Din və məzhəb heç bir zaman siyasət aləti kimi istifadə edilə bilməz. Mustafa Kamal Atatürk
Dünya hikmətdir, axirət isə qüdrət. Hikmət alət və səbəblərə ehtiyacı vardır, qüdrətin isə ehtiyacı yoxdur. Əbdülqədir Geylani
Əgər əlində tutduğun yeganə alət çəkicdirsə, hər şey sənə mismar kimi görünəcək. Lütfi Zadə
Əgər mən başqalarının mənə alət düzəltməyini gözləsəydim, heç vaxt heç nə edə bilməzdim. İsaak Nyuton
Əgər uçmaq üçün insanın ruh deyilən bir aləti varsa, o zaman uçan maşının nə mənası? Salvador Dali
Əsl insan başqasının əlində alət ola bilməz. Teodor Drayzer
Həkimlər nadir hallarda özləri özlərini müalicə edir, ruhani əsabələr xütbələrini həmişə yerinə yetirmir, qanunşünaslar isə öz təşəbbüsləri ilə qanunla dolaşığa düşməyi sevmirlər, bilirlər ki, bu kəskin alət etibarsızdır, istifadə vaxtı böyük xərclər tələb edir və çox vaxt layiq olanları yox, layiq olmayanları təmizləyir. Çarlz Dikkens
Qələm yazıçının aləti yox, bədəninin bir üzvüdür. Frans Kafka
Məntiq sübut alətidir, intuisiya – kəşf aləti. Anri Puankare
Müəllim dedi: “Nəcib insan alət deyil”. Konfutsi
Mühakimə etmək üçün Allahın ixtiyarında min cür üsul var. O, ən kiçik alətdən belə istifadə edə bilər. Jül Vern
Mülkiyyət, yarandığı ilk gündən təsiri altında olanlar üçün istismar aləti və vasitəsi olmuşdur. Jan Jak Russo
Tərbiyənin alət və vasitəsi məhəbbət, qayəsi isə insanpərvərlik olmalıdır. Vissarion Belinski