinin dərdinə şərik olma və məhəbbət göstərmək, əlbəttə ki, yaxşı işdir, amma bununla yanaşı, ehtiras və həvəs də saxlanılmalıdır.
  • Biz özümüzü evlərimizin və əşyalarımızın təsirindən kənarda və hətta üstün olan bir fərd hesab edirik. Amma onların arasında, eləcə də onlarla bizm aramızda incə bir əlaqə var. Bu əlaqə əşyaların bizi, bizim isə əşyaları əks etdirməyimizə imkan verir. İnsanlar və əşyalar bir-birilərinə üstünlüklərini, incəliklərini və güclərini xəbər verirlər: gözəllik və ya bunun əksi dəzgahdakı məkik kimi bir-birinə qarışır. İnsanı onun üçün xarakterik və ona məxsus olan əşyadan aralaşdırın və siz görəcəksiniz ki, qarşınızda hüquqları, imtiyazları qaytarılmayana qədər özünə gələ bilməyən, torsuz hörümçəyi xatırladan nə xoşbəxt, nə də bədbəxt görünən bir fiqur dayanacaq.
  • Bizi əhatə edən xarici mühit həyata münasibətimizi nə qədər dəyişir! Bir insan yoxsuldura, var-dövlət sanki onu müvəqqəti xoşbəxt edər. Əgər o, yad düşüncəli insanlar arasından çıxıb xoş bir mühitə düşərsə, o bir müddət bütün çətinliklərinin həll edildiyini düşünəcək. Bu, maddi vəziyyətimizdə heç bir dəyişiklik edə bilməyən daxili sakitliyimizə nə qədər az bələd olduğumuzu göstərir.
  • Bizim zamanımızda haqqında danışalası heç nə olmayan adamların qeybətini eləmirlər.
  • Bu dünyada sevgi qarışıq, qeyri-adi yollarla hərəkət edir.
    Ananın məhəbbəti güclüdür, ibtidaidir, eqoistdir və eyni zamanda təmənnasızdır. O, heç nədən asılı deyildir.
    Ərin arvadına sevgisi... - bu həmfikirliyin və qarşılıqlılığın şirin telləri, qayğı və həssaslıqda yarışdır.
    Bir atanın bir oğula və ya qızına olan sevgisi, əvəzinə heç nə gözləmədən öz sevgisini övladları ilə bölüşməkdir. Bu, təhlükəsizliyi sizin üçün əziz olan yolçuya xeyir-dua verməkdir, sevdiyiniz insanın uğursuzluqlarından kədərlənməyə, uğurlarından isə qürur duymağa məcbur edən zəifliklərin, gücün ölçülüb- biçilmiş nisbətidir. Belə bir hiss comərdlik, yüksəklikdir. O heç nə istəmir, əksinə, yalnız ağıllı və səxavətli bir şey verməyə çalışır. “Kaş ki, oğlum uğur qazansın! Kaş ki, qızım xoşbəxt olsun!”. Valideynin bu müdrik və sevgi dolu ifadələrini eşitməyən, düşünməyən varmı?
  • Böyük şəhər öz məkrli hiylələrinin köməyi ilə insanları digər şirnikləşdirici vasitələrdən heç də pis yoldan çıxartmır.
  • Bu ehtiras məndə ona qarşı həvəs oyadacaq qədər, mənim onu güya sevdiyim barədə təsəvvür yaratmağa məcbur edəcək qədər gücə malikdir.

C redaktə

  • Cavabsız sevginin əzablarına gülmə.
  • Cəsarətli, ümid dolu insanlar və onlara təqdiredici bir təbəssümlə baxanlar xoşbəxtdirlər.
  • Cismani həvəs elə bir gücə malikdir ki, o həm ağıla, həm də iradəyə qalib gələ bilir.

Ç redaktə

  • Çiçəklər və qızlar həmişə yeni torpağa köçürülmələrinə heç də yaxşı dözmürlər.

