Şarl de Qoll
Fransız Milli Qəhrəmanı
Şarl de Qoll (fr. Charles André Joseph Marie de Gaulle; 1890–1970) — fransız generalı və siyasətçisi.
Şarl de Qoll | |||
Doğum tarixi | 22 noyabr 1890 | ||
Doğum yeri | Lill | ||
Vəfat tarixi | 9 noyabr 1970 | ||
Vəfat yeri | Colombey-les-Deux-Églises | ||
Dəfn yeri | Şarl de Qollun qəbri | ||
|
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
redaktə- Adətən, mən haqlı olanda hirslənirəm. Çörçill isə haqlı olmayanda hirslənir. Nəticədə biz biri-birimizə tez-tez hirslənirdik.
- "Amma" ilə hökm edə bilməzsən.
- Atom bombası olmayan ölkənin özünü müstəqil hesab etməyə əsası yoxdur.
- Az da olsa mənim özüm də qollist oldum.
- Azadlıq dərk olunmuş həqiqətdir. İnsan üçün, xalq üçün həqiqəti dərk etməkdən böyük sərvət, müstəqillik və azadlıq ola bilməz.
B
redaktə- Bir yığın jurnalistlə görüşmək ləzzət, az bir miqdarı ilə görüşmək kiçik bir xoşagəlməzlik, biri ilə görüşmək isə işgəncədir.
- Böyük insanlar olmadan böyük işlər görmək mümkün deyil. Böyük insanlar isə qətiyyətli olduqlarına görə böyükdürlər.
- Bütün fransızlar qollist olublar, qollistdirlər və qollist olacaqlar.
C
redaktə- Cənab jurnalistlər, xoşbəxtlikdən, nə düşündüyümü bilmək üçün sizin qəzetlərinizi oxuyuram.
Ç
redaktə- Çətin anlarda iradəli insan yalnız özünə güvənir. O özünün düzgün hesab etdiyi tərzdə hərəkət edir və məsuliyyəti öz boynuna götürür.
D
redaktə- Diplomatlar yalnız yaxşı havada faydalıdırlar. Yağış yağan kimi kiçicik bir yağış damlasında boğulurlar.
- Dövlət xadimi üçün ən vacib şey, vacib olmayan şeyləri vacib hesab etməməsidir.
Ə
redaktə- Əgər doğrugan da, müharibə ağılsızlıqdırsa, torpaqların düşmən tapdağı altında qalması və məğlubiyyətin etirafı bundan da betərdir.
F
redaktə- Fransa döyüşü uduzdu, amma müharibəni yox.
- Fransanın nə fikirləşdiyini bilmək istəyəndə özüm-özümdən soruşurdum.
G
redaktə- Gənc yaşlarımdan Fransanın böyük sınaqlardan keçəcəyinə, həyatımın mənasının ona nə vaxtsa xidmət etməkdən ibarət və bunun üçün imkanlarımın olacağına əmin idim.
- Güclünün böyüklüyü, zəifin sığınacağı olan susmaq qədər nüfuzu qaldıran başqa heç nə ola bilməz.
H
redaktə- Həmişə ən çətin yolu seçin — bu yolda rəqiblərlə qarşılaşmayacaqsınız.
- Hər bir işdə olduğu kimi, ədəbiyyatda da istedad məsuliyyət rəmzidir.
- Hökumət təklif yox, sərəncam verməlidir.
İ
redaktə- İdarə etmək, deməli pis qərarlar içindən daima seçmək deməkdir.
- 246-dan çox fərqli pendir növü olan bir ölkədə tək partiyalı sistemin işləməsini necə gözləmək olar?
- İnsanların dostları ola bilər, dövlət xadimlərinin isə yox.
Q
redaktə- Qələbə, möhtəşəm plan quranın yox, az səhv edənin olur.
- Qocalıq gəmi qəzasıdır.
L
redaktə- "Lakin" sözünün köməyi ilə idarə etmək mümkün deyil.
M
redaktə- Məhz Atlantikadan Urala qədər bütün Avropa dünyanın taleyini müəyyən edir!
- Mən Fransa dövlətinin və Fransa xalqının mənafeyini bütün qanunlardan üstün tuturam.
- Mən Fransanın əzəməti, böyüklüyü deyəndə onun müstəqil, asılı olmayan siyasət yeridə bilməsini nəzərdə tuturam.
- Mən yalnız mənimlə mübarizə aparanlara hörmət edirəm, amma onlara dözmək fikrində deyiləm.
- Mənə müqavimət göstərənlərə hörmət edirəm, amma onlara dözə bilmirəm.
- Məni Fransanın şöhrəti maraqlandırır, bu şarlatan fransızlar yox.
N
redaktə- Nazir qəzetlərdən şikayət etməməli, hətta oxumamalı, onları yazmalıdır.
O
redaktə- O xalq ki, öz azadlığı və müstəqilliyi uğrunda mübarizə aparmaq üçün poetik nitqlər, şüarlar söyləməklə kifayətlənir, onun uğrunda şəhid olmağa qüdrəti çatmır, o xalq haqlı olaraq kölə olmağa məhkumdur.[1]
- On dini hökm yalnız ona görə yığcam, aydın və anlaşılandır ki, məsləhətçilərin və ekspertlərin köməyi olmadan yazılmışdır.
- Ordulara olduğu kimi, xalqlara da yaxşı rəhbər lazımdır. Bu olarsa, qalan məsələlər düzələr.
R
redaktə- Rəhbərlik etmək istəyənin ümumi mədəni səviyyəsi olmalıdır. Beləcə, Makedoniyalı İsgəndərin bütün qələbələrinin özülündə Aristoteli tapırıq.
S
redaktə- Səyahət edərkən ən çox sevdiyim şey ibadətə qulaq asmaqdır. Kilsə yeganə yerdir ki, kimsə səninlə danışır, sən isə cavab verməyə məcbur deyilsən.
- Siyasət, onu siyasətçilərə etibar etmək üçün həddindən artıq vacib bir şeydir.
- Siyasətçi ağa olmaq üçün xidmətçi roluna girir.
- Siyasətçi dediyi sözlərə o dərəcədə inanmır ki, başqalarının onu başa düşməsinə həmişə təəccüblənir.
- Siyasətdə bəzən öz ölkəni və seçicilərini satmaq lazım gəlir. Mən üstünlüyü ikinciyə verirəm.
- Siyasətdə ya öz ölkənə, ya da seçicilərinə xəyanət etmək lazım gəlir. Mən ikincini üstün tuturam.
- Susmaq güclülərin gücü, zəiflərin sığınacağıdır.
- Susmaq- hakimiyyətin mütləq silahıdır.
Ş
redaktə- Sizin nöqteyi- nəzərlərinizi dinlədim. Onlar mənim nöqteyi nəzərimlə üst-üstə düşmür. Qərar yekdilliklə qəbul edilir.
- Şöhrəti yalnız onu daima arzulayanlar qazanır.
T
redaktə- Tez hərəkət etmək və uyğunlaşa bilmək lazımdır – başqa cür istənilən strategiya faydasızdır.
Ü
redaktə- Üç yol məhvə aparır: qumar oyunları-ən qısası, qadınlar- ən xoşu və mütəxəssis məsləhətinin ardınca getmək-ən etibarlısı.
Mənbə
redaktə- Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014
Xarici keçidlər
redaktəİstinadlar
redaktə- ↑ Mehman Kərimov. Müdrikliyə, ədalətə, uğura 40 çağırış. Bakı, 2017.səh.194