Çingiz Aytmatov
qırğız yazıçısı
Çingiz Aytmatov (d. 12 dekabr 1928 — ö. 17 noyabr 2008) — Qırğız ədəbiyyatçı, jurnalist, tərcüməçi və siyasətçi.
Çingiz Aytmatov | |||
Doğum tarixi | 12 dekabr 1928 | ||
Doğum yeri | Şəkər | ||
Vəfat tarixi | 10 iyun 2008 | ||
Vəfat yeri | Nürnberq | ||
Dəfn yeri | Ata-Beyit | ||
|
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
redaktə- Axı yer yaranandan dəniz sakitləşə bilmir, o vaxtdan dəniz quruya, quru dənizə qarşı döyüşür. İnsan isə bəzən onların arasında — quru ilə dəniz, dənizlə quru arasında çox çətin anlar yaşayır. Yerə daha çox bağlı olduğu üçün dəniz onu sevmir.
B
redaktə- Bağışlayanda yorular insan, tək qaldığında bir də, amma insanı ən çox yoran şey xəyal qurmaqdır, olmayacağını bildiyi halda.
D
redaktə- Demokratiyanı bir anda qurmaq olmaz, bir gecədə inkişaf etdirmək olmaz. Demokratiya daima çay kimi hərəkət etməlidir.
- Dostların dar gündə tanındığını deyirlər, zənnimcə, onlar insanın xoş anlarında da tanınırlar.
Ə
redaktə- Əslində hər insan bir romandır və bir az qəhrəmandır. Gün gələr anlar ki, xərclədiyi tək şey xəyalları deyil, zamandır.
G
redaktə- Gün gələr və insan anlar ki, yaşadığı hər şey yalandır. Arxada unuda bilmədiyi bir eşq və qəbul edə bilmədiyi bir tənhalıq qalar.
H
redaktə- Hər bir yazıçı bir xalqın övladıdır və öz milli adət-ənənələrini mənbə götürərək o xalqın həyatını təsvir etməli, əsərlərini zənginləşdirməlidir. İlk etdiyim budur, yəni öz millətimin adət-ənənəsini, məişətini danışıram. Amma orada qalsan, heç yerə çatmayacaqsan. Ədəbiyyatın milli həyatı, adət-ənənələri söyləməkdən daha çox məqsədləri var. Müəllif öz üfüqlərini milli olandan kənara çıxarmalı və "ümumbəşəri" olana çatmağa çalışmalıdır. Yaxşı yazıçı "tipik insan"ı mənimsəyən adamdır.
İ
redaktə- İnsan üçün ən çətin şey, hər gün insan qalmaqdır.
Q
redaktə- Qadın kapriz edib küsəyənləşirsə problem yoxdur. Problemin həllini axtardığını göstərər bunlar. Bil ki, əsl problem, susduqları zaman başlar.
- Qəribə deyil mi? İnsan həmişə eşq ağrısı çəkməkdən şikayətlənər əslində, yaxşı heç mi eşq ağrısı çəkdirən yox aramızda.
M
redaktə- Məndən tez-tez soruşurlar ki, hekayələrim niyə faciəli olur. Cavabım həmişə belə olur: bu təkcə mənə aid deyil. İnsan təbiətcə faciəli varlıqdır. Ətrafındakı həyatdan xəbərdar olan kimi anlayır ki, gec-tez onu tərk etməlidir.
O
redaktə- Oğlum kəklik və qaranquş yumurtasını ayıra bilmir. Düzdür, şəhər həyatı insanların intellektual inkişafına səbəb olur, lakin bununla belə, şəhər həyatı nəyisə itirib. Onlar daha mürəkkəb məsələləri öyrənirlər, lakin bu, həyatda bizə lazım olan tək şey deyil
S
redaktə- Sən danışmağa tənəzzül etməzsən susqun sanarlar, və hər şeyi əhəmiyyətsiz hesab etdiyini düşünərlər. Bilməzlər ki, bir danışacaq olsan üzünə baxacaq üzləri qalmaz.
- Sən özünü bilirsənsə, bil ki, özünü bilməzlərin söylədikləri mənasızdır. Unutma gərəksiz tənqid yalnız gizli heyranlıqdır.
Y
redaktə- Yaxşı kitab müəllifin bəşər nəslinə hədiyyəsidir.
- Yaxşı qadın pis əri adam edər, orta səviyyəlisini yüksəldər, yaxşısını da göylərə çıxarar.
Mənbə
redaktə- Aforizmlər və hikmətli sözlər. Bakı, 2005.