Şahbulaq qalası
Ağdam rayonunda qala
Şahbulaq qalası - Qarabağ xanlığının banisi Pənahəli xanın göstərişi ilə tikilmiş qala.
Şahbulaq qalası haqqında sitatlar
redaktəB
redaktə- Bundan sonra Pənah xan düşündü ki, mən təzə binə bir adamam, Cavanşir və Otuziki elatı, Xəmsə məliklikləri mənə düşməndir. Mən gərək möhkəm bir yerdə məskən və mənzil salam. Düşməni dəf etməkdən kahallıq və fəsad əhli ilə mübarizədə səhlənkarlıq etməyəm. Buna görə Bayat şəhərini dağıtdı və gəlib bir təpənin ətəyində Şah bulağı adı ilə məşhur olan bir qala bina etdi. [1][2][3]
- Azərbaycan tarixçisi Mirzə Adıgözəl bəy "Qarabağnamə" əsəri.
P
redaktə- Pənah xan, Xaçın əhalisinin fitnə-fəsadından xatircəm və asudə olub, onlara ayrıca məliklər təyin və hamısını özünə tabe etdikdən sonra Şahbulaq adlanan Tərnəküt qalasını tikdirməyi lazım bildi. Ona görə də Bayat qalasını buraxıb, Şahbulaqda bir təpənin üstündə, böyük bir bulağın yanında qala tikdirdi. Bu qalanın ətrafına, uca bir yerdə, geniş hasar çəkdirdi. Bazar, meydan, hamam və məscid tikdirib, hicri 1165 (1751/52)-ci ildə bütün ellərin ailəsini və böyüklərin evlərini, sənətkarlan, özünün yaxın adamlarını və qulluqçularını Şahbulaq qalasında yerləşdirdi.[4]
- Azərbaycan tarixçisi Rzaqulu bəy Mirzə Camal oğlu. “Pənah xan və İbrahimxəlil xanın Qarabağda hakimiyyətləri və o zamanın hadisələri”.
- Pənah xanın göstərişi ilə daşdan Şahbulaq qalası, bulaq yanında məscid, hamam, şəhər binaları və bazar inşa edilmişdir. İnşaat işləri 1751-1752-ci illərdə (hicri 1165-ci il) tamamlanmışdır. Yeni qalaya köçən və mövqelərini möhkəmləndirən xan, əvvəlki qərargahını dağıtmağa göstəriş verir.[5]
- Azərbaycan tarixçisi Mirzə Camal Cavanşir."Qarabağ tarixi"
Ş
redaktə- Şahbulaq qalasının müdafiə planı güclü hazırlansa da, Şuşa qalasının müdafiə planı çox güclü hazırlanmışdı. Bu və digər səbəblərdən paytaxt Şuşa edilmişdi. Şahbulaq qalasında hər üç tərəfi ordu baxımından gücləndirilmişdi. Çünki Pənah xan əlçatmaz, əlverişli, gücləndirilmiş mərkəz istəyirdi.[6]
- Rus zabiti, general-leytenant, hərbi yazıçı Vasili Potto.
- Şahbulaq qalası İran vəliəhdi Abbas Mirzənin yürüşündən sonra yararsız vəziyyətə düşmüşdür. Bu vəziyyətdə olmasına baxmayaraq qala tipli qəsrdə yenidən tikinti işləri başlamışdır. Qalanın müdafiə məqsədli planı yaxşı hazırlanmışdır. Həmçinin qalanın coğrafiya mövqeyi əlçatmaz və memarlıq strukturu da yaxşıdır.[7]
- Rus zabiti, general-leytenant, hərbi yazıçı Vasili Potto.
İstinadlar
redaktə- ↑ Mustafazadə Tofiq. Qarabağ xanlığı. Bakı.2009
- ↑ Авалов, Элтуран В. Архитектура города Шуши и проблемы сохранения его исторического облика. Баку: "Элм".
- ↑ [1]Hüsеynоv Yunis Rza оğlu. «Qarabağnamələr» Azərbaycan tarixini öyrənmək üçün mənbə kimi. Bakı, Еlm, 2007.
- ↑ Qarabağnamələr. II kitab.B.2006.
- ↑ Авалов, Элтуран В. Архитектура города Шуши и проблемы сохранения его исторического облика. Баку: "Элм".
- ↑ Исмайылов, Фаиг. Принудительная арменизация. Баку: "Элм".2009
- ↑ Исмайылов, Фаиг. Принудительная арменизация. Баку: "Элм".2009