Çanakya

(Çanakya Pandit səhifəsindən yönləndirilmişdir)

Çanakya Pandit – (sanskr. चाणक्य) - həmçinin Kautili və Vişnuqupta adları ilə tanınan Çanakya (ə.ə.350-275) qədim Hindistanda, Nanda sülaləsinin hakimiyyəti dövründə fəal siyasətlə məşğul olan görkəmli ictimai xadim, filosof və saray müşaviri.

Çanakya Pandit



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


A redaktə

  • Ac buzov anasının əmcəyini özü tapar.
  • Acgöz və hiyləgər insanları aldatmaq çox asandır.
  • Axmaq söhbət ailənin təməlini dağıdır.
  • Axmaq yaxşılıq edənlərə pislik etməyə çalışır.
  • Axmaqların davranışına nəzarət edin.
  • Axmaqlarla mübahisə etməyin.
  • Axşama planlaşdırdığın işi nahara qədər et.
  • Ailənin xilası naminə bir adamı, kəndin xilası naminə ailəni, ölkənin xilası naminə kəndi, özünüzün xilası naminə isə bütün torpaqları qurban vermək lazımdır.
  • Ağıl təhsildən asılıdır.
  • Ağılda yaranan fikir gizli qalmalıdır. Çox gizli sirlər hərəkətdə aşkar edilməlidir.
  • Ağıllı adamın düşmənləri olmur.
  • Ağıllı məsləhətin əksinə getmək lazım deyil.
  • Ağıllı seçilmiş məqsədə asanlıqla çatmaq olar.
  • Ağıllılıq, uğur qazanmağa can atanın yol yoldaşıdır.
  • Ağılsız insanın gördüyü işləri xidmət hesab etmək lazım deyil.
  • Ağılsızlar kabuslardan heç də yaxşı deyillər.
  • Alatoranlıqda cinsi əlaqəyə girməyin.
  • Alçaq insan başqa bir şey təsvir edərək əsl hislərini gizlədir.
  • Alçaq insanlar yalansız yaşaya bilmirlər.
  • Alçaq insanlara heç vaxt etibar etmək olmaz.
  • Alçaq insanlara məsləhət vermək lazım deyil.
  • Alçaqlığa dözmək olmaz.
  • Allah və onun xəlq etdikləri barədə söhbətləri yalnız ağıllı adamlarla etmək lazımdır.
  • Allah yerə yağışı düzlüyə görə göndərir.
  • Allahın iradəsini şübhə altına almaq lazım deyil.
  • Allahın mərhəməti olmadan, hətta həddindən artıq səylər nəticə vermir.
  • Allahın mərhəməti olmadan hətta ən yüngül iş dözülməz dərəcədə çətin olur.
  • Alov zəiflikdən məhrumdur.
  • Arvadınızı, var-dövlətinizi, dostlarınızı, uşaqlarınızı, etiraflarınızı qaytara bilərsiniz, amma öz həyatınızı yox.
  • Arzu rüsvayçılığı aradan qaldırır.
  • Arzuları təmin etmək üçün nəzərdə tutulmuş sərvət çox çətinliklə əldə edilir. Əgər bu sərvət indi xərclənməsə, belə fürsət bir də nə vaxt olacaq?
  • Aşpazlıq sənətini atasından və babasından öyrənən saray aşpazı, yemək bişirməyin incəliklərini yaxşı bilməli, dadlı yeməklər hazırlamalı, səliqəli və dürüst olmalıdır.
  • Ayələrdə qoyulmuş qanunlar düzgün və ədalətli olanla ziddiyyət təşkil edirsə, əsl meyar ədalətli yanaşma olmalıdır. Bu vəziyyətdə mətnlər aktuallığını itirir.
  • Azadlıq bütün narahatlıqlar üçün bir dərmandır.

B redaktə

  • Bağdan yalnız yetişmiş meyvələr yığıldığı kimi, vergiləri də vaxtında toplamaq lazımdır. Yetişməmiş meyvələri yığmaqdan çəkinmək lazımdır, çünki bu insanları qəzəbləndirəcək və iflasa gətirib çıxaracaq.
  • Bağışlanmağa layiq olanı alçaltmaq olmaz.
  • Bal yeməkdən imtina etmək çətin olduğu kimi, ən az miqdarda da istifadə etməmək üçün xəzinəyə pul vermək çətindir.
  • Barmağa batan tikanı çıxarıb atmaq, laxlayan dişi çəkmək kimi, pis naziri də öz əhatinizdən uzaqlaşdırmalısınız.
  • Başqa düşmənin almaq istədiyini öz düşməninə təklif et.
  • Başqasının var-dövlətinə həsəd aparmaq yalnız eqoistə xasdır.
  • Başsız bir ölkə, savadsız bir insan, uşaqsız bir ailə və ac insanlar kimi acımağa layiqdir.
  • Belə bir hökmdar maddi xoşbəxtlik qazanır və ölümündən sonra cənnətə düşür.
  • Bəxti gətirən soxulcan belə simasını dəyişə bilər.
  • Bəzən düşmənlərlə barışıq müqaviləsi bağlamaq və dostlarla münaqişəyə girmək zərurəti yaranır. Müdrik qarşıya qoyulan məqsədə çatmaq üçün belə addımlar atır.
  • Biliklərin mənası həqiqətin axtarılmasındadır.
  • Bir çox insanların əleyhinə olanların ardınca getmək lazım deyil.
  • Bir çox yaxşı keyfiyyətlərin əhəmiyyəti tək bir qüsura görə korlanar.
  • Bir daş parçası gil küpü sındırdığı kimi, zəiflə döyüşdə də güclünü mütləq qələbə gözləyir.
  • Bir dövlət məmurunun külli miqdarda pul mənimsəməkdə günahkar olduğu aşkar edilərsə, tapılan hər şey, hətta oğurlanmış məbləğin ən kiçik hissəsi belə ondan alınmalıdır.
  • Bir göz bəsirətdir, başqa göz yaxşı insanların cəmiyyətidir. Bu gözlərdən məhrum olanlar gec-tez illüziya quyusunun dibinə düşəcəklər.
  • Bir qadını və ya qohumunu təhqir etmək, peşə sahəsindəki rəqabət, qarşıdurma, ticarət mübahisələri, habelə məhkəmədə çıxış etmək yalnız qəzəbə, qəzəb isə qətlə səbəb olur.
  • Bir tikanın köməyi ilə başqa tikan çıxarıldığı kimi, digər düşmənlərdən istifadə etməklə istənilən düşmənə divan tutmaq olar.
  • Birinci işi qurtardıqdan sonra növbəti işini təxirə salma.
  • Bizi əhatə edən aləm biliklər mərkəzidir.
  • Böhtandan həzz alan insan öz arvadı və uşaqları tərəfindən rədd ediləcək.
  • Böyük ölçülər yüksək keyfiyyəti göstərmir.
  • Bu dünya qarşısında qorxu hissi bilik məşəli ilə yoxa çıxır.
  • Bü dünyada çalışqan, öz mövqeyindən məmnun qalan, ayıq, xoşbəxtliyə və kədərə baxmayaraq sadiqliyini itirməyən nökərlərə çox nadir hallarda rast gəlinir.
  • Bu dünyada hər şey tez və ani ötüb keçəndir.
  • Bu düzdür ki, həzzlər zehni təzələyir, sərvət sevinc gətirir, amma həyat sərxoş bir qızın baxışları kimi sürətlə ötüb keçir.
  • Bütün canlı varlıqlar arzularla ovsunlanıb.
  • Bütün fəzilətlər sərvətdən asılıdır, zənginlik zövq verir. Hər şey var-dövlətə bağlıdır. Var-dövlət həyatımızı bəzəyir və inkişaf etdirir.
  • Bütün insanlar xoş sözlər eşidəndə məmnun olurlar. Ağızdan yalnız şirin sözlər çıxmalıdır.