D redaktə

  • Dərdə-qəmə gizlicə yanmaq göz yaşı tökməkdən çətindir, çətin. Bunu yalnız dərg eləməz axmaqlar ancaq.
  • Dünya onun ağılsızlıqlarında iştirak etməyənlərdən yan keçir.
  • Dünyada ən ümidsiz iş insan xarakterini dəqiq müəyyən etmək cəhdidir. Çünki, hər bir insan ziddiyyətlər düyünüdür və insan istedadlıdırsa, bu cəhd daha çətin olur.
  • Dünyada gözəllik adlanan dəyişməz bir şey var. O, filosofun cırıq, işvəli qızın ipək və atlaz paltarına da bürünə bilər.
  • Dünyada nail olmaq istədiyimiz çox şey var. Ancaq hər şeyə birdən-birə can atmaq olmaz. Hər həyata keçməyən arzuya görə əlləri qırmaqdan nə fayda?
  • Dürüstlük həyatın nəfəsi, bütün fəzilətlərin təməlidir.

E redaktə

  • Ehtiras, ağılı, bütün nəzəriyyə və dəlilləri sarsıdan, məntiqi düşünmə qabiliyyətini müvəqqəti yox edə biləcək bir gücdür.
  • Elə nadir insanlar olur ki, dünyaya nə üçün gəldiklərini bilmirlər: doğulur, yaşayır və heç nə anlamadan da həyatdan köçüb gedirlər.
  • Etibarlı müdafiənin altında olmaq arzusu, zərif qayğıların predmeti olmaq, hər şeydə bir hüsn-rəğbət gözləmək, qadın xarakterinin ayrılmaz xüsusiyyətidir. Əgər bütün bu xüsusiyyətlərə təbii emosionallıq da əlavə edilərsə, o zaman qadın üçün kişidən imtina etmək çətin olur və qadına elə gəlir ki, o, aşiq olub.
  • Ev rahatlığı - dünya xəzinələrindən biri; dünyada ona beşikdən öyrəşmiş insanlarda mənəvi gücün və ədalətin tərbiyəsinə təsir edəcək qədər sakit, incə heç nə yoxdur.

Ə redaktə

  • Əgər bədbəxtlik gəlməyə başladısa, o hər yerdən gələcək.
  • Əgər bir insanın zövqlərinə, zəifliklərinə, istəklərinə diqqətlə yanaşsaq, o insandan çox şey əldə edə bilərik.
  • Əgər xeyirxah insanlar varsa, dünya bir o qədər də pis deyil!
  • Əgər insanların qanuna hörmət etməsini istəyiriksə, qanuni əsas olmadan onlara əsaslanan qərarları dəyişdirməməliyik.
  • Əgər sevgini nəzərə almasaq, bizə ən çox sevinc gətirən və təsəlli verən səyahətdir. Bütün yeni şeylər bizə çox vacib görünür və biz kədərli fikirlərdən uzaqlaşırıq. Cəmi "mən gedirəm" kimi iki kəlmənin arxasında bütöv bir dünya gizlənir...
  • Əksər hallarda hiylə və yalan qadınlara yaddır. Hissinin səsinə tabe olan, həqiqətən sevən adi bir qadın hiyləgərlik etməyə qadir deyil.
  • Ən çox o siyasətçi uğur qazanır ki, bütün düşündüklərini tez-tez və digərlərindən ucadan deyir.
  • Ən güclü ruha malik insanlar bəzən ümidsizliyə qapılırlar. Elə anlar olur ki, böyük ağıla malik insanlar həyatı tutqun rənglərdə görürlər.
  • Əsl insan başqasının əlində alət ola bilməz.
  • Əsl insan heç vaxt istər özünün, istərsə də özgəsinin marağının casusu, itaətkar icraçısı, oyunçusu ola bilməz.
  • Əsl sevgi çox incə bir şeydir. Onun alovu bataqlıq işığı kimi səyriyir və rəqs edərək əfsanəvi sevinc səltənətinə qovuşur.
  • Ətrafındakıların şən, sənin isə tək yaşadığını görmək necə də kədərlidir.

F redaktə

  • Fəzilət, hamıya və hər kəsə xidmət etməyə hazır olan alicənablıqdır, lakin cəmiyyət bu keyfiyyəti bir o qədər də çox qiymətləndirmir.
  • Fırtınada istənilən liman yaxşıdır.

