İsmayıl Həkimoğlu
Hekimoğlu İsmail (d. 1932, Ərzincan — ö. 15 yanvar 2022, İstanbul) — türk yazıçı, jurnalist.
İsmayıl Həkimoğlu | |||
Doğum tarixi | 1932 | ||
Doğum yeri | Ərzincan | ||
Vəfat tarixi | 15 yanvar 2022 | ||
|
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
redaktə- Allaha qul olmamağın cəzası əsir və ən sadə şeylərə bağlı olmaqdır.
- Allahı sevməyin əlaməti bacardıqca haramdan çəkinib halal etməyə çalışmaqdır.
B
redaktə- Bəzi bəlalar bibər kimidir, isti, amma qidalandırıcıdır.
C
redaktə- Cəhənnəmə aparan yol o qədər bəzədilib ki, aldanmamaq çətindir.
Ə
redaktə- Əxlaqı ilə geridə qalan insan ibadətini irəli apara bilməz.
- Ən böyük döyüşünüz özünüzlə olsun.
H
redaktə- Hər pis vərdiş bir qandaldır.
X
redaktə- Xurma kimi şirin, bibər kimi acı, gündüz kimi parlaq, gecə kimi qaranlıq insanlar var.
İ
redaktə- İnsan həvəslidir; o istəyir. Amma dönüb Qurana baxmalıdır; Allah nə istəyir?
- İnsanın içində tünd buludlar süzülürsə, göyün mavi olması heç nə demək deyil.
M
redaktə- Maşın xarab oldu deyə atılmır, təmirlidir. Günahlar da belədir. "Mən çoxlu günah işlətmişəm. 'Mənim kimi adam yoxdur". Bunu demək ən böyük səhvdir. Tövbə qapısı hər an hər kəsin üzünə açıqdır.
- Məktəb açan həbsxananı bağlayır.
- Mən ömrüm boyu bunun şahidi olmuşam; Haramların qulu olan insan istəsə də ibadət edə bilməz.
- Millət deyilən kitab fərd hərfləri ilə yazılmalıdır.[1]
O
redaktə- Olmayanı inkar etmək olmaz. Əgər belədirsə, hətta təkzib də sübutdur!
S
redaktə- Sevgi sözdə olmur. Bu, mütləq təcrübə tələb edir. Deməli, mən Allahı Ona itaət etdiyim qədər sevirəm.
Ş
redaktə- Şüurlu müsəlman başqalarından şikayət etməyi bir kənara qoyub, düzgün davranar. Beləliklə, o, qaranlıq gecə üçün bir şam yandırır.
T
redaktə- Telləri qıran mənfi sözlər dinamit kimidir. Bir dəfə könül sarayı viran olsa, o xarabalıqdan heç nə olmaz.
U
redaktə- Uşaq qulağı ilə deyil, gözü ilə tərbiyə olunur. O, eşitdiyini deyil, gördüyünü tətbiq edir.
Ü
redaktə- Ürəyi işlədən Allah qəlbdə nələr olduğunu bilmirmi?
- Üstün olmaq istəyən insan elmə, sənətə, əxlaqa önəm verir.
Z
redaktə- Zamanın qədrini bilməyən zamanla dəyərsizləşir.
İstinadlar
redaktə- ↑ Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014. səh.315.