Özdəmir Asaf
Özdəmir Asaf (11 iyun 1923 - 28 yanvar 1981) - tanınmış Türk yazıçısı və şairi.
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
redaktə- Aclıq insanı öldürən, partiyaları yaşadan bir hadisədir.
- Adının üstünə xatirələr qoyma Sən məzar deyilsən. Xatirələr adının ardından gəlsin Sən divar deyilsən...
- Ağlamaq unutmaq qədər asandır inan... Sevin ağlaya bilirsənsə. Sevin ağlayırsansa... Gül ağlaya bilirəm deyə, Gül ağlayıram deyə Sənə bir şey edə bilmərəm Ağlaya bilmirsənsə!
- Ağızında yalan varkən danışma!
- Artıq mənim xoşbəxtlik deyilən bir anlayışım olmayacaq. Daha bədbəxt olmamaq üçün...
- Asandırmı bir anda hər şeydən imtina edib getmək, yoxsa hər şeyə baxmayaraq getməkdən imtina edib sevməkmi gərək?
- Azadlığı əlindən alınan uşağa böyük deyərlər.
B
redaktə- Baxarkən qıya bilməməkmi, Yoxsa baxdıqca doya bilməməkdirmi eşq?
- Bəzən dözməkdir sevmək; həyat hardan vursa vursun ayaqda dayana bilməkdir… Bəzən yaşamaqdır sevmək; nəfəssiz ciyər kimi sevgisiz ürəyin dayanacağını bilmək… Bəzən ağırdır sevmək; sevdiyinə layiq ola bilmək… Və bəzən həyatdır sevmək; birini çox uzaqdaykən belə, ürəyində daşıya bilmək…
- Bir gün məndə şikayət etdiyin nə varsa, Darıxacaqsan!
- Bir qadının alnı dodaqlarından daha qiymətlidir. Çünki dodaqlarından töküləcək olan "səni sevirəm" sözü, Əvvəldən alınına yazılmışdır...
- Bir sevgini anlamaq, bir həyat xərcləməkdir... Xərcləyəcəksən!
- Biraz sonra, sonra olacaq.
- Bir insan qatarı qaçırsa başqa bir qatar gələr onu götürər. Bir xalq qatarı qaçırsa başqa bir xalq gələr onu götürər.
- Bir sevgini anlamaq, bir həyat xərcləməkdir... Xərcləyəcəksən!
- Bir səni görsün istəyirsənsə gözüm, bir məni görməlidir gözün.
- Bir sözə min məna yüklədiyim zaman sənə səslənəcəyəm.
- Bu günə ən uzaq gün, dünəndir.
- Bu heyvan o qədər vəhşi ki.. Onun öhdəsindən ancaq insan gələ bilər.
- Bütün rənglər eyni sürətlə çirklənirdi, birinciliyi ağa verdilər.
D
redaktə- Damla özünü tamamlayınca damlar.
- Danışsam dilim yanar, sussam ürəyim.
- Deyilə bilmir çox şey, susmadan.
- Dost gerçəkləri.. Düşmən maraqlarına uyğun gələni.. Dəli ağızına gələni.. Aşiq içindən keçəni söyləyərmiş.
- Dünəniylə məşhur insanlar bu gün gün üzü görməzlər.
- Dürüst kobud ol, süni hörmətli olma.
E
redaktə- Eşq; iki adamın küçə döyüşünə bənzər, çünki ayıran həmişə bir başqasıdır.
- Eşq; görməkdən çox darıxmağı sevər, Toxunmaqdan çox arzulamağı.. Və eşq elə xaindir ki; Harada qeyri-mümkün varsa gedər onu sevər.
- Eşq gülməkdən çox ağlamanı, yaşamaqdan çox ölməyi istər. Və eşq elə xaindir ki, harada qeyri-mümkün varsa gedər onu sevər.
- Evlilik, iki nəfərlik təklikdir.
