Cahiz, əl-Cahiz Əbu Osman Əmr ibn Bəhr (təxm: 767, Bəsrə - 868, Bəsrə) — Şərqi Afrika əsilli bərbər yazıçısı və alimi.



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Əbədi müdrikliklə dolu qədim yunan mənbələrimiz olmasaydı, keçmişi qarşımıza qoyan və bu əsərlərlə qorunub bizə ötürülən elm dünyasından xəbərsiz olsaydıq, indi əldə etdiyimiz bütün məlumatlardan məhrum olardıq. Qədim Yunan elmləri ilə zənginləşməsəydik və bu mənbələrə əsaslanmasaydıq, məlumat bazamız son dərəcə acınacaqlı vəziyyətdə qalardı və sonsuz çətinliklərlə üzləşərdik. Və əgər biz yalnız öz mənbələrimizin və öz səylərimizin nəticəsi ilə kifayətlənmək məcburiyyətində olsaydıq, biliklərimiz qısır olardı və beləliklə, elmi sivilizasiyaya yiyələnmək cəhdini itirmiş olardıq.
  • Kitab səssizdir, sükuta ehtiyacınız olana qədər. Söhbət istədiyiniz zaman bəlağətlidir, heç vaxt sözünüzü kəsməz, Danışanda heç vaxt sözünüzü kəsmir, ancaq özünüzü tənha hiss etdiyiniz zaman o sizin yol yoldaşınızdır. Kitab sizi heç vaxt aldatmayan, yaltaqlanmayan dostdur, sizdən usanmayan yoldaşdır
  • Məsləhət ağıllar üçün peyvənddir, düzgünlüyün öncüsüdür və uğurun astanasında olan məsləhətçidir.
  • Türklər yaltaqlıq, yalan, ikiüzlülük, böhtan, hiyləgərlik, yaxınlarına təkəbbürlük, yoldaşlarının sıxışdırılmasının nə olduğunu bilməzlər. Onlar bidətçilik qüsuruna məruz qalmamış, qanunlarına görə başqasının əmlakını mənimsəmirlər.
  • Ümumiyyətlə, slavyan qadınları haqqında nə deyə bilərik: cinsi əlaqə zamanı həzz vermirlər.

İstinadlar

redaktə