C redaktə

  • Cənnət həyatı əbədi deyil, möminlik ehtiyatı tükəndikcə, o da sona yaxınlaşır.
  • Cənnət planetlərindən düşmə - böyük məyusluqdur.
  • Cənnət tövbə ilə qazanılır.
  • Cəsur insanın ağılı sarsılmaz olmağa öyrədilmişdir, amma o, korrupsiyaya bulaşanda sakitliyini itirir və qaranlıqda yox olub gedir.
  • Cəsurlar öz vəzifələrini yerinə yetirməyə çalışırlar.
  • Cəzanın olmaması cəngəllik qanununun mexanizmini hərəkətə gətirir (güclülər zəifləri udur).
  • Cinayət üçün uyğun bir yerdə olan, xüsusilə də bu yerə uyğun paltar geyinən və oğurlanmış şeylərin yanında tutulan adamı çox asanlıqla oğru hesab etmək olar.
  • Cinayətin səbəbi aradan qaldırıldıqda, cəmiyyətdə cinayətkarlar qalmır.
  • Cinayətkarlar tənqiddən qorxmurlar.
  • Cinayətkarları cəmiyyətdən təcrid etməklə yeni-yeni cinayətkarlar meydana çıxacaq və cinayət yenidən yayılacaqdır.

Ç redaktə

  • Çobanın əməyi südlə ödənilir.
  • Çox sərt cəzalandıran hökmdar cəmiyyətdə qarışıqlıq yaradır.
  • Çox vaxt qəzəbə düçar olmuş hökmdarlar öz tabeçiliyində olanların qəzəbinə tuş gəlib məhv olurlar. Cismani ləzzətlərə aludə olanlar düşmənlərin əlindən, pisliklərin və deqradasiyadan irəli gələn xəstəliklərdən məhv olurlar.

D redaktə

  • Daha əvvəl qonaqlara təqdim olunan yeməyin artığınıı yeyən nektar yeyir.
  • Daxili apartamentlərin nəzarətçisi topal, qozbel, axmaq, qoca, qadınlara qarşı biganə, öz hisslərinə nəzarət edən, arzulardan azad və hər bir iş üçün yararlı olmalıdır.
  • Daşqınlar zamanı okean sahillərindən çıxır, amma yaxşı insanlar heç vaxt özlərini itirmirlər.
  • Davranış tərbiyədən asılıdır.
  • Dəfələrlə təmizləndikdən sonra belə, nim heç vaxt mango olmayacaq.
  • Dəstək olmayan yerdə dəstək verən də yoxdur.
  • Dəyişkən ağıl uğur qazanmaq iqtidarında deyil. Əgər biz səylərimizin nəticəsinə laqeyd yanaşsaq, onda hər şey boşa çıxar.
  • Dil, zəhərin və nektarın evidir.
  • Dilənçinin ləyaqəti olmaz.
  • Dilin ucunda rifah tanrısı, eyni zamanda dostların və qohumların yalanları yaşayır. Azadlıqdan məhrum edilmə və ölüm də həmçinin dilin ucundadır. (Nitqlərin şirinliyi çox əhəmiyyətlidir).
  • Doğru yolda olmaq ən yaxşı dərmandır.
  • Doğruluq sərvətin və həzzin əsasıdır.
  • Doğuş və ölüm dövrlərində yenidən doğuşdan qaçmağa çalışmalısınız.
  • Dolanışığın, abır həyanın, nəzakətin, xeyriyyəçilin olmadığı, təhlükəli yerdə yaşamayın.
  • Dost, düşmənin oğlu olsa belə, sənin himayəndə olmalıdır.
  • Dostlarının və qohumlarının sərvətini həqiqi sərvət hesab edən adam alim kimi qəbul edilməlidir.
  • Dövlət insanların icmasıdır. Vətəndaşları olmayan bir dövlət qısır inəklə müqayisə edilə bilər.
  • Dövləti yalnız müşavirlərlə birlikdə idarə etmək olar. Bir təkər arabanı yerindən tərpədə bilməz. Nazirlər təyin etmək və müşavirlərə qulaq asmaq lazımdır.
  • Dövlətin baş hakimi yaxşı mənşəyə, yaxşı davranış tərzinə və xarakterə malik olmaqla bərabər, eyni zamanda səlahiyyətli bir hüquqşünas və təcrübəli müstəntiq olmalıdır.
  • Döyüşdə qələbə qazanmaq bir çox hallarda fillərin sayından asılıdır.
  • Döyüşdən qorxan döyüşçülərin, soyuqdan qorxan brəhmənlərin və alovdan qorxan qadınların üzünə cənnətin qapıları bağlı olacaq.
  • Duyğuların okeanında üzənlər yollarında qeyri-sabitdirlər.
  • Dünya düzlüyün qucağında doğulmuşdur.
  • Dünya pul ətrafında fırlanır.
  • Dürüst insan hər şeyə nail ola bilər.
  • Düşmən dost kimi ola bilər.
  • Düşmən hücumlarına məruz qalmamaq üçün heyvan üçün yemi, yanacağı, ərzağı, eləcə də hər cür silahı həmişə yad gözlərdən uzaqda saxlamaq lazımdır.
  • Düşmən ordusunu məhv etmək üçün əvvəlcə onun fillərini məhv etmək lazımdır.
  • Düşməni öz çiynində daşımaq olar. Amma münasib vaxt gələndə onu cəzalandırmaq, məhv etmək lazımdır.
  • Düşməni zəif yerindən vurmaq lazımdır.
  • Düşmənin hörmətli bir jesti də ağrı gətirir.
  • Düşmənin qalıqları xəstəlik, yanğın və borclar kimi canlana bilər. Ona görə də, onlardan mümkün qədər tez uzaqlaşmaq lazımdır.
  • Düşmənin yaxşı keyfiyyətlərini qiymətləndirmək, müəllimin pis keyfiyyətlərinə dözmək lazımdır. Onlara müəllimə hörmət xatirinə deyilən sözün mənasını dərk etmək lazımdır.
  • Düşmənin zəif tərəflərini öyrənməyincə, onunla münasibəti korlamaq lazım deyil.
  • Düşməninə etibar edən, hər an yıxılmaq ehtimalı olan, ağacın budaqlarında yuxulamağa cəhd edənə bənzəyir.
  • Düşmənlər maneələrlə, qız sevən qohumları ilə, oğul kitablarla, dost etibarla əhatə olunmalıdır.
  • Düşmənlər sənin zəif yerlərinə vurur.
  • Düşmənlər sizin zəif tərəflərinizi bilməməli, siz isə onların zəif tərəflərini bilməlisiniz. Tısbağa pəncəsini çanağına çəkib düşməni seyr etdiyi kimi, siz də öz niyyətlərinizi gizlətməlisiniz.
  • Düşmənlərin uşaqlarını belə qiymətləndirməmək olmaz. Çünki, bir müddətdən sonra onlar da təhlükəli ola bilərlər. Meşə yanğını ağacdan tökülmüş quru yarpaqların alışmasından da törəyə bilər.
  • Düzgün seçilmiş cəza insanlarda salehliyi tərbiyə edir, eləcə də maddi rifaha və həzzə istəyini stimullaşdırır.
  • Düzgün seçim bir çox şəraitlərdən asılıdır.
  • Düzgün və ədalətli insana rast gəlmək çox çətindir.
  • Düzgünlük-xoşbəxtlik mənbəyidir.
  • Düzlük cənnətə aparır.
  • Düzlük həmişə ürəyinizdə olmalıdır.