G redaktə

  • Gecələr dörd divar arasında, və hətta toranlı günlərdə-qorxu və pis əhval-ruhiyyə böyüyür və güclənir, amma günəşli havada insan ölüm qorxusunu belə itirir.
  • Geniş təxəyyülə malik insan üçün bayramın yaxınlaşması həmişə möcüzələr vəd edir.
  • Gəncliyin dəlisov çılğınlığı təkrarolunmazdır.
  • Görmək və etmək tamamilə fərqli şeylərdir.
  • Görmədiklərimiz haqqında təsəvvürə malik olmaq, özümüzün yaşamadığımızı hiss etmək çətindir.
  • Görmədiyimiz şeylər barəsində təsəvvür yaratmaq, yaşamadıqlarımızı hiss etmək çox çətindir.
  • Gözəllik-mükəmməliyin yalan, bizdən tez uzaqlaşan xəyali kölgəsidir!
  • Gözəllik və arzunun olduğu yerdə həyat vardır. Əgər bunlar yoxdursa, həyat da yoxdur.
  • Güclü bir insan həmişə digərinə hörmət edir.

H redaktə

  • Hamıya aydındır ki, bu dünya yalnız sevgidən ibarət deyil. Əlavə olaraq tərbiyə, zənginlik, öz məqsədinə çatmaq bacarığı və maraq oyandırmaq da lazımdır.
  • Hansı qorxu səhər günəşinin parlaq işığında, mavi səma altında, canlandırıcı bir küləkdə uzun müddət davam edə bilər?
  • Heç kim son vaxtlar sərvət əldə edənlər qədər zənginliyin xarici təzahürləri ilə qürur duymur.
  • Həqiqətdən irəli gələn təəssüratı bəzən müvəffəq olsa da, hər hansı hiylə ilə zəiflətmək çətindir.
  • Həqiqəti yalnız düşünə bilən insan dərk edə bilər.
  • Hər bir dinləyiciyə elə gəlir ki, danışan yalnız ona müraciət edir. Həqiqi pafosun müstəsna xüsusiyyəti də elə bundadır.
  • Hər bir insan bir şeyə can atır: mümkün qədər xoşbəxt olmaq. Həyatın isə başqa vəzifələri var və ayrı-ayrı şəxslərin rifahı onu çox az maraqlandırır.
  • Hər bir insanın həyatında elə gərgin anlar olur ki, o, boynuna düşən vəzifə borcunu yerinə yetirmək, ədalətli olmaq kimi xarakteri ilə başqa cür hərəkət etməklə şirnikləşdirici xoşbəxtliyə çata biləcəyi arasında tərəddüd edir.
  • Hər cür həyat dəyişikliyinin əsasını başa düşmək çətindir, çünki o, insanın özündə dərin kök salmışdır.
  • Hər cür zəiflik, hətta zəiflik əlaməti belə insanları qorxudur. Onlar şüursuz şəkildə, sanki infeksiyaya tutulmaqdan ehtiyat edirmiş kimi bu cür adamlardan çəkinirlər.
  • Hər cür zir-zibili həvəslə oxumaqdansa, insanları yaxşı şeyləri oxumağa öyrətmək pis olmazdı.
  • Hər kəs özündən asılı olmayan temperamentinə görə hərəkət edir və ona görə də onun özü, nə də başqaları onun əvəzindən bu temperamenti idarə etməyi bacarmır.
  • Hər şeyi olduğu kimi qəbul etmək və ondan böyük fayda götürmək lazımdır.
  • Hərəkətlərində heç vaxt tərəddüd etməyənlər üçün vəzifə və istək arasında çaşıb qalan zəif insanların əzabını anlamaq çətindir.
  • Həyat, bəlkə də həyatın özündən daha çox kitablardan və sənət əsərlərindən öyrənilir.
  • Həyat ən pis, ən yaxşı anlarda da gözəldir və həmişə də gözəl olmuşdur.
  • Həyat insanı firavanlığın zirvəsinə qaldırır, amma orada onu hirsləndirməkdə və ona əzab verməkdə davam edir. Qarşıda isə həmişə nə isə əlçatmaz, əbədi bir cazibə və narazılıq qalır.
  • Həyat qanlı, qoxulu, xain bir oyundur və 1000 nəfərdən 999-u donuzdur.
  • Həyat, qaranlıq, sirri açılmayan bir sirrdir. Amma buna baxmayaraq, onun tərkib hissəsi güc və zəiflikdir. Güc qələbə çalır, zəiflik isə məğlub olur.
  • Həyat müharibə, strategiya onun qanunu, təməl daşı, zərurətidir.
  • Həyat təcrübəsi olmayan bir adam, vıyıldayan küləklərə məftun olan ot kimidir.
  • Həyat yalnız faciə baş verdikdə gözəldir.
  • Həyat yalnız puldan və puldan yox, sevgidən ibarətdir!
  • Həyatda elə fırtınalar olur ki, adi xəritələr və mənəvi meyarların kompasları onlar üçün yararsız olur.
  • Həyatda ən vacib şey həyatın özüdür. Həyatın məqsədi xoşbəxtlik olmalıdır. Əks halda, od kifayət qədər parlaq, hərəkətverici qüvvə kifayət qədər güclü, uğur isə tam olmayacaqdır.
  • Həyatda həmişə düşünən və hiss edən intellektual və emosional adamlara rast gəlinir. Birincilərdən sərkərdələr, dövlət xadimləri, ikincilərdən isə şairlər, xəyalpərəstlər,incəsənət adamları çıxır.
  • Həyatdan qorxan insan üçün rahat və sakit yaşamaq çox inandırıcı bir arqumentdir.
  • Həyatı heç bir çərçivəyə salmaq olmaz və insanlar birdəfəlik bu cəhddən imtina etməlidirlər.
  • Hissi həvəs ağıl və iradə üzərində qələbə qazana biləcək qədər gücə malikdir.

