Özbək atalar sözləri
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
ARedaktə
- Adam - adam ilə, yer - su ilə.
- Axmağın böyüyü-kiçiyi yoxdur.
- Ağıllı adam atını, axmaq arvadını tərifləyər.
- Ağıllı iş - qanadlı quş.
- Ağıllı özünü günahkar bilər, ağılsız - dostunu.
- Ağlı qısa olanın dili uzun olar.
- Ağlına ağıl qoş, cəhdinə - səbir.
- Anayla bala - gün ilə lalə.
- Arxı su korlar, adamı - söz.
- Arının zəhrin çəkməyən, balın qədrini bilməz.
- Arpa-buğda bir gününə yarar, sadiq dost - ölüncə.
- Aşın dadı duz ilə, adamın tamı söz ilə.
- Atam balası olma, adam balası ol.
- Atalar sözü - ağlın gözü.
- Atdan qorxan yerə baxar, quşdan qorxan - göyə.
- Avqustun hər dəmi, kəndçinin həmdəmi.
BRedaktə
- Bağa bülbül, adama ağıl yaraşar.
- Bala əziz, ədəbi ondan əziz.
- Balığın diriliyi su ilədir, adamın diriliyi - adam ilə.
- Başına qılınc da çalsalar, doğru danış.
- Bazardan qalsan - hər gün qalarsan, əkindən qalsan - bir il.
- Bəlaya düşmək istəmirsənsə, huşyar ol.
- Bilən - bildiyin işlər, bilməyən barmağın dişlər.
- Bilən - tapıb deyər, bilməyən - qapıb deyər.
- Biləyi güclü birini yıxar, biliyi güclü minini.
- Bir adam körpü qurar, min adam keçər.
- Bir edən - mədəd, iki edən - adət.
- Bir görən tanış, iki görən - biliş.
- Bir igidə yetmiş hünər də azdır.
- Bir il tut əkən ər, yüz il ipək "dərər".
- Birləşən - düzülər, birləşməyən - üzülər.
- Birləşən güc yenilməz.
- Böyük araba haradan keçsə, kiçik araba da oradan keçəcək.
- Bülbül gülşəni sevər, insan vətəni.
CRedaktə
- Cavan gəlsə – işə gələr, qoca gəlsə – aşa gələr.
- Cavanlıqda öyrənilən - daş yazısı, qocalıqda öyrənilən - qum yazısı.
ÇRedaktə
- Çox bilən az danışar.
DRedaktə
- Dağ başı dumansız olmaz, igid başı - qovğasız.
- Dağ başında qar olar, ər kişidə ar olar.
- Dağın ucalığı daş ilə, adamın ucalığı baş ilə.
- Daşdan da od çıxar.
- Dəstərxana göz tikəndən dost olmaz.
- Dəvə quraqlıqda gedər, amma bir də onu bataqlıqda gör.
- Dil kiçik də olsa, dünyanı bəzəyib - düzədi.
- Dindən də çıxsan, eldən çıxma.
- Doğru dil - daş yarar, əyri dil - baş yarar.
- Doğru sözün toxmağı var.
- Dost min də olsa, azdır; düşmən bir də olsa - çox.
- Dostsuz başım, duzsuz aşım.
- Dostun üçün zəhər ud.
- Dostundan ayrılan yeddi il ağlar, vətənindən ayrılan bütün ömrü boyu.
- Dostunu pisləyəndən qaç.
- Dövlət - başdadır.
- Düşmənə canını ver, sirrini vermə.
- Düşmənin böyüyü-kiçiyi olmaz.
- Düşmənin güləni - sirrini biləni.
- Düz danışıqdan əvvəlcə zərər də görsən, axırı fayda taparsan
ERedaktə
- El - elə qoşulsa - dövlət, eldən el getsə - möhnət.
- Elə qoşulanın - könlü tox, eldən ayrılanın - baxtı yox.
- Elm ilə hikmət suyu yandırar.
- Elm - qüvvətdə yox, qüvvət - elmdədir.
- Elmsiz bir yaşar, elmli - min.
- Eşidəndən - görən yaxşı, özü görüb-bilən yaxşı
- Evin dar olsa da, ürəyin gen olsun.
- Eybini gizləmək nadan işidir.
ƏRedaktə
- Ər igid el qəmində.
- Əyri adamın kölgəsi də əyri olar.
FRedaktə
- Faydasız sözü aytma, faydasız sözdən qayıtma. (Aytma - demə)
GRedaktə
- Gəlmək - ixtiyar ilə, getmək - işazə ilə.
- Gərəkli daş ağır olmaz.
- Gözə nur, torpağa su gərək.
- Gözün ağrıyır - əlini saxla, qarnın ağrıyır - ağzını.
- Günəş havanı isidər, dostluq - qəlbi.
- Günün yamanı gedər, adamın yamanı getməz.
HRedaktə
- Haqq söz- açıq söz.
- Halal iş - Ləzzətli yemiş.
- Hasilin kəm olsa, havadan görmə.
- Hərəkət, hərəkətdə - bərəkət.
- Hünər - ürəyin hüsnüdür.
- Hünər - zər, hünərsiz - xar.
- Hünəri yox kişinin, məzəsi yox işinin.
- Hünərli ər xar olmaz.
