Ədəb həddini aşmamaq, qəlb qırmamaqdır. Dedi-qodudan, haqsızlıqdan və ittihamdan uzaq durmaqdır. Bilmədiyin məsələ ilə bağlı susmaq, bildiyin məsələdə ehkam kəsməməkdir ədəb. İnsan ayrıseçkiliyi etməməkdir. Həddini aşmamaqdır.
Əlimdə olsa cənnəti alova verər, cəhənnəmi də bir qab su ilə söndürərəm ki, geridə qalan eşq daimi olsun.
Ən pisi də; Ürəyində söyləyə bilməyəcəyin sözlərin qalmağıdır.
Əsl dostluqlar ortaq zənginliklər üzərində deyil, ortaq yoxsulluqlar üzərində qurulanlardır.
Əvvəl üzlərini unudarıq sevdiklərimizin. Ən çox üzümüzün unudulmasından narahatlıq keçirdiyimiz halda.
Hansı tərəfə gedirsən get. Şərq, Qərb, Şimal və Cənub, çıxdığın hər səyahəti içinə etdiyin bir səyahət olaraq düşün. Öz aləminə səyahət edə bilən adam sonda Yer kürəsini gəzər.
Hər insan dinclik verər ... Kimiləri gəlincə, kimiləri də gedincə.
İçimin tunellərinə girən kimi bir fənər alıram əlimə. Buralar çox qarışıqdı. Neçə dəfə gəlmişəm. Yenə də həmişəki kimi itirəm.
İndi hər kəs sussun! Bir az da hüzur danışsın. Çünki o bu günə qədər heç özündən bəhs etdirmədi.
İnsan neçə həyat yaşayandan sonra yorular? Neçə ildən sonra yaşlı, neçə məğlubiyyətdən sonra bezgin, neçə sevdadan sonra qəlbsiz, neçə kəlmədən sonra lal olar?
Mahnı üç dəqiqə iyirmi saniyə, amma təkrar-təkrar çalınsa sonsuza qədər davam edə bilər.
Mən qapalı sandığın içində gün işığına çıxmağı gözləyən dəfinə deyiləm. Zatən mənə verəcəyin sualların aşağı-yuxarı bütün cavabları səndə gizlidir. Məni kəşf etməyə çalışmağını da, kəşf etdiyini zənn etməyini də istəmirəm. Hələ heç bir zərrə belə özümüzü tanıya bilməmişkən bir-birimizi tanımaq məcburiyyətində deyilik.
Necə ki, insan ağzında yediyinin dadını yox etməmək üçün heç bir şey yemək istəməz, o da son gördüyü görüntünü itirməmək üçün yeni bir şeyi görmək istəmirdi əslində.
Nə qədər silirsən sil, ya dəftərin cırılar, ya da cümlələrin izi qalar.
Niyə baxdın nəyi geridə buraxdığına? Denən, insan tərk etdiyi şeyə niyə dönüb baxar son dəfə?