Xosrov və Şirin (Nizami)
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A redaktə
- Acizi tutmaqdan əl götürdü şir,
Şirlər aciz ovu etməzlər əsir. - Aman istəyincə qurbağalardan,
Yaxşıdır balıqtık tez qərq olasan.
B redaktə
- Bağlama qapını dostun üzünə.
C redaktə
- Ceyran çətin vaxtda şir olur bəzən.
F redaktə
- Fil keçsin üstündən tapdalayaraq,
Xəsis adamlara əl açma ancaq.
Mərd olmaq yaxşıdır dünyada hər an,
Mərdlik ilə çatar arzuya insan.
H redaktə
- Hər bir dərdə qatlaş, möhkəm duraraq,
Gözlə ki, basmasın yük səni ancaq.
İ redaktə
- İgidlikdən deyən qoçaq adamlar,
Şir yıxıb sonradan şir adı alar.
O redaktə
- Oğrunun əlində olsa yüz dəhrə,
Bir qışqırsan qorxub yıxılar yerə. - Ovlamaqdan qalsa bir tülək tərlan,
Min təpik yeyəcək sərçədən hər an.
Ö redaktə
- Özündən alçaqla çəkin qovğadan,
Yıxıb yıxılmaqdan incik olarsan.
Böyüklə vuruşda insan ad alar,
Alçaqla vuruşda özü alçalar.
P redaktə
- Poladdan dağ olsa yenə də, inan,
Onu parça-parça dağıdar insan.
S redaktə
- Samantək oynasa güləndə hər kəs,
Bir dağ olsa belə saman dəyməz.
Ş redaktə
- Şir kimi hücum et, şirə rast gəlsən,
İt görən zamanda gəl baş qoşma sən.
Y redaktə
- Yamanlıq etməkdən uzaq ol, uzaq,
Pisliyin əvəzi pislik olacaq.