İbn Havqəl (ərəb. ابن حوقل‎‎) — X əsr ərəb coğrafiyaşünas-səyyahı.



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Gəncə gözəl, bərəkətli, abad və cəmiyyəti çox olan şəhərdir. Onun əhalisi comərddir, bəyənilmiş və pak adətlərə yiyələnmişlər. Davranışları xoşdur. Qəribləri sevirlər. Alimləri dost tururlar.[1]
  • Qırmız Bab əl-Əbvabın hüdudlarından Tiflisədək bütün Arranda, Arras çayı yaxınlığından Curzan nahiyələrinədək hər yerdə vardır. Bu yer isə (Curzan) Azərbaycan hökmdarının idarəsi ilə dağlıq yerdədir. [2]
  • Tiflis Bab əl-Əbvabdan kiçik şəhərdir... Bu şəhər hər tərəfdən düşmən əhatəsində olan mühüm sərhəd yeridir. Tiveriadada olan hamamlardan burada da vardır. Onların suyu odsuz qaynayır. Şəhər Kür çayı üstündədir. ...Tiflis əhalisi xaricdən gələnlərə qarşı əminlik və xeyirxahlıq göstərirlər. Onlar təsadüfən buraya gəlib çıxan və azacıq düşüncə və biliyi olan hər kəsə dostcasına yanaşırlar. Onlar qədim nəzəriyyələrə (təlimlərə) əsasən sünnilik tərəfdarlarının fikirlərini müdafiə edirlər. Tiflislilər hədis haqqında elmlərlə çox məşğul olur və bu elm ilə məşğul olanlara hörmət edirlər. ...Arranda Bərdə, əl-Bab və Tiflisdən (başqa) böyük şəhərlər yoxdur. [3]

İstinadlar

redaktə
  1. www.ens.az (8 mart 2019). "Qədim Gəncə şəhəri dahilərin gözü ilə" (azərb.). Elnur Həsən. İstifadə tarixi: 2020-03-08.
  2. [1] Ərəb mənbələrində Arran şəhəri Tiflis.
  3. İbn Havqəl, Kitab əl-masalik va-l-mamalik, Leyden: E.J.Brill. 1872, 109-110; Vəlixanlı, IX-XII əsr ərəb coğrafiyaşünas – səyyahları, 102-126