Şirvanşah (titul)
Şirvanşah (fars. شروانشاه) – Şirvanşahlar dövlətinin hökmdarlarının daşıdığı rəsmi dövlət titulu. Mənbələrdə Şirvan hökmdarlarına şahlığın Sasanilərin hakimiyyəti zamanı verilməsi qeyd olunmuşdur.[1]
Haqqında sitatlar
redaktəƏ
redaktə- Ənuşirəvanın Bərdə ölkəsində islam torpaqları ilə həmsərhəd olan bu yerlərə təyin etdiyi hökmdarlardan biri Şirvan adlanırdı. Onun məmləkətinə isə adına uyğun olaraq Şirvanşah deyilirdi. Ümumiyyətlə, bu ölkəni idarə edən hər bir hökmdar Şirvan adlanırdı. [2]
- əl-Məsudi, X əsr ərəb tarixçisi
K
redaktə- Kəsra (Nuşirəvan) Xəzər dənizindən dağlara qədər Bab əl-Əbvab adlandırılan 20 fərsəng uzunluğunda Dərbənd səddini tikdirdi və hər yerdə bir sərkərdə təyin edərək, onlara qoşun dəstələri və yaşayış üçün zəruri miqdarda və kişi nəsli üzrə miras keçən torpaq sahəsi ayırmışdı; həmin sərkərdələrin nəsilləri indiyədək (961-ci il) şəhər divarlarının qarşısındakı ərazini qoruyurlar. Bundan başqa o, xüsusi fəxri geyim nümunəsi müəyyən etmişdi. Məlik səviyyəsinə qaldırılmış bu sərkərdələr həmin geyimlərin üzərində nəqş edilmiş xüsusi rəsmlərə görə Vəxranşah (qabanlar şahı), Şirvanşah (şirlər şahı), Filanşah (fillər şahı), Alanşah (qarğalar şahı) adlanırdı. Onlardan birinə isə gümüş tağ bağışlamışdı. Sərirşah adı da buradan gəlir... [3][4][5]
- Həmzə İsfahani, X əsr tarixçi
Q
redaktə- Qabh dağının (Qafqaz dağlarının) xaqanı, yəni, Sərir ölkəsinin (taxtının) sahibi (Sahib əs-Sərir) Vəxrarzan şah (Vərazan şah), həmçinin Təbərsəran şahı Filan şah Curcanşah (Xursanşah) titullu Ləkz şahı, hal-hazırda mövcud olmayan Məsqət hökmdarlığının şahı, Liranşah titullu Liran şahı və Şirvanşah adlanan Şirvan şahı onların arasında idi. O, Buxxa (ehtimal ki, Türyançay və Əlciançay çayları arasında yerləşən Bərx nəzərdə tutulur) və Zirihgəranın hakimlərini təyin etdi. Qabh dağı ölkələrinin şahlarını təyin edərək, onlarla sülh bağlayaraq, üzərlərinə vergilər qoydu.[6]
- əl-Bəlazuri, IX əsr ərəb tarixçisi
İstinadlar
redaktə- ↑ S. Aşurbəyli. Şirvanşahlar dövləti, Bakı, 2007
- ↑ S. Aşurbəyli. Şirvanşahlar dövləti, Bakı, 2007
- ↑ Hamsae Ispahanensis. Annaliumlibri X.Ed.J.M.E.Gottwaldt,t.l, Textus arabicus, Petropoli, 1844, t.II, Translatio latina, Lipsiae, 1848 (t.I: Berlin, "Kaviani". 1340/1921-22), I, s.4
- ↑ B.Dorn. Versuch einer Geschichte der Schirwanschache. "Memoires de Acad. imp. des sciences de St.-Petersbourg", VI ser., sciences politiques. histoire, philologie, t.IV 1841, c.533-534
- ↑ Моисей Каланкатуйский. Перев Даусетта, с.149
- ↑ S.Aşurbəyli. Şirvanşahlar dövləti, Bakı, 2007