Əbülqasım Firdovsi
Firdovsi (d. 935–1020, tam adı: Əbülqasim Həsən bin Əli Tusi, farsca: حکیم ابوالقاسم فردوسی توسی) - İran ədəbiyyatının görkəmli simalarında biri.

A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A redaktə
- Ağıllı bir adam, sənin can düşmənin olsa belə, cahil dostdan yaxşıdır.
- Ağıllı olan hər adam üzr istəyənin bir günahı olduğuna inanır.
- Atəşdən insana sərinlik gələr mi?
B redaktə
- Belində toxum daşıyan qarışqaya işgəncə etmə, çünki o varlıq canlıdır və həyat onun üçün də şirindir.
- Bir kərə ağaran saç bir daha qaralmaz.
D redaktə
- Dünya başdan-başa əsli olmayan bir nağıldan başqa bir şey deyildir.
- Dünyada vaxtını boş işlərlə keçirmə; yaxşı insanların izindən ayrılma.
E redaktə
Ə redaktə
- Əgər qəlbin yanlış yollara üz tutursan bil ki, yer üzündə sənə qəlbindən başqası düşmən deyildir.
G redaktə
- Gənclik yaz kimidir, qocalıq isə qışa bənzər, elə bir qış ki, arxasından bahar gəlməz.
- Gənclik şərabını dadan dünyada özündən başqa kimsəni görməz.
H redaktə
- Hər istədiyini edə bilmirsənsə edə biləcəyin şeyləri istə.
- Hörmət və izzət pulla alınmır, onu göstərdiyin xeyirxahlıqla əldə edə bilərsən.
İ redaktə
- İnsanın düşmənlərini sevindirəcək şəkildə yaşamasındansa şərəfilə ölməsi daha yaxşıdır.
K redaktə
- Kədərsiz, ağrısız olan varmı?
- Kiçik uşaqların dərdini kiçik görməməli.
X redaktə
- Xam düşüncələri ancaq ağıl bişirər.
M redaktə
- Məlumatlı olan güclü olar.
Ş redaktə
- Şirin söz söyləyən heç kimsən pis söz eşitməz.
T redaktə
- Tənbəllik azad insanı kölə edər.
Y redaktə
- Yer üzündə bütün izdirablar aza qənaət etməməkdən yaranır.
Z redaktə
- Zəhər balla, sevgi də düşmənliklə bərabər gəlir.
- Zəngin o adamdır ki, nəyi varsa, onunla kifayətlənir.
İstinadlar redaktə
- ↑ Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014. səh.116