E redaktə

  • Ehtiyatları və imkanları tükənmiş bir dövlət yalnız xəzinə üçün yük olacaq.
  • Ehtiyatsız padşah asanlıqla düşmənlərinin əlinə düşər. Buna görə də padşah həmişə oyaq qalacaq.
  • Elm öyrənməyin və bilik əldə etməyin mahiyyəti hisslərinizi idarə etmək bacarığı əldə etməkdir.
  • Entuziastlar hər kəsi, hətta öz düşmənlərini məğlub edə bilərlər.
  • Epidemiya, düşmən hücumu, aclıq və quldurların hücumları zamanı yeganə xilas yolu qaçmaqdır.
  • Etibarı həyatını qurban vermək naminə belə qorumaq lazımdır.
  • Etimada xəyanət edənlər nicat tapmayacaqlar.
  • Etimada layiq olmayana etibar etmək olmaz.
  • Ey dil, özündə bu qədər iti iynələr gəzdirirsən. Niyə xoş sözlər demirsən? Yalnız şirin sözlər rifah gətirə bilər. İnsanlar xoş sözləri sevirlər.
  • Eyni gücə malik olanların döyüşməsi, bişməmiş gildən olan iki küpün bir-birinə dəyməsi kimidir: hər ikisinin sınma təhlükəsi var.

Ə redaktə

  • Əbədi olmayan var-dövlət yığıb ağlını əbədi əməli-salehliyə yönəlt. Çünki, ölüm adlanan var-dövlət səni bir anda tərk edəcək.
  • Ədalət susanda güclülər zəifləri udar.
  • Ədalətli cəza nizam-intizamın və insanların rifahının əsasıdır.
  • Ədalətli nikahlar dağılmazdır.
  • Əgər arvadın yoxdursa, evin hanı? Var-dövlətin yoxdursa, bəxtin hanı? Torpağın yoxdursa, otun hanı? Kəndin yoxdursa, vətənin hanı?
  • Əgər insanların sənin haqlı sözünə inanmadığına əminsənsə, bu sözü heç dilinə gətirmə.
  • Əgər qəzəb, şəhvət və ya cahilliyin təsiri altında səhvən seçilmiş cəza hətta meşədəki tərki-dünyanın hiddətinə səbəb olursa, ev sahibləri haqqında nə deyə bilərik?
  • Əgər müqəddəs kitablar əlçatan deyilsə, yaxşı insanların davranışlarını rəhbər tutmalısınız.
  • Əgər zəhərli ilanla pisniyyətli insan arasında seçim etmək lazım olarsa, ilanı seçmək daha yaxşıdır. İlan heç də həmişə sancmır, insan isə bunu hər addımbaşı edir.
  • Əlverişli yaşayış şəraiti ömrü uzadır və nüfuzu yaxşılaşdırır.
  • Ən parlaq işıldaquş belə alov saça bilməz.
  • Ən zəif düşməni də qiymətləndirməmək olmaz. Zəif alov bütöv bir meşəni yandıra bilər.
  • Əncir ağacında yaşayan göyərçin qonşuluqda bitən tut ağacındakı barama qurdu üçün təhlükəli olduğu kimi, uzun müddət düşmənlərin arasında olan adam da daimi təhlükə mənbəyidir.
  • Ər arvadın bəzəyidir.
  • Ərinin istəklərinə uyğun hərəkət etmək maddi və mənəvi xoşbəxtliyə aparan yoldur.
  • Əsas dini ənənə ilə etik prinsiplər arasında və ya dəlil ilə həqiqət arasında (etik prinsiplərə uyğun) bir ziddiyyət yarananda, bu cür işlərə etik prinsiplərdən yanaşmaq lazımdır.
  • Əsl ağıl yalnız çətin anlarda təzahür edir.
  • Ət yemək insana yaraşmır.
  • Əvvəlcə yaxşı-yaxşı düşün, sonra işə başla.
  • Əvvəllər fəzilətli olmayan insan, saleh insanla ünsiyyət sayəsində fəzilətli olur.

F redaktə

  • Fəaliyyətsizlik, qazanılan və gələcəkdə qazanıla bilən şeylərin itirilməsinə, fəaliyyət isə məqəsədə çatmağa və sərvət toplamağa gətirib çıxarır.
  • Fəzilət və var-dövlətə qarşı çıxan insan özünü əzablara düçar edir.
  • Fəzilətli insan şərəfsiz və biabırçı şəkildə əldə edilən var-dövləti rədd edər.
  • Fürsət əldən verildikdə maneələr yaranır.

G redaktə

  • Gecələr gəzmək lazım deyil.
  • Gecənin yarısını yox, bütün gecəni yatmaq lazımdır.
  • Gələcəkdə müvəffəqiyyət qazansa belə, fikirlərini gizli saxlamayanların fikirləri məhkum edilmişdir.
  • Gələn qonağa lazımi qəbul göstərmək lazımdır.
  • Gizli günahların şahidləri-canlı varlığın böyük müttəfiqləridir.
  • Gizli məsələləri təkbaşına həll etmək lazımdır.
  • Gücə güvənmədən işdə uğur qazanmaq olmaz.
  • Güc və təhsil tamamilə fərqli şeylərdir. Hökmdar öz ölkəsində, alimə isə hər yerdə hörmət bəslənir.
  • Gücün köməyi ilə edilə bilməyən bir şeyi hiylə ilə etmək olar. Qızıl zəncirdən istifadə edən qarğa qara kobraya qalib gəldi.
  • Günahı yüngülləşdirən hərəkətlər etməklə, hətta taleyi ələ almaq olar.
  • Günahkarlara qarşı çox sərt cəzalar tətbiq edən insanların nifrətinə, çox yüngül cəzalandıran isə insanların həqarətinə səbəb olur, yalnız qızıl orta tapanlara hörmətlə yanaşılır.
  • Günəş öz şüalarını buludlarda gizlətdiyi kimi, siz də yaxşı keyfiyyətlərinizi əhatənizdəki axmaq adamlardan gizlədin

