Çərpələng uçuran

Çərpələng uçuran — əfqan əsilli amerikalı yazıçı Xalid Hüseyninin 2003-cü ildə çapdan çıxmış ilk romanı. Bu əsərdə XX əsrin ikinci yarısında Əfqanıstanda yaşanan müstəmləkəçilik sonrası yeni müstəmləkəçilik (neokolonial), qloballaşma, mədəniyyətlərarası savaş, vətəndaş müharibəsi və miqrasiya kimi mövzulara bədii baxış açısı gətirir. Bundan əlavə, müəllif xatirələr, aydınlatma, cinsi ilişkilər kimi qavrayışlara da toxunur. Kitab sözün əsl mənasında dostluq, sədaqət, xəyanət, günahlardan arınma haqqındadır və Xalid Hüseyninin bu incə, ironik və sözün yaxşı mənasında sentimental romanı doymadan və göz çəkə bilmədən baxdıqca baxılan möhtəşəm bir rəsm əsərinə bənzəyir.

Çərpələng uçuran
The kite runner
Müəllif Xalid Hüseyni
Orijinal dili ingilis dili
Nəşr ili 29 may 2003
Sonrakı Min möhtəşəm günəş



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


Əsərdən sitatlar

redaktə
  • Ağlından nələr keçdiyini çox vaxt hiss etmədiyim bir uşaq necə olur ki, məni açıq kitab kimi oxuyurdu?
  • Ağzımı açdım, sanki nəsə dedim. Sanki. Həyatımın bütün qalanı başqa cür ola bilərdi, əgər dinsəydim. Amma etmədim.
  • Baba ilə eyni evdə yaşayırdıq, amma fərqli dünyalarda. Çərpələnglər bu iki dünya arasında kağız incəliyindəki kəsişmə nöqtəsiydi.
  • Bu sadəcə bir təbəssüm idi başqa heç nə. Bu hər şeyi həll etmirdi, bu HEÇ NƏYİ həll etmirdi. Sadəcə bir təbəssüm. Kiçik bir şey. Quşlar uçuşa başlayanda budaqda titrəyən yarpaq kimi xəfif. Amma mənə bu da yetər. Mən onu qollarımı açaraq qəbul edəcəm. Çünki bahar gəldikdə qar dənəcikləri asta-asta əriyir. Ola bilsin, mən əriyən ilk qar dənəsinin şahidi idim
  • Çərpələng uçuran adam çərpələngi əlinə aldısa, heç kim bunu onun əlindən ala bilməzdi. Bu, qayda deyildi. Ənənə idi.
  • Dedikləri sözün arxasında duran insanların əsas nöqsanı budur, onlar düşünür ki, hər kəs onlar kimidir.
  • Dünyada sadəcə bir günah var, bircə dənə. Bu da oğurluqdur. Bütün başqa günahlar oğurluğun müxtəlif formalarıdır.
  • Elə bir an gəlir ki, adamı daşqından xilas edən kəndir onu boğmağa başlayır.
  • Ədalətsiz görünə bilər, amma bir-neçə gündə, bəzən isə sadəcə bircə gündə baş verən hadisə bütün həyatının gedişatını dəyişə bilər.
  • Əfqanıstanda uşaq var, uşaqlıq yoxdur.
  • Əgər bir gün dindarlar bu ölkəni ələ keçirsələr, vay bizim halımıza!
  • Həyatda bircə günah var, o da oğurluqdur. Bütün digər günahlar oğurluğun növləridir. Kimisə öldürəndə onun həyatını oğurlayırsan, arvadından ərini, uşaqlardan atasını oğurlayırsan. Yalan danışanda birinin həqiqəti bilmə haqqını oğurlayırsan. Oğurluqdan daha alçaq hərəkət yoxdur.
  • Keçmiş haqqında deyilənlər yanlışdır, mən onu necə basdırmağı öyrəndim. Çünki keçmiş, üzə çıxmağın öz yolunu tapır.
  • Kədər içində idim. Kabilə qayıtmağım bir köhnə dostunun ziyarətinə gəlib, onun gününün pis keçdiyini , evsiz – eşiksiz qaldığını, qocalıb əldən düşdüyünü görmək kimi idi.
  • Müharibə, qüruru ortadan qaldırmaz. Əksinə, daha çox qürura ehtiyac olur.
  • Otaqda bizimlə birlikdə nəfəs-nəfəsə qalan, tərləyən bir şey daha vardı: Keçmiş.
  • Sən adam öldürəndə, onun həyatını oğurlayırsan. Arvadının ərli, uşaqlarının isə atalı yaşamaq haqqını oğurlayırsan. Yalan deyəndə başqasının həqiqət haqqını oğurlayırsan. Kələk gələndə, başqasının ədalət haqqını oğurlayırsan.
  • Sənə bu qədər xoşbəxt olmağa, ancaq səndən bir şey almağa hazırlaşdıqları zaman icazə verərlər.
  • Sonda dünya qalib gəlir, çünki dünyanın işləri belə qurulub.
  • Sonradan sahib olduğun bir şeyi itirmək hər zaman daha çətindir, nəinki heç sahib olmamaq.
  • Uşaqlar boyama kitabı deyil. Onları istədiyin rənglərə boyaya bilməzsən.
  • Uşaqların qorxularına qalib gəlmə üsulu budur: yatmaq.
  • Yalanla təsəlli verməkdənsə, həqiqətdən əziyyət çəkmək daha yaxşıdır.
  • Yaralar sağalar, ləkələnən adlar əsla.

İstinadlar

redaktə