XRedaktə
İRedaktə
- İgid - sözündən dönməz, aslan - izindən.
- İgiddən yaxşı iş qalar, arifdən - yaxşı söz.
- İki bıçaq bir qına sığmaz, iki sevgi - bir könülə.
- İlan qovalasa yola, dəvə qovalasa yoxuşa qaç.
- İnsan könlü güldən zərif, daşdan bərkdir.
- İş iştaha açar, tənbəl işdən qaçar.
- İş səni yenməsin, sən işi yen.
- İşgörməzə iş buyursan, atandan artıq nəsihət eylər.
- İşi qovlasan iş çıxar.
- İtən bıçağın sapı qızıl.
JRedaktə
KRedaktə
- Kor toyuğa hər şey darıdır.
- Könlü açığın - əli açıq.
- Könül könüldən su içər.
QRedaktə
- Qabil oğul ata mindirər, naqabil - atdan endirər.
- Qeyrət dəmir zənciri üzər.
- Qəlbə - qarımaq yoxdur, sevgiyə - ölüm.
- Qəsd qılan - pəst olar. (Pəst - aşağı).
- Qızıl odda bilinər, adam zəhmətdə.
- Qızıl yerdə qalmaz, yaxşılıq yolda.
- Qonaq atadan hörmətlidir.
- Qorxaqın gözü yekə, axmaqın - sözü.
- Qorxan - qoşa görər.
- Qurd qurdu qoruyar.
- Quş balası da özünə yuva qurur.
LRedaktə
MRedaktə
NRedaktə
ORedaktə
- Od - köydürər, yer doydurar. (Köydürmək - yandırmaq)
- Oda düşən kül olar, Yerə düşən gül olar.
- Oğurluq aşın bədənə xeyri olmaz.
ÖRedaktə
- Özünü ər bilsən, özgəni şir bil.
PRedaktə
- Paxılın aşı bişməz, bişsə də ocaqdan düşməz.
- Paxılın bağı göyərməz.
- Pul tapınca - hesab tap.
RRedaktə
SRedaktə
- Səhhət diləsən - çox yemə, izzət diləsən - çox demə.
- Sirr saxlayana bəla yox, sirr saxlamayana - dəva yox.
- Sirr ucunu söz açar.
- Sözünü bilib danışsan, dilinin dürrü tökülməz.
- Su gedər - daş qalar, vəsmə gedər - qaş qalar.
- Su qədrini kənkan bilər. (Kənkan - quyu qazan)
- Su - zər, suçu - zərgər.
- Sualın cavabsız olmasın, dostun - etibarsız.
- Susuz həyat olmaz, zəhmətsiz rahatlıq.
- Süddən ağzı yanan, qatığı da üfləyib içər.
ŞRedaktə
- Şirin söz - şəkərdən şirin.
- Şirin yalandansa, acı həqiqət yaxşıdır.
TRedaktə
- Təbib - təbib deyil, dərd görən təbibdir.
- Tənbəlin işi bitməz, yaz gələr - qışı bitməz.
- Təzəni köhnə saxlar.
URedaktə
ÜRedaktə
- Ümidini üzmə, könlünü pozma.
- Ürəkdə varsa, biləkdə görünər.
VRedaktə
- Vaxtın getdi - nəqdin itdi.
- Var-dövlət tükənər, elm tükənməz.
- Vəfasızda həya yox, həyasızda vəfa yox.
- Vətən dinc - sən dinc.
YRedaktə
- Yaxşı igid yurd düzər, yaman igid yurd pozar.
- Yaxşı - qənd yedirər, yaman - pənd yedirər. (Pənd - nəsihət)
- Yaxşı olsa, aşını yeyərlər, yaman olsa – başını.
- Yaxşı yaxşının qədrini bilər.
- Yaxşılıq nur gətirər, yamanlıq - zülmət.
- Yaxşının sözü - qaymaq, yamanın sözü - toxmaq.
- Yağışın çoxu - yeri zay elər, sözün çoxu - əri zay elər.
- Yağmur ilə yer göyərər, dinclik ilə el göyərər.
- Yamana gün də qaradır, dün də. (Dün - gücə).
- Yamandan dağ qalar, yaxşıdan bağ qalar.
- Yamanın yaxşısı olunca, yaxşının yamanı ol.
- Yalançı gövhərini xarə qılar (Xarə qılar - daş elər).
- Yara istiykən ağrımaz.
- Yaz gələr - qışı bitməz.
- Yazı - zəhmət, qışı - rahət.
- Yer açanın bəxti açılar.
- Yer doymasa, el doymaz.
- Yer - xəzinə, su - qızıl.
- Yerindən ayrılan yeddi il ağlar, elindən ayrılan ölüncə ağlar.
- Yersiz qəzəb - özünə əzab.
- Yersiz qürur - bəla olur.
- Yersiz oyun - sındırar boyun.
ZRedaktə
- Zəhəri zəhər kəsər.
- Zəhmət bəxt gətirər.
- Zəhmət dost artırar, qeybət - düşmən.
- Zəhmətdən qorxma, minnətdən qorx.
- Zəhmətsiz tapılan aşdan, zəhmətlə tapılan daş yaxşıdır.
MənbəRedaktə
- Aforizmlər və hikmətli sözlər. Bakı,2005.