H redaktə

  • Hadisələr barədə aydın və gizli faktları nəzərə alaraq nəticə çıxarmaq lazımdır.
  • Hadisələrin ardıcıllığını görməyən insan kordur.
  • Hakimlər bütün canlılara qarşı qərəzsiz, insanların sevimlisi olmalıdırlar.
  • Heç kim hörmətdən məhrum edilməməlidir.
  • Həddindən artıq açıq olmaq lazım deyil. Meşəyə gedin və ətrafa baxın. İlk növbədə düz ağacları kəsirlər. Əyri ağaclar isə toxunulmaz qalır.
  • Həddindən artıq məsuliyyət yükü insana həddindən artıq güc verir.
  • Həddindən artıq nəzakətə etibar etməyin.
  • Hədiyyədən xoş şey yoxdur.
  • Həqiqətə sədaqətdən böyük tövbə yoxdur.
  • Həqiqəti bilmək insanın əməllərini işıqlandırır.
  • Həqiqi xoşbəxtliyi yalnız bədxah arvadını, səfeh oğlunu, pəltək məsləhətçisini, eləcə də laqeyd qohumlarını tərk edən insan əldə edir.
  • Həmişə hərdəmxəyal, yalançı insanlarla, keşişlərlə və xidmətçilərlə ünsiyyətdən çəkinin.
  • Hər bir cəza törədilən əmələ uyğun olmalıdır.
  • Hər brilyant cilalanmaya məruz qalıb.
  • Hər kəs bacardığı işi yerinə yetirməlidir.
  • Hər səhər gün ərzində görüləcək işlərin siyahısını tərtib etmək lazımdır.
  • Hərəkətlər kədərin səbəbidir.
  • Hətta ağıllı və savadlı insan taleyi digər insanların müdaxiləsi səbəbindən uğursuzluğa düçar ola bilər.
  • Hətta düşmənin özü istədiyi kimi yaşamasına mane olmaq olmaz.
  • Hətta məğlub bir düşmənə də etibar edilməməlidir.
  • Hətta tanrılar öz qüsurlarını kənar gözlərdən gizlətməyə qadir deyillər.
  • Həyat təcrübəsi olmayan savadlı alim axmaqdan heç də yaxşı deyil.
  • Həyatı müqəddəs kitablara uyğun qurmaq lazımdır.
  • Həzm etmə pis olanda yemək də çətin olur.
  • Hörmətli adamların yığıncağında digərinin çatışmazlıqları barədə danışan hər kəs öz çatışmazlığını ortaya qoyur.

X redaktə

  • Xəsisi sərvətlərlə, təkəbbürlünü ehtiramlarla, axmağı yaltaqlıqla, ağıllını isə düzgünlüklə cəlb etmək olar.
  • Xəsislik ağlı çaşdırır.
  • Xəstəlik düşməndən də pisdir.
  • Xəyallara aludə olmayın.
  • Xəzinədar xəzinənin gəlirlərinin artırılmasında maraqlı, qiymətli daşların qiymətləndirilməsində təcrübəli, xarakter cəhətdən cəsarətli, dürüst və çalışqan olmalıdır.
  • Xəzinədarı, saray əhlini, şagirdi, səyyahı, acı və qorxağı fikirləşmədən oyatmaq lazımdır.
  • Xəzinənin və ordunun sayəsində bəzəyi sərvət olan torpaq işğal edilir.
  • Xidmətçilər əla, dəyərsiz və adi olurlar. Onların hər birinə özlərinə uyğun tapşırıq verilməlidir.
  • Xüsusi bir şey etmək lazım olduqda, müvafiq mükafatı nəzərə almalısınız.

İ redaktə

  • İanə vermək saleh bir əməldir.
  • İanənin arxasınca sərvət gəlir.
  • İkiayaqlı heyvanlardan uzaq olmaq kimi, alçaq adamlardan da uzaq durmaq lazımdır. Onlar sanki gözəgörünməz neştər kimi, kəskin sözlərlə sancırlar.
  • İlğım su anbarına bənzəyir.
  • Indranın (İndra-Allahlar Allahı) mindən çox məsləhətçisi və nazirləri var idi və onların hamısı da müdrik insanlar olmuşdur. Onlar İndranın gözləri idi. Baxmayaraq ki, İndranın iki gözü vardı, amma onu bəzən “mingözlü” adlandırırdılar.
  • İnkişaf və məhv olmaq dildən asılıdır.
  • İnsan alimlərlə, müti, əməli-saleh, təvazökar adamlarla ünsiyyət qurmalıdır. Hətta həbsxanada həqiqəti söyləyənlər qərəzli sayılmamalıdırlar.
  • İnsan kamilliyə tövbə edərək çatır.
  • İnsan öz davranışı ilə daxili məzmununu nümayiş etdirir.
  • İnsan yalnız deqradasiyaya və tamamilə məhv olmağa səbəb olanı deyil, salehliyə və maddi rifaha aparan şeyləri öyrətməlidir.
  • İnsanı dörd üsulla yoxlamaq olar: nəslinə, davranışına, gördüyü işin keyfiyyətinə və əməllərinə görə. Qızılı da bu cür yoxlayırlar: cızmaqla, sındırmaqla, qızdırmaqla və zərbə endirməklə.
  • İnsanın əldə edə biləcəyi üç sərvət növü var: pul, salehlik və cismani həzz. Onları göstərilən qaydada əldə etmək daha yaxşıdır.
  • İnsanın günahları insanın özü tərəfindən aşkar edilir.
  • İnsanın xoşbəxt yaşaya biləcəyi yalnız bir yer var.
  • İnsanlar pis hərəkət etdiklərini bilə-bilə şübhəli hərəkətlər edirlər.
  • İnsanları dörd kastanın və həyatın dörd mərhələsinin müəyyən edilmiş prinsiplərinə ciddi şəkildə riayət etməyə çağıran hökmdar, ədalətsizliyi aradan qaldırmaqla yanaşı, ədalətin tərəfdarı kimi çıxış edir.
  • İnsanların davranışı ənənədən irəli gəlir.
  • İnsanların günahları cəzalandırılmaq qorxusundan çəkindirir. Mükəmməl, saf insana çox nadir hallarda rast gəlmək olar. Dünya cəzalardan qorxur, buna görə xeyir-dualardan həzz alır.
  • İnsanların yaratdığı maneələri ağlın köməyi ilə aradan qaldırmaq olar.
  • İradəsizlər və qətiyyətsizlər hətta tabeçiliyində olan adamların hörmətini qazana bilməzlər.
  • İstənilən qəbulda verilən ziyafətin zənginliyi ilk növbədə xəzinənin vəziyyətindən asılıdır.
  • İsrafçı, yetim, davakar, xəstəlikdən əziyyət çəkən, yeməyini bilməyən - bunların hamısı qısa bir ömür sürər.
  • İstədiyinə nail olmaq istəyirsənsə, bir dəqiqəni belə itirmə.
  • İş- zənginliyin təməlidir.
  • İşə faydalı olan hər şeydən istifadə etmək lazımdır.
  • İşə yalnız ətrafdakıların motivləri və həyata keçirilən işlərin nəticələri başa düşüldükdən sonra başlanılmalıdır.
  • İşi olmayan və ya iş üçün pul ödənilməyən, qohumlarınızın olmadığı və bilik əldə etmək imkanları olmayan ölkələrdən qaçın.
  • İtaəti nəcib varislərdən, natiqliyi alimlərdən, fəndləri və əllərin cəldliyini qumar oyunçularından, hiyləgərliyi qadınlardan öyrənmək lazımdır.
  • İti axan çayı keçməyə cəhd etmək, cəsur döyüşçü ilə döyüşmək, çoxlu insanlarla düşmənçilik etmək kimi əbəsdir.
  • İtlə donuzun döyüşündə qələbə ət yeyənin olacaq.
  • İzqoy ( hamının üz döndərdiyi, qovulmuş bir insan) və kasıb bir-birinə yaxındır. Fərq yalnız ondadır ki, kasıb doğmalarının himayəsindən məhrum edilmir, amma izqoy hətta qohumları tərəfindən rədd edilir.

