İosif Aleksandroviç Brodski

İosif Aleksandroviç Brodski — Rus şairi, Nobel mükafatı laureatı.

İosif Aleksandroviç Brodski
Doğum tarixi 24 may 1940
Doğum yeri Sankt-Peterburq
Vəfat tarixi 28 yanvar 1996
Vəfat yeri Bruklin
Dəfn yeri San-Mikel qəbiristanlığı
Vikipediya məqaləsi



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Ancaq mən bura hansısa konkret bir dinin, ya da fəlsəfənin faydalarını göylərə qaldırmaq üçün gəlməmişəm. Üstəlik, çoxları kimi mən də müasir təhsil sistemini, yaxud onun qurbanları olan sizləri tənqid eləmək fürsətindən zövq almıram.
  • Bir insan digərindən daha yaxşı olduğunu düşünməyə başlayanda pislik kök salır.
  • Birincisi, mən sizi qurban kimi görmürəm. İkincisi, müəyyən sahələrdə sizin bilgiləriniz, mənim, ya da mənim nəslimin istənilən nümayəndəsinin bildiklərindən qat-qat çoxdur.
  • Çox güman ki, sizin üçün yekun nəticələr haqqında düşünmək hələ tezdir və çox güman ki, indi siz uğur qazanmaq, yaxşı çevrəyə sahib olmaq haqqında düşünürsünüz. Odur ki, həmin ehkamlarla, günahların siyahısı ilə tanış olmağınız məsləhətdir.
  • Düşünürəm ki, dilinizin dəqiqliyinə diqqət yetirmək lazımdır. Lüğətinizi genişləndirməyə çalışın, onunla bank hesabınızla necə rəftar eləyirsinizsə, elə davranın. Burada məqsəd sizə özünüzü mümkün qədər dolğun və dəqiq ifadə eləmək imkanı verməkdir, sizin müvazinətinizi qorumaqdır.
  • Ədəbi zövqünüzü inkişaf etdirmək üçün şeir oxumalısınız.
  • Fərqlənməməyə, təvazökar olmağa çalışın. Başqasının sahib olduğu bir şeyi arzulamaq, istəmək öz unikallığını itirmək deməkdir. Nəzərə alsaq ki, həyatda bircə dəfə yaşayırsınız. Nəzərə alın ki, özünü fərqli hesab eləmək də sizin unikallığınıza xələl gətirir.
  • Həyat – çoxlu qaydaları olan, lakin hakimsiz bir oyundur. Biz daha çox müşahidə edərək bu oyunu oynamağı öyrənə bilərik, nəinki hansısa kitabı, məsələn, İncili oxuyaraq. Buna görə çoxlarının vicdanla oynamamağı, çoxları qalib gəlməyi, çoxları da uduzmağı təəccüblü deyil.
  • Həyat — əslində olduğu kimi — yaxşı ilə pis arasında deyil, pis və daha pis arasında bir döyüşdür.
  • Göz orqanlarımız arasında ən avtonom olanıdır. Çünki onun diqqətini çəkən obyektlər qaçılmaz olaraq kənarda tapılır. Göz güzgüdən başqa heç vaxt özünü görmür. Göz reallığı qeyd etmək üçün heç bir aşkar səbəb olmadığı halda və bütün şəraitlərdə belə qeyd etməyə davam edir. Bu, gözün ümumiyyətlə sənətə, xüsusən də Venesiya sənətinə olan meylini izah edir. Bu, gözün gözəlliyə olan iştahını və gözəlliyin mövcudluğunu izah edir. Çünki gözəllik rahatlıqdır, gözəllik zərərsiz olduğu üçün təhlükəsizdir.
  • Hava, torpaq, su və oddan başqa, pul insanın ən çox hesablaşdığı beşinci təbii qüvvədir.
  • Hər halda, ümumilikdə incəsənətin, onun daxilindəki ədəbiyyatın cəmiyyətdəki azlığın mülkü (imtiyazı) olması vəziyyətini qeyri-sağlam və təhdidedici görürəm. Mən dövləti kitabxana ilə əvəz etməyə çağırış etmirəm — baxmayaraq ki, bu fikrə tez-tez şirnikləndirilmişəm — amma şübhə etmirəm ki, əgər bizim ustadlarımız oxucu təcrübəsinə əsasən seçilsəydi, yer üzündə daha az kədər olardı. Düşünürəm ki, taleyimizin potensial sahibindən ilk növbədə onun xarici siyasətin istiqamətini necə təsəvvür etdiyi yox, Stendal, Dikkens, Dostoyevski haqqında nə düşündüyü soruşulmalıdır.