- Eyni gündə dörd mövsümə şahid olmaq kimi bir şeydir bu.Əvvəl darıxıram, sonra ağlayıram, axşamlar küsürəm, gecələr çox sevirəm.
Ə
redaktə- Əgər yalan idisə hər şey, buraxsaydın elə qalsaydı. Mənə son yalanın "məndə səni sevdim" olsaydı.
G
redaktə- Gecədirmi insanı kədərləndirən,
Yoxsa insandırmı kədərlənmək üçün gecəni gözləyən?
Gecədirmi səni mənə düşündürən,
Yoxsa mənəmmi səni düşünmək üçün gecəni gözləyən? - Gerçək dəyər; gəlməsi boşluq dolduran deyil getməsi boşluq yaradandır.
- Gələcəksə gözlənilən, gözləmək gözəldir. Darıxacaqsa darıxılan, darıxmaq gözəldir. Və sevəcəksə sevilən; O həyat hər şeyə əvəzdir.
- Gəlməyin bir yaxşılıqdır deyəcəkdim... qapını həmişə başqaları açdı.
- Gözyaşı tökmədən nə qədər ağladım mən..
- Göz yaşları ağrı-acının ümidsizliyə çevrilməsinə mane olar.
- Gözlə dedi getdi; Mən gözləmədim, o da gəlmədi. Ölüm kimi bir şey oldu amma kimsə ölmədi.
- "Gözlə" desəydin, gəlməyəcəyini bilsəm belə gözləyərdim..
- Güclü olmanın müxtəlif yolları vardır, dürüst olmanın bir tək.
H
redaktə- Halbuki nə çox ağladım mən bir damla yaş tökmədən..
- Hər insanın bir hekayəsi vardır, amma şeiri yoxdur.
- Hər kəs artıqlarıyla sevdi.. Oysa mən əskikləri ilə də sevdim.
- Hər qorxan qaçmaz. Amma hər qaçan, qorxaqdır.
- Hər sevən sevilənin boy aynasıdır. Sevmək sevilənin o aynaya baxmasıdır.
X
redaktə- Xatirə bağçalarında üşümək isti idi.
- Xoşbəxt edə bilməyəcəksənsə, məşğul da etməyəcəksən.
- Xoşbəxtliyin gözü kordur; yalnızlıq isə kar. Ona görədir biri büdrəyərək yeriyir, o biri yuxusunda da qışqırır.
İ
redaktə- İki variantın var; ya qal, ya getmə !
- İkiüzlünün dilində dad, ürəyində isə fəsad gizlidir.
- İnsanın böyüdükcəmi artır dərdləri ? Yoxsa insan, böyüdükcəmi anlayır gerçəkləri?
- İnsanın cismində əməliiyat aparmaq üçün onu yatızdırmaq lazım.. Ruhunda əməliyyat etmək üçün isə oyatmaq.
- İnsanlar böyüdükcəmi artır dərdləri, ya insan böyüdükcəmi anlayır dərdləri?
- İnsanmı pula bağlı, ya pulmu insana bağlı, bu tamamən insana bağlı.
- İnsansız ədalət olur... Ədalətsiz insan olarmı - olar.. olmaz olarmı ?! amma olmaz olsun !
K
redaktə- Keçmişi ilə məşhur olan insanlar bu gün gün işığı görmürlər.
- Kiçikkən heyvanlarla danışa bilsəm nə maraqlı olardı deyə düşünərdim.Məgər illərdir ünsiyyət qura bildiyim bir çox heyvan varmış.
- Kim bilir neçə sevgili ayrı yataqlarda, Bir-birinə sarılaraq yatır.
- Kimdən soruşsam, "Mən sənin xoşbəxtliyini istəyirəm" dedi. Nə qəsdiniz vardı xoşbəxtliyimə, anlamadım getdi..
Q
redaktə- Qaçdıqdan sonra başqa bir addım ata bilmirsinizsə; ora qaçma. Sənə yox, gözləyənə ayıb olar.
- Qaçmaq istədikcə sənə tutuluram. Söndürmək istədikcə sənə yanıram.. Məğlub oldum! Yenə səni sevirəm.