K redaktə

  • Kasıb insanın yaşaması çox çətindir.
  • Kasıb öz evinə ikrah hissi ilə yanaşır, varlı isə hətta bu dünyadan köçənlərə bağlılıq hissi keçirir.
  • Katib gözəl danışan, müdrik, səmimi, hisslərinə hakim, müxtəlif sahələrdə biliyə malik olmalıdır.
  • Kiçik bir qrup insan çox sarsılmaz və dözümlü ola bilər. Fili, otdan hörülmüş kəndirlə bağlayırlar.
  • Kiçik bir səy göstərmək problemi həll edə bilər.
  • Kifayət qədər səy göstərməmək uğursuzluğa səbəb olar.
  • Kifayət qədər səy göstərməsən, uğur qazana bilməzsən.
  • Kiminlə ittifaq bağlamaq lazımdır? Yalnız ürəyə yaxın və əziz olanla. Bu cür əməkdaşlığı axtarmaq lazımdır. Bu, müttəfiq axtaran üçün ən yaxşı məsləhətdir.
  • Komandanı olmayan ordu, tənha qadın, qurbansız qurbanvermə məhkum edilmişdir.
  • Komandanı olmayan zəif ordu, praktikada tətbiq edilməyən təhsil, eləcə də savadsız bir insanın başlanğıcı və ərsiz qadının həyatı uğursuzluğa məhkumdur.
  • Kömək, dostluğun düzgün əlamətidir.
  • Kömək və dəstək istəyən birinə nifrət etməyin.

Q redaktə

  • Qadına bağlılığın qandallarından azad olmaq çox çətindir.
  • Qadın bütün qüsurların mərkəzidir.
  • Qadın çox dəyişkəndir.
  • Qadın kişini mühakimə edə bilməz.
  • Qanunsuz əldə edilmiş sərvətlər yalnız pis niyyətli insanlara ləzzət verir.
  • Qarğa gündüz bayquşları öldürür, gecələr isə onlar rollarını dəyişir (Hücum vaxtının vacibliyi barədə).
  • Qeyri-zorakılıq salehlik əlamətidir.
  • Qəddar, qüsurlu, xəsis, ağciyər, yaxud açıq-saçıq və israfçıl insanı məsul vəzifəyə təyin etmək olmaz.
  • Qəddar və zalım ağadan, xəsis, yaxşını-pisi bilməyən, nankor adamdan uzaq durmaq lazımdır.
  • Qəsdən deyilməyən pis sözlər uzun müddət yadda qalır.
  • Qızılla ərintidə gümüş qızılı çalar alır.
  • Qoca, məşhur, təhsilli, bacarıqlı, cəsarətli, ayələri bilən, poetik, nəcib insanlar zənginə yaxınlaşıb deyəcəklər:“Uğurlar və uzun ömür!”
  • Qocalan bədəndə meydana çıxan xəstəliyə məhəl qoymamaq olmaz.
  • Qocalmış arvad, həzm edilmiş qida, evə gətirilmiş taxıl kimi, döyüşdən qayıdan döyüşçü də qohumlarını sevindirir.
  • Qonşuya məxsus mülkiyyəti arzu etməyin.
  • Qorxaq hərəkət etməkdən qorxar.
  • Qu quşu dəfn yerlərində gəzməyi sevmir.
  • Qu quşları su kənarında yaşayırlar. Əgər su hövzəsinin suyu quruyarsa, qu quşları həmin yeri tərk edir, su yenidən gələndə isə geri qayıdırlar. İnsanlar qu quşlarına bənzəməməlidirlər.
  • Qurdların və nəcislərin yeri olan bədən qüsurları və fəzilətləri yaradır.
  • Quruda timsaha it də qalib gələr, amma suda timsahdan güclüsü yoxdur (Döyüş yerinin vacibliyi barədə)
  • Quşların uçuşları üçün seçdikləri yolları bilmək, hiyləgər məmurların planlarını bilməkdən daha asandır.
  • Quyunun qurudulmasında bardağın dar boğazı maneə ola bilməz.
  • Qüsursuz iş çox nadir bir haldır.

L redaktə

  • Layiqli rahatlıqdan imtina etməyin.
  • Ləyaqətli və böyük bir düşmənə qarşı təcavüz göstərməyə tələsməyin.
  • Ləyaqətli və ya xain düşməni çox asanlıqla zərərsizləşdirmək olar. Bütün fikir ayrılıqlarını qarşıdurma olmadan həll edə bilən insan üçün mümkün olmayan heç nə yoxdur.
  • Loyallıq hətta heyvanlar arasında da mövcuddur. Məsələn, inəklər otlamaq üçün yer seçəndə, tanımadıqları otu heç vaxt otlamayacaqlar.

M redaktə

  • Malını yox, canını qoru. Ötəri şeylərə aludə olma.
  • Mehtərin atlardan, arabadan başı çıxmalı, eyni zamanda o, cəsur və qoçaq olmalıdır.
  • Meşə yanğınını hətta səndəl ağacı da istəmir.
  • Metal işlərinə cavabdeh olan nazir səriştəli, sadiq, düzgün, hisslərinə nəzarət edə bilən, gözütox və maddi durumundan məmnun olan birisi olmalıdır.
  • Mədənin həzz etmədiyi qidadan çəkinmək lazımdır.
  • Məhkəmə işlərinə baxılarkən qərəzsiz qalmaq lazımdır.
  • Məğlub olan düşmən dostluğunu təklif etsə də, ona etibar etmək olmaz. Qarğa heç vaxt yaxın vaxtda yanğın baş vermiş mağaraya uçmayacaq. Çünki, mağarada hələ də çoxlu tüstü qalır.
  • Məntiq və arqumentlərdən istifadə edərək saleh bir həyatın təməllərinə qarşı çıxan hər kəs həm bu dünyada, həm də sonrakı dünyalarda məhkum ediləcək.
  • Məsələ yalnız səylər nəticəsində həll edilir.
  • Məskunlaşmamış ərazi dövlət sayıla bilməz.
  • Məzmun xarici görünüşə uyğun olur.
  • Mövzu əvvəlcədən məlum olanlara və intuisiyaya əsaslanaraq öyrənilməlidir.
  • Mübahisədə həqiqətin nə olduğunu unutmamaq lazımdır.
  • Müdrik adam həmişə ölkənin və zamanın maraqlarına qayğı göstərəcəkdir.
  • Dövlət sirrinin açılması bütün ölkənin rifahına, hökmdarına və onun köməkçilərinə zərər verir.
  • Müdriklər yalnız yaxşı, axmaqlar isə pis keyfiyyətlərə malik olurlar. Ona görə də bir müdrik min axmaqdan yaxşıdır.
  • Müəllimə, Allaha və savadlı insana sədaqət hər kəsi zinətləndirər.
  • Müəllimləri tənqid etmək olmaz.
  • Müttəhimə qarşı birdən çox ittiham irəli sürmək olmaz.

