Xoş gəlmisiniz, Azeri Warrior!

Salam, Azeri Warrior, tamamilə könüllü istifadəçilərin səyləri ilə 88 dildə yaradılan Wikiquote layihələrinin Azərbaycan dilindəki versiyası -Vikisitata xoş gəlmisiniz!

Fəaliyyətə başlamazdan əvvəl aşağıdakı qaydalarla tanış olmağınız tövsiyə olunur:

  • Mövcud məqalələri redaktə etmək və ya yeni məqalə yaratmaq üçün tərəddüd etmə, cəsur ol, Vikisitat hər kəs üçün azad məkandır.
  • Vikisitat yazı üslubu sadədir. Bir neçə cümləlik məqalələr yaratmaqdan çəkinməyin. Vikisitata aforizmlər, qanadlı ifadələr, məşhur adamların söylədikləri yazılır.
  • Suallarınıza kömək səhifələrində cavab axtara bilərsiniz. Orada cavab tapmasanız müvafiq müzakirə səhifələrində soruşun.
  • Başqa istifadəçilərdən kömək istəməkdən çəkinməyin, onların müzakirə səhifələrini redaktə edərək suallarınızı əlavə edin.
  • Əsas səhifələr və bunlara köməkçi səhifələrdə (məqalələr, kateqoriyalar, şablonlar v.s.) imzanızı və adınızı yazmayın. Əksinə, müzakirə, səsvermə, sual cavab və s. formasında olan yazılarınızın sonuna ~~~~ (4 tilda) işarəsini əlavə edərək və ya imzanızı atmağı unutmayın.
  • Yaratmaq istədiyiniz məqalənin adını aşağıdakı xanaya daxil edin və "Məqalə yarat" düyməsini basın.

--Vugar 1981 14:43, 17 fevral 2011 (UTC)Cavabla

Xəbərdarlıq redaktə

Sizi saxta seçkilər keçirməkdən vaz keçməyə dəvət edirəm. Əgər Vikisitatda bu istiqamətdə fəaliyyətinizi davam etdirsəniz, növbəti xəbərdarlıq edilmədən bloklanacaqsınız. --Cekli829 10:33, 2 iyun 2011 (UTC)Cavabla

hansı saxta seçkilər? deyəsən sonuncu variantdır hə? --Azeri Warrior 10:41, 2 iyun 2011 (UTC)Cavabla

Səs verdiyiniz seçkinin başlanması ilə bağlı idarəçilərin heç bir razılığı olmamışdır. --Cekli829 11:07, 2 iyun 2011 (UTC)Cavabla

o yeni qanunu siz nə vaxt fikirləşmisiniz? --Azeri Warrior 11:13, 4 iyun 2011 (UTC)Cavabla

Qanunun olmaması etik normaları pozaraq, özbaşnalıq etməyə haqq qazandırmır. De-fakto və de-yure Vikisitatın 2 idarəçisi var. Özbaşına səsvermənin keçirilməsi həmin idarəçilərə hörmətsizlikdir. --Cekli829 11:32, 4 iyun 2011 (UTC)Cavabla

onda siz və sortilegus idarəçiliyə namizəd olanda oda saxta idi özbaşnalıq idi axı idarəçilər yox idi. Nə isə sizə "sərf" etmirsə qanun çıxarıb özünüzə haqq qazandırmayın --Azeri Warrior 12:57, 4 iyun 2011 (UTC)Cavabla