X redaktə

  • Xarakterlərin qarşılıqlı əlaqəsi nəticəsində yaranan ən incə reaksiyaları müəyyənləşdirmək mümkün deyil, çünki heyran olduğumuz mövzunun bizə nə dərəcədə təsir etdiyini heç kim bilmir.
  • Xoşbəxtliyi görməmək nə qədər kədərli olsa da, başqa birinin əlini uzatsa çata biləcəyi xoşbəxtliyi kor-koranə axtarmasını görmək isə daha acınacaqlıdır!
  • - Xoşbəxtlik, gözləməyi bacaran insanı tapır.

- Əlbəttə. Amma diqqət et ki, bütün ömrünü gözləmə zalında keçirməyəsən.

  • Xoşbəxtlik nə paltarların, nə də bank hesabının sayı ilə ölçülür və sən onun nədən ibarət olduğunu, harada və necə axtarılmasını bilmirsən.

İ redaktə

  • İki insanın ittifaqı birlikdə yaşamaq istəyinə, başqa heç nəyə söykənməməlidir.
  • İncəsənət-insanların qeyri-mükəmməlliyini düzəltmək üçün güclü bir vasitədir.
  • İncəsənət, ruhun zəhmətlə və əzabla toplanmış nektarıdır.
  • İnsan çətin vəziyyətdə olanda, çıxış yolu axtarmağın sadəcə görünüşü ilə necə asanlıqla məmnun olur!
  • İnsan, demək olar ki, heç bir şey bilmir. Həyat adlanan tapmacaya nə dində, nə fəlsəfədə, nə də elmdə cavab tapmaq olmaz. İnsanın kiçik, zəif parıltılı düşüncə dünyası bundan ibarətdir. Görəsən onun arxasında, üstündə nələr var?
  • İnsan ən çox pislik etdiyi adama ürəkdən nifrət etmək kimi xoşbəxt bir bacarığa malikdir.
  • İnsan həmişə əldə etdiyi uğurları əziz tutur və sayıqlıqla qoruyur.
  • İnsan həyatı təhlükələr, dəyişikliklər, gözəllik və yalanlarla doludur; o, uğur gətirə bilər, insanı məmnun edər, eyni zamanda vəziyyətdən asılı olaraq uğursuz da ola bilər. Bütün bunlara baxmayaraq, ən pis dəqiqələrdə belə ona dözmək olar.
  • İnsan onun üçün ayrılmış qısa bir ömür parçasında azacıq da olsa sevinc payını almaq üçün təkcə özünün yox, başqalarının da vəziyyətini necə yaxşılaşdırmağı düşünməli, planlar qurmalıdır. Çünki, onun özünün keçirdiyi sevinc hissi başqaları üçün, eləcə də başqalarının onun üçün sevinməsindən asılıdr.
  • İnsan öz hissləri sayəsində dahi insan ola bilər.
  • İnsan öz karyerasını özü qurmalıdır, əks halda onun qisməti - başqasının uğurunun künc-bucağında üzücü və fərəhsiz həyat sürmək olacaq.
  • İnsan ruhu dincliyə yox, hərəkət etməyə hərisdir.