N redaktə

  • Nankor insan cəhənnəmdən xilas ola bilməz.
  • Nazir düşmənlərlə bağlı strateji plan təklif etməyi, öz işlərində sürətli addımlar atmağı, dostlarının uğurlarına sevinməyi və dövlət işlərində cəsarətlə davranmağı bacarmalıdır.
  • Nazirlər yaxşı yaddaşa malik olmalı, siyasi elmləri bilməli, incəsənətdən və bir çox başqa şeylərdən baş çıxarmalıdır.
  • Nə qədər ki, düşmənin zəif cəhətlərini aşkar etməmisiniz, onunla münasibətləri korlamayın.
  • Nəcib bir insanla düşmənçilik, alçaq adamla ittifaqdan daha yaxşıdır.
  • Nəcib davranışla hətta düşməni fəth etmək olar.
  • Nəcib insan başqalarını özündən daha yaxşı hesab edir.
  • Nəcib insan kömək üçün ona müraciət edənin kədərini və acılarını özününkü kimi qəbul edir.
  • Nəzarətdən çıxmış ordunu nəyin bahasına olursa- olsun, özünə tabe etmək lazımdır.
  • Nim ağacının acı meyvəsi yalnız qarğalara ləzzət verir.
  • Nökəri tapşırıq verib bir yerə göndərməklə, qohumu çətin vəziyyətdə, dostu çətin anlarda, arvadı isə yoxsulluqda yoxlamaq olar.

O redaktə

  • Oda etibar etmək olmaz.Yanğın- Allahın göndərdiyi cəzadır.
  • Ox düzəltmək üçün hətta ən yaşlı nim ağacından istifadə etmək olmaz.
  • Okean susuzluğu yatıra bilməz.
  • Ordu komandiri hərbi elmlərdə bilikli, təhsilli, yorulmaz və cəsarətli olmalıdır.
  • Ordunun qüdrəti xəzinədə yaradılır.
  • Orqanizmi bütün qidanı həzm edən üçün xəstəlik qorxulu deyil.

Ö redaktə

  • Ölüm yoxsulluqdan daha yaxşıdır.
  • Ölümü gözünün altına almış döyüşçünün gücünə qarşı müqavimət göstərmək mümkün deyil. Məğlub olanları küncə sıxışdırmaq lazım deyil.
  • Ölümü qaçılmaz olan adam pis şeylər fikirləşəcək.
  • Öz adamlarınızı pis əməllərdən çəkindirin.
  • Öz ananızla belə tək qalmamalısınız.
  • Öz hərəkətlərinə görə məsuliyyət daşıyanlar barədə pis danışmayın.
  • Öz həyat yoldaşı üçün ərdən daha əhəmiyyətli bir şəxsiyyət yoxdur.
  • Öz məqsədlərinə nail olmaq istəyən hər kəs təəssüf etməməlidir.
  • Öz oğlunu şöhrətləndirmək lazım deyil.
  • Öz ölkəsinin məhv edildiyini, ailəsinin dağılmasını, yolunu azmış qadını və bədbəxtliyə düçar olmuş oğlunu görmək qismət olmayan insanlar xoşbəxtdirlər.
  • Öz təhlükəsizliyiniz üçün düşmənə özünü dost göstərməsinə yol verməyin.
  • Öz uşağınıza toxunmaqdan daha xoş bir şey yoxdur.
  • Öz zəifliklərinizi büruzə vermək lazım deyil.
  • Özünü idarə edə bilməyən, öz qəzəbində də boğulacaq.
  • Özünü şöhrətləndirmək lazım deyil.

P redaktə

  • Passiv bir insan kömək üçün ona müraciət edənləri qorumaq iqtidarında deyil.
  • Pis adamlarla ünsiyyət qurmayın.
  • Pis niyyətli bir adam, onunla yaxşı davranmasına baxmayaraq ağrıya səbəb olur.
  • Pis ölkəyə düşəndə yüksək qazanc əldə etmək mümkün deyil. Pis övlad tərbiyə edəndə, övladın lazım olanda sizə su verəcəyinə ümid etmək əbəsdir. Pis tərbiyə edilmiş şagirdlərdən hörmət gözləmədiyiniz kimi, pis arvad olan evdə də xoşbəxtlik tapa bilməzsiniz.
  • Pis və ya yaxşı dostunuza etibar etməyin. Çünki, qəzəblənən dost bütün sirlərinizi aça bilər.
  • Problemlər yarandıqda onları həll etməyin mümkün olmadığını hesab etmək axmaqlıqdır.
  • Pulu qara gün üçün saxlamaq lazımdır.

R redaktə

  • Rifah, arzularının əsiri olanları müşayiət etmir.
  • Rifah, bəsirəti olmayan uğurlu bir insandan da yan keçər.
  • Rifah, gücünü düzgün yerləşdirən insanı müşayiət edir.
  • Rifahdan kor olmuş gözlənilən təhlükəni görmür və ağıllı məsləhətlərə qulaq asmır.
  • Riyazi biliklərə, bədii yazılar elminə malik olan, qədim kitablardan başı çıxan, eləcə də astroloji xəritələri şərh etməyə qadir olan brahman tanrılar səviyyəsində ibadət edilməyə layiqdir.
  • Ruh bütün baş verənlərin şahididir.
  • Ruh əməllərimizin şahididir.
  • Ruhun qüdrətindən məhrum olanlar nə maddi, nə də mənəvi dəyərlərdən ləzzət ala bilməyəcəklər.