  • Həyat əslində olduğu kimi yaxşı ilə şər arasında deyil, pislə daha pis arasında mübarizədir!
  • İstənilən halda əgər bura Miçiqan universiteti, mənim tanıdığım Miçiqan ştatının Ann-Arbor şəhəridisə, onda əminliklə demək olar ki, siz – bu universitetin məzunları — Müqəddəs kitabla daha az tanışsınız, nəinki on altı il əvvəl mən bu meydana ilk dəfə ayaq basmağa cəsarət eləyəndə o tribunada oturanlar.
  • Nə qədər ki, rus dili kimi bir dil var, şeir qaçılmazdır.
  • Özünüzü qurban kimi qələmə verməkdən hər vəchlə çəkinin. Bədən üzvlərinizin arasında ən çox işarət barmağınıza qarşı sayıq olun, o barmaq ittiham eləmək istəyi ilə alışıb-yanır. İşarət barmağı qurbanın əlamətidir – "Victoria" işarəsi şəklində qaldırılan orta və işarət barmağının əksinə olaraq irəli tuşlanmış işarət barmağı təslimçiliyin sinonimidir. Vəziyyətiniz nə qədər dözülməz olur-olsun, bunda kənar gücləri — tarixi, dövləti, müdiriyyəti, irqinizi, valideynlərinizi və sairəni — günahlandırmayın. Günahı nəyinsə, ya da kiminsə üzərinə atdığınız an siz nəyisə dəyişmək üçün sahib olduğunuz qətiyyəti yox eləyirsiniz. Böyük-böyük ölkələr, qitələr qurban şüurunun doğurduğu mental endirimlərin kölgəsində nazlanır. Məğlubiyyətiniz nə qədər aşkar, nə qədər təkzibedilməz olur-olsun, nə qədər ki ağlınız yerindədir, nə qədər ki dodaqlarınız "yox" sözünü deyə bilir, o məğlubiyyəti inkar eləyin. Ümumiyyətlə, həyata təkcə gözəlliklərinə yox, həm də çətinliklərinə görə hörmət eləməyə çalışın. Hər dəfə çarəsiz qalanda, ya da ümidsizliyin son həddinə çatanda, çətinliyə düşəndə, ya da başınıza xoşagəlməz bir iş gələndə unutmayın: bu – həyatdır və o, sizinlə bildiyi yeganə dildə danışır. Yadda saxlamağa çalışın ki, insan ləyaqəti – dəyişkən yox, absalyut tanlayışdır; o, xüsusi xahişlərlə paralel mövcud ola bilməz, onun kökündə aydın görünənlərin inkarı dayanır. Düşünün ki, özünüzü qurban hesab eləməklə siz yalnız məsuliyyətsizlik vakuumunu böyüdürsünüz. Demaqoqlar və iblislərinsə o vakuumu doldurmaqdan ötrü ürəkləri gedir, zira mələklər iflic olmuş iradəni sevmirlər.
  • Payız gəlir və mən hər şeyi başqa cür görəcəyəm.
  • Poeziya "ən yaxşı sözlərin ən yaxşı düzümü" deyil, poeziya dilin ali mövcudluq formasıdır.[1]
  • Sevginin əvəzi varsa, o yaddaşdır. Yaddaş yaxınlığı canlandırır.
  • Sənət əsəri, xüsusən ədəbiyyat və şeir insan gözünə xitab edir, onunla birbaşa və dərhal əlaqəyə girir. Buna görə hakim kütlələrin ictimai rifah qəhrəmanları və ümumiyyətlə, tarixi ehtiyacların təbliğçiləri sənəti, xüsusən də ədəbiyyatı və şeiri xoş qarşılamırlar. Çünki şeirin meydana gəldiyi yerdə, gözlənilən anlaşma və birlik əvəzinə laqeydlik və fikir ayrılığı görürlər.
