Əbdül Səttar Ədhi

Əbdül Səttar Ədhi (1 yanvar 1928, Bantva, Britaniya Hindistanı – 8 iyul 2016, Kəraçi, Pakistan) — Dünyanın ən varlı və ən məşhur xeyriyyəçi dilənçisi. Pakistanda Edhi Vəqfinin qurucusu və altmış il ərzində onun direktoru idi. Vəqf ölkə daxilində təcili yardım xidməti, qocalar evləri, uşaq evləri, klinikalar, qadın sığınacaqları, mətbəxlər, narkoman və xəstələr üçün reabilitasiya mərkəzlərinə sahibdir.



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Heç bir din insanlıqdan daha yaxşı deyil.
  • Heç bir rəsmi təhsilim yoxdur. İnsan olmadıqda təhsilin nə faydası var? Mənim məktəbim insanlığın rifahıdır.
  • Həmişə deyirəm, insan ol və insanlığı təbliğ et . Humanitar xidmətimə dörd prinsipə ciddi riayət etməklə başladım: həqiqət, sadəlik, çalışqanlıq və dəqiqlik, təkrar edirəm, insan olun, insanlığı təbliğ edin və insanlığı qəbul edin.
  • İnsanlar təhsilli olublar, amma hələ insan olmayıblar.
  • Mən həmişə deyirəm, insan ol, insanlığı təbliğ et. Mən humanitar xidmətimə dörd prinsipə ciddi riayət etməklə başladım: həqiqət, sadəlik, zəhmətkeşlik və punktuallıq və təkrar edirəm, insan olun, insanlığı təbliğ edin və insanlığı mənimsəyin.
  • Mən kasıblar üçün dilənçiyəm. İnsanlığa xidmət etmək ən böyük cihaddır.
  • Mənim dinim dünyadakı hər dinin əsasını təşkil edən humanizmdir.
  • Mənim heç bir formal təhsilim yoxdur. İnsan olmadıqda təhsilin nə faydası var? Mənim məktəbim bəşəriyyətin rifahıdır.
  • Mənim üçün “Məzlum”a (yoxsul və hüquqdan məhrum) xidmət etmək dua etmək kimidir və bütün insanlar bərabərdirlər və onların hamısı eyni rəftar, hörmət, qayğı və sevgiyə layiqdir.
  • Mənim vəzifəm insanları sevməkdir. ... Hər gün həyatımın ən gözəl günüdür.
  • Ölkəmdə xəstəliyi asanlıqla müalicə edilə biləcək minlərlə insanın yoxsulluqdan ölməsi məni az qala üsyan səviyyəsinə çatdırdı.
  • Vətənimin kasıb insanlarına qayğı göstərin.
  • Yoxsulam, doğrudur. Amma pula məndən çox ehtiyacı olanlar var. 20 ildir, eyni şalvarı və ayaqqabıları geyinirəm. Məncə, mömin müsəlman belə davranmalıdır. Çünki din, dil, irq ayrı-seçkiliyi etmədən insanlara xidmət etmək ən böyük cihaddır.

Xarici keçidlər

redaktə

İstinadlar

redaktə

Vikianbarda Əbdül Səttar Ədhi ilə əlaqəli mediafayllar var.

Vikipediyada Əbdül Səttar Ədhi haqqında məqalə var.