S redaktə

  • Sabaha planlaşdırdığın işi bu gün et.
  • Sabit münasibətlər sərvətdən asılıdır.
  • Sadə yemək faydalıdır.
  • Sakitliyə və düşüncəyə malik olmadan, məqsədə nail olmaq mümkün deyil.
  • Salehlik və zövq zənginliyə əsaslanır.
  • Saray həkimi Ayurvedanı (hind təbabətinin ənənəvi sistemi) bilməli, gülərüz, nəcib mənşəyə və əla keyfiyyətlərə malik olmalıdır.
  • Saray müəlliminin elmin bütün sahələrindən məlumatı, inandırmaq bacarığı olmaqla bərabər, gözəl natiq, soyuqqanlı, daxilən və zahirən saf bir insan olmalıdır.
  • Saray münəccimi savadlı olmalı və astroloji xəritələrin izahının sirlərinə bələd olmalıdır.
  • Savadlı adam nə qədər cinayət etsə də, onu işgəncəyə məruz qoymaq lazım deyil.
  • Savadlı insanların da qüsuru olur.
  • Sevgi meyvələri ilə tanınır.
  • Səbəb və ya dəvət olmadan başqasının evinə getmə.
  • Səbirli adamın tövbəsi ikiqat dəyərlidir.
  • Səbirli insan istədiyi şeyə nail olur.
  • Səfeh adam hətta ona məxsus olmayan şeylərdən çox çətinliklə imtina edir.
  • Sən yoxsul olanda dostların, övladların, arvadın, qohumların səni tərk edəcəklər. Amma sənin var-dövlətin olan kimi, onlar geri dönəcəklər. Var-dövlət bu dünyada canlı varlığın əsl dostudur.
  • Sənə hörmət edilən, eləcə də heç kimin sənə hörmət etmədiyi yerdə qalmayın. Özünə hörmət görmədiyin yerdə hətta səmavi arabaya belə minməməlisiniz.
  • Sərvət kastadır, sərvət gözəllikdir, təhsildir, şərəfdir. Bu keyfiyyətlər sərvətdən məhrum olanlar arasında ola bilməz.
  • Sərvətə malik olan insan ədəbli, alim, ayələri bilən, düşünən, bəlağətli və cazibədar hesab edilir. Bütün bu keyfiyyətlər rifahdan asılıdır.
  • Sərvəti quldurlardan və dövlət məmurlarından diqqətlə qorumaq lazımdır.
  • Sərvəti və şöhrəti üstün olan müttəfiqə etibar etməyin. O öz qərarını dəyişə bilər.
  • Sizə etibar etməyən sizin etibarınıza layiq deyildir. Lakin etimada layiq olan şəxslər qarşısında da tam açılmayın. Çünki, etibardan irəli gələn diqqətsizlik hər şeyi alt-üst edə bilər.
  • Sıx ot leysan yağışa tab gətirdiyi kimi, böyük sayda ləyaqətli insanların birliyi də istənilən düşmənə qarşı çıxa bilər.
  • Söhbət edən brahmanların, brahmanla alovun, ərlə-arvadın, nökərlə ağanın, öküzlə kotanın arasına girmək lazım deyil.
  • Sözlər qulağa xoş gələn bir göyərçinin quruldaması kimi səslənməlidir.
  • Suda üzən balıqları izləmək mümkün olmadığı kimi, vergi ödəyicilərinin pullarını mənimsəyən məmurları da izləmək mümkün deyil.
  • Suya zəhər qatılmamalı, safqəlbli insanlar dilbirliyə getməməlidirlər. Bəzən korrupsiya zəhərindən dərman tapmaq mümkün olmur.
  • Süd hətta əyyaşın əlində murdar görünür.
  • Süd ilə qarışdırılan su süd olur.
  • Süd lazımdırsa, fildən nə fayda?

Ş redaktə

  • Şahidlər yalnız həqiqəti söyləməyə borcludurlar.
  • Şans və uğur ümidlərinizi pis adamlarla bağlamayın.
  • Şəhvət fəzilət və var-dövlət hüquqları vermir.
  • Şəkər qamışı ilə fili qəzəbləndirmək lazım deyil (zəifin müdafiəsinə qalxan güclünü qəzəbləndirməyin).
  • Şərin düşmənləri qadınlara bağlı olmurlar.
  • Şir ac olsa belə, heç vaxt ot yeməyəcək.
  • Şirin danışanın düşmənləri olmur.
  • Şöhrət axtaran adam hökmdara , var-dövlət axtaran varlıya, bilik axtaran məşhur alimə xidmət etməlidir, nəsil istəyən həyat yoldaşının uyğun dövrünü gözləməlidir.

T redaktə

  • Tabe olanlar öz ağalarına xoş sözlər deməyi əsirgəməməlidirlər.
  • Tabeçiliyindəki insanların hörmətsiz münasibəti nəcib insanın qəlbinə kədər, qəm-qüssə gətirir.
  • Taleyə kor-koranə inananlar heç nəyə nail olmurlar.
  • Tanrılara qurbanlıq təklifi heç vaxt unudulmayacaq.
  • Tanrıları sədaqətlə, qulluqçuları hədiyyələrlə, işçiləri iltifat göstərməklə, brahmanları isə hörmət göstərməklə rəhmə gətirmək olar.
  • Təcəssüm edilmiş canlı varlıq bədənini tərk etmək məcburiyyətində qalsa, İndranın (Hindistanda Cənnət Allahı) vəziyyətini arzulamayacaq.
  • Təhlükə, insanları və hadisələri dərk edə biləndən yan keçir.
  • Təhsil ən yaxşı dostdur. Savadlı insana hər yerdə hörmət edirlər. Təhsil gözəlliyə və gəncliyə qalib gəlir.
  • Təhsilin və intizamın çatışmamazlığı qüsurların yaranmasına səbəb olur. Öyrədilməmiş, intizamsız, savadsız adam öz qüsurlarındakı pisliyi görə bilməz.
  • Tək bir qüsur bir çox fəzilətə kölgə salar.
  • Tələskənliyin işə heç bir köməyi yoxdur.
  • Tələyə quş qoyub quş tutan kimi, düşmənləri də özünə yaxın edib, onlara tələ qurmaq lazımdır.
  • Tənbəl nə bu, nə də başqa bir dünyada xoşbəxtlik tapa bilməz.
  • Tərbiyəli adam sirrini miskin adamla bölüşməməlidir.
  • Tərəflərin qüdrəti sülh razılaşmasının məcburi şərtidir. Qızdırılmamış metal ərinmiş metalla birləşə bilməz.
  • Tərif hətta Allahların xoşuna gəlir.
  • Təvazökarlıq hər kəsi zinətləndirər.
  • Təyin olunmuş vəzifələrin icrası ilə məşğul olduqda belə, ağa həmişə tərifə layiqdir.
  • Təzə paltarlar, təzə çətir, meşədə yetişən təzə meyvələrlə bərabər, sadiq qoca qulluqçunu da tərifləmək lazımdır.
  • Toxumu necə, ağacı da elə.
  • Torpaqların fəthinin meyvəsi-hakimiyyət, təhsilin meyvələri-bilik, zənginliyin meyvəsi isə ianə vermək və həzzdir.
  • Torpağı suyun asan əldə edildiyi yerdə becərmək lazımdır.
  • Toy mübahisələrdən əvvəl gəlir.
  • Tövbənin mahiyyəti hisslərə nəzarət etməkdən ibarətdir.

U redaktə

  • Uğur qazanmağa çalışan hər kəs ilk növbədə sahibinin üstünlüklərini öyrənməlidir.
  • Uğur onları müşayiət etsə belə, alçaq və əclaf insanlarla ünsiyyət qurmayın.
  • Uğur səyin nəticəsində qazanılır.
  • Uzaqgörən insan pis ölkəni, pis həyat şəraitini, pis həyat yoldaşını, pis çayı, pulsuzluq və pis qida olan yeri tərk etməlidir.
  • Uzağı görə bilməyən insan düşmənini, dostunu, tənbəli, bacarıqsızı, qocanı, yaxud müəllimi seçə bilmirsə, o, məğlubiyyətə məhkumdur.

Ü redaktə

  • Üç Veda (Dünyanın dərk edilməsinin üç metodu) biliyinə malik olanlar qurban verməyin mənasını anlayırlar.
  • Ümumi çətinliklər münasibətləri daha da möhkəmləndirir.
  • Üsulu bilən qeyri-mümkünsüzü mümkün edə bilər.
  • Üzünüzə şirin sözlər deyib arxanızca sizə qarşı ziyanlıq edən dostlardan uzaq durmaq lazımdır. Belə dost zəhərlə doldurulmuş, üzündə süd üzən bardağa bənzəyir.