  • Siyasətçilərə çox güvənməyin. Bu və ya digər siyasi partiyaya, doktrinaya, sistemə, ya da onların layihələrinə bel bağlamayın. Onlar, ən yaxşı halda, sosial şəri azalda bilərlər, amma kökünü kəsməyə qadir deyillər. Müsbətə doğru dəyişikliklər nə qədər əsaslı olur-olsun, o müsbət dəyişikliklərdən xeyir görməyənlər hər zaman tapılacaq. Dünya mükəmməl deyil; Qızıl əsr heç vaxt olmayıb və olmayacaq. Dünyanı müstəqil idarə eləməlisiniz, ən azından, sizin ixtiyarınızda olan, əliniz çatan hissəsini.
  • Sizi bədbəxt eləmək istəyənlərə fikir verməməyə çalışın. Elələri çox olacaq – istər rəsmi vəzifədə olun, istər öz işinizi qurun. Əgər onlardan xilas ola bilmirsinizsə, dözün. Ancaq elə ki xilas oldunuz, dərhal onların varlıqlarını unudun. Ilk növbədə çalışın ki, onlardan gördüyünüz ədalətsiz münasibət haqqında əhvalatlar danışmayasınız; dinləyiciləriniz nə qədər canıyanan olur-olsun, buna yol verməyin. Bu tip nağıllar rəqiblərinizin mövcudluğunu daha da uzadır: çox güman ki, onlar sizin danışmağa meyilli olmağınıza, təcrübənizi başqaları ilə bölüşəcəyinizə ümid eləyirlər. Özü özlüyündə heç bir individuum ədalətsizliyi (hətta bəlkə ədaləti də) təcrübədən keçirməyə dəymir. Belə yanaşma, çəkdiyiniz səyləri qətiyyən doğrultmaycaq: burada yalnız əks-sədanın dəyəri var. Bu, istənilən zülmkarın əsas prinsipidir – o zülmkar istəyir dövlət tərəfindən maliyyələşsin, istəyir öz "mən"ini rəhbər tutsun. Buna görə də o əks-sədanı susdurun, səslənməsinə imkan verməyin. Hadisə nə qədər xoşagəlməz, ya da əhəmiyyətli olur-olsun, həyatınızda, baş verməsinə sərf olunan vaxtdan artıq yer tutmasına şərait yatarmayın. Düşmənlərinizin, sizi sevməyənlərin əməllərinin vaciblik dərəcəsi göstərdiyiniz reaksiyadan asılıdır. Odur ki, onlarln yanından, ya da ortasından elə keçin, sanki onlar qırmızı yox, sarı işıqdırlar. Onlar haqqında nə fikirləşin, nə də danışın; Onları unutduğunuza, ya da bağışladığınıza görə fəxr eləməyin- ən pis halda ilk işiniz unutmaq olsun. Beləcə beyin hüceyrələrinizi lazımsız həyəcandan xilas eləyəcəksiniz; hətta bəlkə o axmaqları da özlərindən xilas elədiniz, zira unudulmaq perspektivi bağışlanmaq perspektivindən daha qısadır.
  • Şair dilin varlıq vasitəsidir.
  • Tarix həmişə dünəndir, ədəbiyyat həmişə sabahdır.
  • Valideynlərinizə qarşı mehriban olmağa çalışın. Çalışın, onlara qarşı çıxmayın, çox güman ki, onlar sizdən əvvəl öləcəklər. Odur ki, özünüzü ən azı, günah hissindən xilas eləyə bilərsiniz. Əgər üsyan eləməyə ehtiyacınız varsa, onlar qədər həssas olmayanlara qarşı üsyan eləyin. Valideynlər – həddindən artıq yaxında olan hədəfdirlər; məsafə elə yaxındır ki, hədəfdən yayına bilməyəcəksiniz. Çox güman ki, valideynləriniz sahib olduqları hər şeyi sizə miras qoyacaqlar. Başqa sözlərlə, üsyan – son dərəcə effektiv pul yığmaq üsuludur. Hərçənd faizi gəlirli deyil. Hətta deyərdim ki, müflisliyə aparıb çıxarda bilər.
  • Yaşamağın üsulu sadədir: ancaq gərək həmişə yadında saxlayasan ki, səndən də yaxşı adamlar var. Bu, yaşamağı çox asanlaşdırır.

İstinadlar

redaktə
  1. Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014. səh. 411