  • İnsan şüuruna yaradıcı başlanğıc xasdır və onun üçün həll edilməmiş istənilən problem əzabvericidir.O, hər hansı bir yarımçıq iş kimi, həyatı sağlam dərk edən bir insana rahatlıq vermir.
  • İnsan ünsiyyəti mənasında, paytaxt - soyuq və üzügülməz bir yerdir.
  • İnsanda şöhrətpərəst arzuların oyanışını, daha yüksək mənəvi səviyyəyə çatmaq istəyini müşahidə etməkdən daha sevindirici heç nə yoxdur. Bundan insan daha güclü, daha aydın və daha gözəl olur.
  • İnsanın arzuları hissləri ilə birləşəndə pulun aciz bir şey olduğu ortaya çıxır.
  • İnsanın kölgə adlanan daimi yoldaşı olur.
  • İnsanın səmimi, ürəkdən gələn xeyirxahlığından başqa heç bir şey həqiqi və əbədi deyil. Qalan hər şey bir yuxu kimi keçicidir.
  • İnsanın var-dövlət yığmasının yarısı lazımi insanlarla ünsiyyət qurmaq qabiliyyətindən asılıdır.
  • İnsanlar bizim barəmizdə onlara təlqin etmək istədiyimizi düşünür.
  • İnsanlar da ilk növbədə instinktə tabe olaraq hərəkət edirlər və sonra ağılın dəlillərinə tabe olurlar.
  • İnsanlar sözlərə həddindən çox əhəmiyyət verirlər. Onlara elə gəlir ki, sözlər həmişə son dərəcə təsirli olur. Əslində, sözlər adətən çox az inandırıcı olur və arxasında gizlənən dərin, həyəcanlı hissləri və istəkləri dumanlı şəkildə çatdırır. Ürək yalnız dil ona mane olmayanda dinləyir.
  • İstədiyiniz vaxt iş axtarmağa başlayın, amma bu gün yox.
  • İstəklə sevgi atəşini sobadakı kömür kimi alovlandırmaq olmaz. Əgər od sönübsə, deməli hər şey bitmişdir.

K redaktə

  • Kasıb bir insanın sizinlə qarşılaşmasına sevinin. Çünki, ona kömək etməklə özünüzə kömək etmiş olursunuz.
  • Keçmişi qaytara bilməyəcəksiniz. Qırılmış bir fincanı bütöv edə bilməzsiniz. Yalnız bir-birinə yapışdırıb bütöv deyə bilərsiniz, ancaq bütöv olmayacaq.
  • Kişi ilə qadın arasındakı münasibətlərdə ən çətin və ağrılı anlar qarşılıqlı bağlılığın gücdən və gözəllikdən uzaq olan xarici amillərə qurban verməkdir.
  • Kişilər öz ləyaqətini dərk edən qadınların davranışlarına xüsusi diqqətlə yanaşırlar.
  • Kobud zorakılığın fayda verib-verməməsi məsələsi hələ heç kim tərəfindən həll olunmayıb. Zorakılıq bizim fani varlığımızla elə bir tərzdə bağlıdır ki, hətta qanunauyğunluq xarakterini alır. Bundan əlavə, bəlkə də, həyat adlanan tamaşaya görə ona borcluyuq.