M
redaktə- Mən gülüşü üçün ölərkən, O ölümümə güldü.. Bax belə Fərqliydik..
- Mən ölsəydim, o bəlkə ağlayardı.. Amma o ağlasaydı; Mən ölərdim..
- Mənə toxunmayan ilan min il yaşasın. Bu ilan təbiətdəki ilandır, cəmiyyətdəki deyil. Səhv başa düşülür.
- Məni elə bir yalana inandır ki, ömrüm boyu sürsün doğruluğu..
- Mənim ən sevdiyim söz ,"sən"dən eşitdiyim "mən"dir.
- Mənim söyləmək üçün çırpındığım gecələrdə, siz yox idiniz.
- Mənimlə ömür keçərmi? dedim. Sənlə keçirməyə ömür yetərmi?" dedi. Bu mənə bir ömür bəs etdi.
N
redaktə- Nə pul istəyirəm nə də marka. Tək bir istədiyim var, o da yalansız bir qul.
- Nə vaxt qeyri-mümkünü sevsən, o zaman gerçək sevərsən.
- Nə zaman imkansızı sevərsən bax o zaman həqiqətən sevərsən.
- Nəyinə bağlandım ki bu qədər; mənə baxmayan gözlərinəmi, yoxsa mənim olmayan ürəyinəmi?
O
redaktə- "Off dodağım ağrıyır"-dediyimdə, "Öpüm də keçsin" -deyən sevgili. "Ürəyim ağrıyır" - dediyimdə çəkib getdi.
Ö
redaktə- Öz bağçasında budaq ola bilməyənin biri; gəlmiş bağçama mənə ağaclıq edir!
- Özünə gəl! Səni orada gözləyirəm.
S
redaktə- Sevilənin səhvi görünməz, sevilməyənin görünüşü səhvdir.
- Sən.. Bağışlayın, siz deməliydim.. Siz neçə üzlü idiniz? Mən səhvən hansınızı sevdim?
- Sən qalırdın, gedə gedə, Mən gedirdim, qala qala.
- Sən mənə baxma, mən sənin baxdığın yerdə olaram.
- Səni, sənsiz də sevə bilirəm..
- Səni tapmaqdan əvvəl axtarmaq istəyərəm.
Səni sevməkdən əvvəl anlamaq istəyərəm.
Səni bir həyat bitirmək deyil də,
Sənə həmişə yenidən başlamaq istəyərəm. - Sənin tərəfində olanların da, sənə qarşı olanların da heç bir dəyəri yoxdur; səni anlamadıqca.
- Sil ağızının kənarını, yenə gülüşündən cənnət axır...
- Söyləmək olmur çox şeyi, susmadan.
- Sus bə ürəyim! Mən də bilirəm darıxdığımı; Sus da bilməsin darıxıldığını.
T
redaktə- Tək şəxsiyyətdən idimi ki bu şəhər? Sən gedincə bomboş qaldı...
- Təklik çöldən gəlməz; insanın içindədir.
- Təklik paylaşılmaz, paylaşılsa təklik olmaz.
U
redaktə- Uşaqkən heyvanlarla danışa bilsəm nə maraqlı olar deyə düşünərdim, böyüdükcə anladım ki məgər illərdir nə qədər heyvanla danışırmışam.
Y
redaktə- Yalnızlıq paylaşılmaz, paylaşılsa yalnızlıq olmaz.
- Yanına qədər qaçdıqdan sonra, bir addım daha atmayacaqsansa əgər; oraya qədər əsla qaçma. Sənə deyil, gözləyənə yazıq olar.
- Yaşamaq üçün bir istiqamət axtarırdım, amma yox idi: müqavimət göstərmək üçün əlimdən gələni etdim.
- Yolun gələcəyini çəkdim, keçmiş kimi.
- Yuxunun içində bir yuxu, yuxumda bir gecə, gecədə mən... Bir yerə gedirə... Ağılımda sən...