Xausa atalar sözləri
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A redaktə
- Aclıq cavanı qoca, toxluq qocanı cavan edər.
- Adam var ki, yandıranda yanmaz, batıranda islanmaz.
- Ağıllı adamı görməyə gedəndə axmağı özünlə aparma.
- Axmağın biri şər əkibsə - al orağı biç.
- Ağızla bağlananı əllə açmaq olmaz.
- Allah quldan başqa hamını düşündü.
B redaktə
- Balıq birdən üzə çıxıb desə: " Timsahın bir gözü var" - kim sübut elər ki, yalandır?!
- Bataqlıq balığını çay balığı ilə bir yerdə bişirməzlər.
- Bizi sevən çatışmazlıqlarımızı görməz.
- Borc almaq çətin deyil, qaytarmaq çətindir.
- Burun dəlikləri olmasa, burun faydasızdır.
C redaktə
- Cücəli toyuq qırğıdan qorxar.
D redaktə
- Daşı çox hündürdən atsan belə, yerə düşəcək.
- Dəvə can verəndə arxası üstə uzanar.
- Dilini tut, yoxsa səni məhv edə bilər.
E redaktə
- Ev sahibi qonağın xidmətçisidir.
Ə redaktə
- Ət xarab olmasın deyə üzərinə duz səpilir, amma duz xarab olmağa başlasa nə etməli.
F redaktə
- Fil öləndə heç kim meymunun ölümünü hiss etmir.
G redaktə
- Göz tüstü görəndə od axtarır.
- Göz yuvası göz deyil.
H redaktə
- Həyatın qisməti səbrdir, çünki düşmən çoxdur, dost az.
İ redaktə
- İnsanı şəhərdə yox, meşədə tanımaq olar.
K redaktə
- Kasıbın dostu olmaz.
- Kim başqası üçün ağlayırsa, özü üçün ağlayır.
- Kim öz dərdini yaşayıbsa, başqalarının dərdlərini anlayar.
- Kim tələsirsə, büdrəyər.
- Kiri qanla yumaq olmaz.
N redaktə
- Nə əksən sənin üçün yetişəcək.
O redaktə
- O keçidən qorx ki, aslan yuvasında yatır.
- Olum - ölümə doğru gedən yoldur.
P redaktə
- Pis adamın ürəyi dincələnəndə də dinclik bilməz.
R redaktə
- Rəhbər zibil qutusuna bənzəyir: hamı onun yanına zibillə gəlir.
S redaktə
- Saf can nemətdir.
- Səbirli adam varlı olar.
- Siçan öz işi ilə məşğuldursa, bu o demək deyil ki, pişik evdə deyil.
- Susmaq da bir işdir.
T redaktə
- Tək gözlü insan ancaq korla qarşılaşdıqda, Allaha şükür edir.
U redaktə
- Uşaq xoşlayar gücünü göstərsin, böyük - ağlını.
V redaktə
- Vaxtında gəlmək tez gəlməkdən yaxşıdır.
Y redaktə
- Yalan çiçək verir, meyvə vermir.
- Yalan nizədən daha təhlükəli ola bilər.
- Yalanla alver edən hər kəsin ara yerdə doğru əlindən çıxır.
- Yumurta toyuğa öyrədir.
Z redaktə
- Zənginliyin ən yaxşı dərmanı var - dövlətdir.
Mənbə redaktə
- Dünya xalqlarının atalar sözləri. Bakı, 2015