Q redaktə

  • Qadın sizə öz gözəlliyini, mükəmməlliyini sata bilər, amma onun sevgisi qiyməti olmayan və heç bir pula almaq mümkün olmayan bir xəzinədir.
  • Qadın və kişi arasındakı münasibətlərdə ən çətin və ən ağır dəqiqələr qarşılıqlı bağlılıq hissin gücündən və gözəlliyindən uzaq olan xarici şəraitə qurban verilməsidir.
  • Qadının nəzərində ən yüksək tərifə layiq yalnız bir şey var: onun özü.
  • Qadınlar həmişə onları bəzəyəcək şeylərə xüsusilə həssas olurlar.
  • Qadınların bütün canlı varlıqlardan ən çox qorxduğu varlıq ağıllı və gözəl qadınlardır.
  • Qanun, güclü insanların əlində qılınc və qalxan, ağzıaçıq, maymaqlar üçün tələ, təqibçilər üçün isə canavar çüxuru ola bilər. Qanunu hər yerə yozmaq olar. Bu, qadağan edilmiş şeylər üçün bir əl yeri, görmək hüququndan istifadə etmək istəyənin gözünə üfürülən tozdur.
  • Qısqanclığın ölüm ağuşuna bənzəyən buz kimi ağuşları var.
  • Qızıl kresloda oturub kədərlənməyi kim istəməz?
  • Qürur və xəsislik dünyası idealistə, xəyalpərəstə çəpəki baxır. Xəyalpərəst uçub gedən buludlara baxanda onu avara hesab edirlər. O, ruhuna sevinc gətirən küləyin səsinə nəğmə kimi qulaq asanda ətrafındakılar onun əmlakını ələ keçirməyə tələsirlər. Əgər cansız aləm adlandırılan dünya onu son dərəcə incə və valehedici bir səslə səsləyib özünə cəlb edərsə, xəyalpərəst bu mühitdə məhv olur. Əsl dünya həmişə belə insanları özünün amansız pəncəsinə keçirir və onlara hakim olur. Həyat məhz bu cür adamları itaətkar kölələrə çevirir.

M redaktə

  • Maddi dəyərlər uğrunda mübarizəyə ideyaların mübarizəsi qarışanda, rəssamları və şairləri ilhamlandıran həyat çarpışmaları daha faciəli hal alır.
  • Mən bir qadın olaraq başa düşdüm ki, kişiyə yalnız müəyyən nöqteyi - nəzər maraqlıdır. Bu, adətən, qadını qorxudur, eyni zamanda gizli şəkildə sevindirir.
  • Mən böyük bir şəhərin nə qədər cazibədar olduğunu dumanlı şəkildə anlamağa başladım: zənginlik, zəriflik, rahatlıq – qadını gözəlləşdirə biləcək hər şey.
  • Mən çox kədərlənir və özüm-özümdən soruşuram: həyat niyə mükəmməl, yaşadığım sevinc hissi isə əbədi deyil?
  • “Mən gedirəm” sadə bir ifadədə hisslərə çıxış yolu tapmayan bütöv bir dünya gizlənir. Bəzən ona görə gedirsən ki, əslində qalmağı çox istəyirsən.
  • Mən geyinmək istədiyim paltarlarla nə etmək, getmək istədiyim yerlər barədə düşünməyi sevirəm.
  • Mən istəyirəm ki, sən maddi uğur, sosial nüfuz və "sadə insan xoşbəxtliyi" arasındakı çətin münasibətlər barədə düşünəsən.
  • Məndən dinin nə olduğunu soruşsaydılar, bunun insanın mənəvi yaralara qoyduğu isladılmış dəsmal, qaçılmaz, daim dəyişən, sonsuzluqdan gizlənmək üçün sürünüb gizlənmək istədiyi çanaq olduğunu söyləyərdim. Biz qeyd-şərtsiz bir şey axtarır, tapmayanda onu özümüz üçün yaradırıq.
  • Müharibə etməyə onun özünün həvəsi yox idi.Çünki, xüsusi bir fərdiliyi ilə seçilən bir insan üçün müharibə etmək boş, mənasız bir məşğulyyətdir.
  • Müstəqil mülahizə yürütməyə yalnız çox nadir insanlar qadirdir.

