Xəta
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A redaktə
- Allah üç şər-xəta yaratdı: keşiş, şeytan və keçi. Rus atalar sözləri
B redaktə
- Bilmədən edilən xəta yanlışlıqdır, bilərək edilən xəta isə xəyanətdir. Alfred Teylor
- Bir xətanı ikinci dəfə təkrar etməyən ən mükəmməl insandır. Albert Eynşteyn
- Böyük xətalar üçün Allahın verdiyi cəzalar da böyük olur. Hesiod
D redaktə
- Doğru sözdən xəta gəlməz. Azərbaycan atalar sözləri/D
- Dostların xətası yadların doğrusundan yaxşıdır. Mövlana Cəlaləddin Rumi
Ə redaktə
- Ən böyük xəta xətaların fərqinə varmamaqdır. Tomas Karleyl
H redaktə
- Hər kəs xəta edir, ancaq axmaqlar xətalarında israr edirlər. Mark Tulli Siseron
X redaktə
- Xəta xətanın üstündən gələndə bir xətaya nə var ki?
- Xəta insandan baş verər. Azərbaycan atalar sözləri/X
- Xəta məndən, əta səndən. Azərbaycan atalar sözləri/X
- Xəta xətanın üstündən gələndə bir xətaya nə var ki? Azərbaycan atalar sözləri/X
İ redaktə
- İnsanı yaratmaqmı tanrının böyük xətasıdır, tanrını yaratmaqmı insanın? Fridrix Nitsşe
K redaktə
- Kiçikdən xəta, böyükdən əta. Azərbaycan atalar sözləri/K
M redaktə
- Mərddən bir xəta, namərddən min. Azərbaycan atalar sözləri/M
Ö redaktə
- Özümüzə münasibətdə kiçik saydığımız xətanı başqalarına münasibətimizdəki ən məkrli xəyanətdən daha amansızlıqla mühakimə edirik. Fransua de Laroşfuko
T redaktə
- Tarix deyil, xətalar təkrarlanır. II Əbdülhəmid
- Tolerantlıq nədir? Tolerantlıq insanlığın bir parçasıdır. Hamımızın xəta və qüsurları vardır. Gəlin qarşılıqlı şəkildə bir-birimizin xəta və qüsurlarını bağışlayaq. Çünki tolerantlıq yaranışın ilk qanunudur.Volter
U redaktə
- Uşağın xətası səni düşmənin qapısına aparar. Ləzgi atalar sözləri
Y redaktə
- Yalan danışmaq bütün xətaların əsasıdır. Ərəb atalar sözləri