Əliağa Vahid
Azərbaycan şairi, qəzəlxanı
Əliağa İsgəndərov - (1895-1965) — Azərbaycan-sovet şairi, qəzəlxanı.

A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
C redaktə
- Cəhd eylə o kəslərlə çalış, badəni qaldır,
İnsan kimi zövq artıra məstanələr içrə.
E redaktə
- Ey vətən övladı, bir an vermə fürsət düşmənə!
Qəhrəman zərbənlə göstər dərsi-ibrət düşmənə.
Qoy alov yağsın tüfəngindən, topundan cəbhədə,
Eylə öz dünyasını qəhr ilə zülmət düşmənə.
G redaktə
- Gəzmə bundan belə biganə ilə, qorxum odur,
Bivəfa söyləyib aləm, sənə dünya gülsün.
H redaktə
- Hər aşiqə öz istədiyi yarı gözəldir,
Hər bülbülə öz sevdiyi gülzarı gözəldir.
İ redaktə
- İlqarı gözəl olmayanı istəməz aşiq,
Can ver elə cananə ki, ilqarı gözəldir.
M redaktə
- Mümkünsə fəsad əhli ilə həmqədəh olma,
Nöqsan yetirər şənüvə biganələr içrə. - Musiqi qəm dağıdır, zövq verir insana,
Dərk qılmaz bunu onlar ki, səfalətləri var.
Ö redaktə
- Öz xəlqinə hər kim mey içib versə əziyyət,
Olsun yeri bayquş kimi viranələr içrə.
V redaktə
- Vəsli-yari sevən aşiq gərək hicrinə dözə,
Dözməyən yarinin hicranına – çıxsın getsin.
Z redaktə
- Zahirin düz görünsə də amma,
İçərin əyridir minarə kimi... [1]
Xarici keçidlər redaktə
İstinadlar redaktə
- ↑ Xəzinə. Bakı, 1997. səh.23