N redaktə

  • Nə qədər ki, insanlar maddi nemətlərə malik olmağa can atacaqlar, nə qədər ki, bu, onların əsas məqsədi olacaq, onların ruhu bir o qədər məhv ediləcək.

O redaktə

  • O, arvadına olan hörməti və marağı itirərək, ona diqqətlə yanaşmağı da kəsdi, bu isə qadının nəzərində başqalarının gözü qarşısında edilən cinayətdən daha pisdir.
  • O, bir çox zəif və məhdud adamlar kimi ədaləti və ədəbliliyi hər şeydən üstün tuturdu.
  • O, bütün qadınlara şübhə ilə yanaşmağa vərdiş etmişdi. Çünki, o bilirdi ki, qadınlar yalnız öz gözəlliyindən və geyimlərindən faydalanmağa çalışırlar.
  • O eşitmişdi ki, oxşar hadisələr başqalarının başına gəlib, amma o heç vaxt düşünməzdi ki, bu onun da başına gələ bilər.
  • O qadın hər kəsi özünün köləsi etməyə, gözəllik şişinə taxıb sevgi iztirablarında əzab verməyə hazır idi.
  • O, yenidən özünü inandırırdı ki, artıq nöqtə qoymağın vaxtıdır və onun bu daxili mübahisəsi sonsuzluğa qədər davam etdi.
  • On səkkiz yaşında bir qız doğma evindən çıxdıqda ya yaxşı əllərə düşüb sonra yaxşı olur, ya da paytaxtın əxlaq məsələlərinə dair fikirlərini tez qəbul edir və daha da pisləşir. Burada ayrı bir yol ola bilməz.
  • Ona elə gəlirdi ki, boş söhbət ürək ağrısını kütləşdirir.
  • Onlar bir daha görüşməmək üçün bir daha ayrıldılar. Hər ikisi də məhəbbət arzusunda idi. Hər ikisi də onu rədd etdilər. Hər ikisi də itirilmiş gözəlliyin xəyalını ürəklərinin dərinliyində gizlətdilər.
  • Onun bütün gözəl xəyallarından yalnız kül qaldı və bu külün altında hələ də ümidin qırmızı kömürləri zəif-zəif közərirdi.
  • Onun əvvəllər baş əydiyi dəyərlər birdən-birə saxta çıxdı, gözlədiyi uğur isə çox şübhəli şəkildə məğlubiyyətə bənzəyir.

Ö redaktə

  • Ölüm, həyatın bir maddi formasından digərinə keçən təzahürlərindən biridir.
  • Özüm-özümə bəraət qazandırmaq üçün mənə sənin sonsuz tənbəlliyini xatırlamaq kifayətdir.
  • Özümüzə olan sevgi bizə özgə adamı necə qiymətləndirməyi, onda nəyin yaxşı, nəyin pis olduğunu təlqin edir.
  • Özünüzü ucuz tutsanız, sizə məhəl qoymayacaqlar və ayaqlarının altında tapdalayacaqlar. Ona görə də xidmətlərinizə görə olmasa da, özünüzü uca tutsanız, sizə hörmət edəcəklər. Çünki, cəmiyyət insanları son dərəcə pis anlayır və onun yeganə meyarı" “Başqaları nə deyər” dir.

R redaktə

  • Ruhunu məhv edən insanın dünyanı qazanmasından nə fayda?