V redaktə

  • Vaxtını düzgün seçsən, uğur qazanacaqsan.
  • Var-dövlət dəfedilməz gözəllik, yaxşı ailə, sevincli gənclik, uzun ömürdür.
  • Var-dövlət keyfiyyətlərin köməyi ilə deyil, keyfiyyətlər sərvətin köməyi ilə əldə edilir. Əla keyfiyyətlərə malik zənginə xidmət edir, əksinə yox.
  • Var-dövlət qazandıqdan sonra da düşmənlərin cəmiyyətindən uzaq dur.
  • Var-dövlət qazanmaq fəallıqla bağlıdır.
  • Var - dövlət, sərvət, həzz, nəcib mənşə, saflıq, savad, uzun həyat və sağlamlıq - bütün bunlar saleh həyatın meyvələridir.
  • Var-dövlət toplamaq üçün hər cür üsul yaxşıdır.
  • Var-dövlətə baxmayaraq, güclü ruha malik olmayan insan məğlubiyyətə məhkumdur.
  • Var-dövləti olmayan insan yüzlərlə cəhddən sonra da qarşısına qoyduğu məqsədinə çata bilmir. Vəhşi fil yalnız əhilləşdirilmiş fillərin köməyi ilə əhilləşdirildiyi kimi, yalnız var-dövlətin sayəsində də istədiyinə nail olmaq olar.
  • Varlılar həmişə xoşbəxtdirlər, kasıblar həmişə kədərlidirlər. Beləliklə, xoşbəxtlik və kədər kasıblar və zənginlər arasında bölünmüşdür.
  • Vəzifə borcunu yerinə yetirən şəxs salehlərin ən yüksək ləyaqətinə malikdir.

Y redaktə

  • Yaxşı davranışdan müqəddəs şey yoxdur.
  • Yaxşı insan başqasının bədənini özününkü kimi qəbul edir.
  • Yaxşı insanlar əclafların cəmiyyətindən ləzzət almırlar.
  • Yaxşı insanların cəmiyyətində olmaq cənnətdə olmaq kimidir.
  • Yaxşı insanlarla ittifaq insanın rifahına əlverişli təsir göstərəcəkdir. Heç kim çəltiyi çıxarılmış buğdanın çəltiyini yenidən təmizləməz.
  • Yaxşı keyfiyyətlərə malik olan insan öz təbiətinə uyğun hərəkət etməlidir. Müdrik insan bir çox yaxşı keyfiyyətlərə malikdir, axmaq adamın isə heç bir yaxşı keyfiyyəti olmur.
  • Yaxşı münasibətlərlə öyünənlər heç vaxt tərk edilməyəcəklər.
  • Yaxşılığın sərhədini heç vaxt aşmaq lazım deyil.
  • Yalan şahidlik cəhənnəmə aparır.
  • Yalan şahidlik edilməməlidir.
  • Yalandan dəhşətli günah yoxdur.
  • Yalnız axmaq adam ağasından öyrəndiklərini hamıya bəyan edəcəkdir.
  • Yalnız bütün mümkün səyləri yorulmadan həyata keçirməklə uğur və tərəqqiyə ümid etmək olar.
  • Yalnız güclü və bərabər rəqiblə sülh müqaviləsini imzalamaq lazımdır. Bunu zəiflə etmək lazım deyil.
  • Yalnız inəyin təbiətini bilən ondan süd ala bilər.
  • Yalnız ittihamçının təqsirləndirilən şəxslə nə etməli olduğuna qərar vermək hüququ vardır.
  • Yalnız öz gücünü ayıq qiymətləndirib riskə getmək lazımdır.
  • Yalnız pul və mövqe ilə maraqlanan müttəfiqləri seçməməlisiniz. Çünki, onlar istədiklərini əldə edən kimi birlik dağılacaq.
  • Yalnız tamamlanmış işlər barədə ucadan danışmaq olar.
  • Yalnız ümumi məqsədə nail olmaq üçün çox güclü istəyi olanlar ittifaqa daxil olmağa hazırdırlar. Tərəflərin lazımi istəkləri yoxdursa, ittifaqdan söhbət gedə bilməz. Müttəfiqləri cəlb etmək üçün ehtiyatda maraqlı təkliflər olmalıdır.
  • Yalnız Vedaları və Vedanqanı (Vedalar, Vedanqalar- Sanskrit dilində hinduizmin ən qədim müqəddəs kitablar toplusu) bilən, dua edən, Allaha qurban verə biləcək və həmişə insanlara xeyir-dua verməyə hazır olan bir şəxs ola bilər.
  • Yalnız yoxsulluq uğuru məhv edə bilər. Yoxsulluq aydakı ləkəyə bənzəyir.
  • Yan keçən fəlakəti ən tez ondan daha çox qorxanlar unudur.
  • Yaramazın var-dövləti məhkum edildiyi kimi, ianə verməyən də məhkum edilmişdir.
  • Yaramazların dostları olmur.
  • Yaşayan atanın əmlakına övladların haqqı yoxdur.
  • Yeganə kədər doğum və ölümdür.
  • Yersiz deyilən şirin sözlər onu söylənə hörmət gətirmir.
  • Yetkinlik yaşına çatmayan şəxsin ifadəsi nəzərə alınmamalıdır.
  • Yoxsullaşma insanları tamahkar edir. Tamahkar insanlar isə öz vəziyyətlərindən narazı olurlar.
  • Yoxsulluğun üç növü var: mal-dövlətin, salehliyin olmaması və həzz almamaq. Göstərilən qaydada onlara diqqət yetirərək bu bəlalara qarşı durmaq lazımdır.
  • Yoldaşsız səhayətə çıxmaq lazım deyil.
  • Yubanmadan, tez bir zamanda borclardan, düşmənlərdən və xəstəliklərdən yaxa qurtarmaq lazımdır.
  • Yuxarıdakını ehtiramla, tabe olanı hədiyyələrlə, bərabər olanı qoçaqlıqla cəlb edirlər.
  • Yüngül işə girişmə.

Z redaktə

  • Zadəganlar şəhərlərdə, sadə insanlar kəndlərdə, şeytanlar isə ürəklərdə və kəndlərin ətrafında yaşayırlar.
  • Zədələnmiş orqan bütün orqanizmi məhv edə bilər.
  • Zəhər həmişə zəhərdir.
  • Zəif də olsa, heç vaxt düşmənə məhəl qoymamaq lazım deyil. Çünki, o, bir müddətdən sonra ot tayasına düşən qığılcım kimi daha da güclənəcəkdir.
  • Zəif rəqiblə güclü rəqibin döyüşü piyada ilə filin döyüşünü xatırladır.
  • Zəif tərəflərinizi açmaq olmaz.
  • Zəngin adam gözəli pulun, gücü xidmətçilərin, alicənablığı qonaqların, şəcərəni uğurlu nikahın köməyi ilə əldə edə bilər.
  • Zənginlik-düzgünlük mənbəyidir.
  • Zənginliyə can atırsansa, çalış ki, düşmənlərin cəmiyyətindən uzaq olasan.
  • Zərərli elmlər zərərli insanları valeh edir.

İstinadlar redaktə