İbn Teymiyyə - kürd əsilli sünni alim, mütəfəkkir.
Allahı yuxuda görənlər onu müxtəlif formalarda görürlər. Bu yuxuda görən şəxsin necə insan olmasından asılıdır: əgər əməlisaleh insandırsa, deməli Allahı da gözəl surətdə görəcəkdir (!) Elə buna görə də Peyğəmbər (s) Allahı ən gözəl surətdə görmüşdür.[1]
Bu dəlilə görə, Hudeybiyyə sülhündə, Allah Rəsulu (s) vəfat etdiyində, Ömərin Həkim bin Hizam ilə Furqan surəsi haqqında mübahisəsində şeytan öz sözünü mühəddəs olan (mələklərlə danışan) Ömərin dili ilə dedi. Lakin Nubuvvətin nuru onu aradan apardı.[2]
Naməhrəm ilə xəlvətdə olmaq haramdır, hətta o, qadına meyl sala bilən yaxud qadının meyl sala biləcəyi heyvan, məsələn meymun olsa belə.[3]
Peyğəmbər (s) sünnəsi toplanıb yazılmamışdı. Bəzi səhabələr, məsələn, Abdullah ibn Əmr ibn As hələ Peyğəmbərin (s) sağlığında bu işi başlamışdılar. Həzrət, yazılacaq sünnə ilə Quran arasında heç bir ziddiyyətin olmayacağından əmin olduqdan sonra özü Abdullaha icazə vermişdi. Amma Əbdullah və başqalarınn yazdıqları müzakirə olunmağa başlandı. Abdullah bir yazar kimi təqdim olunmadı ki, yazdıqlarını camaata oxusun. Heç Ömər də bu işi davam etdirməyi ona icazə vermədi, beləcə Abdullahın yazdıqları yayılmamış qaldı.[4]
Səhih əl-Buxaridə sabit olmuşdur ki: «Сahiliyyə dövründə Əba İmran bir meymunun (qadın cinsinə mənsub) başqa bir meymunla zina etdiyini görüb. Sonra meymunlar onun ətrafında toplaşıb və rəcm (daş-qalaq) ediblər.» Müasir dövrümüzdəki insanlar meymunlardan başqa heyvanlar, hətta quşlar tərəfindən də bu hadisənin eynisinin edildiyinin şahidi olublar.[5]