S redaktə

  • Sevgi alovunu sobadakı kömür kimi istəklə alovlandırmaq olmaz. Od sönübsə, deməli hər şey bitib.
  • Sevgi tələdir, ehtiras tələsik hazırlanmış tələ yemidir.
  • Sənin bir xasiyyətindən xoşum gəlmir. Elə hey deyirsən ki, “İnsanlar nə deyər”. Nə sənin, nə də mənim həyatımı “insanlar” qurmur. Hər şeydən əvvəl, özünü düşün. Həyatını sən özün qurmalısan. Başqalarının fikirlərinin sənə, arzularına müdaxilə etməsinə necə razı olarsan?
  • Sənin özünəməxsus tərzdə əylənməyinə heç bir iradım yoxdur, amma mən istəmirəm ki, məni unudasan.
  • Siyasətdə eləməli olmadığın şeyləri eləməli olursan.
  • Siz ağaclara baxırsınız və onların əzəmətinə və gücünə heyran qalırsınız, lakin incə ətirdən başqa bir şey verə bilməyəcəkləri üçün kiçik çiçəklərə nifrət etməyin.
  • Sınmış fincanı bütöv halına gətirmək mümkün deyil. Siz onu yapışdıra bilərsiniz və bütöv adlandıra bilərsiniz, amma o heç vaxt bütöv sayılmayacaq.
  • Sosial həyatımızda kor instinktlər həddindən artıq güclüdür və biz demək olar ki, şüursuz olaraq çox böyük əhəmiyyət verdiyimiz ənənələrə, adətlərə, qərəzli baxışlara və məqsədlərə zidd olan hər şeydən uzaqlaşırıq.
  • Sözlər- beynimizdə dolaşan saysız-hesabsız düşüncələrin solğun kölgələridir.
  • Sözlər, yüksək səslə danışmadığımız böyük hisslər və istəkləri birləşdirən kiçik bir bağlantılardır.

T redaktə

  • Tərəzinin gözü taraz olmamışdan əvvəl enib-qalxmalıdır.

U redaktə

  • Uğursuzluqla uğur sevgi ilə uyğun gəlmədiyi kimi, məyusluq və ümidsizlik də xoşbəxtliklə uyğun gəlmir.
  • Unutmayın ki, sevgi, qadının sizə verdiyi yeganə şeydir və o hətta ölümə belə tabe olmur.

Ü redaktə

  • Ürəyini yer üzündə yeganə reallıq olan illüziyalara verən, eləcə də verməyən insanın vay halına. Birini məyusluq və ağrı, digərini isə gecikən peşmanlıq gözləyir.

V redaktə

  • Valideynlər, adətən, uşaqlarına yaxşı bələd olduqlarına əmindirlər və zaman keçdikcə bu səhv fikir daha da güclənir. Bu günə qədər heç bir pis şey olmadı, bundan sonra da olmayacaq. Valideynlər hər gün övladlarını sevgidən kor olmuş gözləri ilə görür və uşaqlarını çox yaxşı tanıdıqlarını hesab edirlər və onlar nə qədər cazibədar olsalar da, şübhəsiz, hər cür cazibələrdən sığortalanıblar.
  • Valideynlərin xasiyyətlərinin qarışaraq dəyişməsini və uşaqlarda təkrar olunmasını müşahidə etmək çox maraqlıdır.
  • Varlı adam boynundan zınqırov asılan pişiyə bənzəyir. Hər bir siçan pişiyin harada olduğunu və nə etdiyini dəqiqliklə bilir.
  • Və ən əsası - ağlamayın. Çünki bir mələk kimi saf və ya şeytan kimi qəlbiqara olsanız, edə biləcəyiniz ən pis şey kiminsə qarşısında ağlamaqdır.
  • Vərdiş çox gülməli bir şeydir ! Yalnız o, tamamilə dinsiz bir adamı inanmadığı duaları oxumaq üçün yataqdan qaldıra bilər.
  • Vərdişin qurbanları adəti üzrə hər gün nə isə etməyi unudaraq, anlaşılmaz bir narahatlıq hissi keçirirlər. Onlara elə gəlir ki, pozulmuş qaydanı bərpa etməyə məcbur edən vicdanın səsidir.

Y redaktə

  • Yaxşı nüfuzdan və sabit mövqedən daha dəyərli bir şey yoxdur.
  • Yalnız cəsur və həqiqi gücə sahib olan və öz gücünə inanan insanlar həyatın üzünə qorxmadan baxa bilərlər.
  • Yalnız güclü sevgi birlikdə həyatda yaranan kiçik anlaşılmazlıqları düzəldə bilər.
  • Yazılmış söz və gizli düşüncə bir-birindən nə qədər uzaqdır!
  • Yüksək gərginlik anlarında insan daha nəzərə çarpacaq dərəcədə böyüyür.

Mənbə redaktə

  • Aforizmlər və hikmətli sözlər. Bakı, 2005.
  • Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014

İstinadlar redaktə