Aleksandr Blok
Aleksandr Aleksandroviç Blok (1880–1921) — Rus şairi, yazıçısı, publisisti, dramaturqu, tərcüməçisi, ədəbi tənqidçisi. XX əsr rus ədəbiyyatının klassiki, rus simvolizminin ən böyük nümayəndələrindən biri.
Aleksandr Blok | |||
Doğum tarixi | 16 noyabr 1880 | ||
Doğum yeri | Sankt-Peterburq | ||
Vəfat tarixi | 7 avqust 1921 | ||
Vəfat yeri | Sankt-Peterburq | ||
Dəfn yeri | Literatorski mostki | ||
|
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
redaktə- Avaralar və dəlisov başlar xalqın rifahı üçün zərərlidir.
B
redaktə- Beynəlmiləlçiliyə nifrət etmək, milli gücü bilməmək və hiss etməmək deməkdir.
- Bəşəri olanlara nifrət, milliliyin gücünü bilməməkdən və duymamaqdan yaranır.
- Bu gün mən dahiyəm!
Ç
redaktə- Çətinliyi aradan qaldırmaq lazımdır. Onun ardınca aydın bir gün gələcək.
- Çox yox, yaradıcılıqla oxumaq lazımdır. Hər bir müəllifə diqqətlə yanaşılsa, onun söz dənizindən inci tapmaq olar.
D
redaktə- Dovşan gözlü sərxoşlar da "In vino veritas!"- (lat.- "Həqiqət şərabdadır", yaxud, "ayığın ağlındakı sərxoşun dilindədir") qışqırırlar.
E
redaktə- … Ehtirasın gücü ağılın soyuqluğu qarşısında heç nədir!..
Ə
redaktə- Ən mürəkkəb, ən zərif və ən həzin musiqi aləti insanın ruhudur.
G
redaktə- Gözəl şeylərin yanımızda olması fikri bizə çox gec gəlib çatır.
- Gülməyimizi yox, onun arxasında olan ağrını dinləyin.
H
redaktə- Həqiqət nə qədər ağır olsa da, bütün dəyərlərin ən yüngülüdür.
- Həqiqi bir insanın ruhu ən mürəkkəb, ən incə və ən melodik musiqi alətidir.
- Hər bir insanda bir neçə insanlar olur və onların hamısı bir-biri ilə vuruşur və həmişə ən ləyaqətli olmayan qalib gəlir. Ancaq çox vaxt ən həllolunmaz görünən şeyləri həyat özü həll edir.
- Həyat, başlanğıcsız və sonsuzdur. Bizi qoruyan isə təsadüfdür.
- Həyata yalnız çox böyük tələblər qoyanda yaşamağa dəyər.
- Həyatda ən yaxşı vaxt — gecə, yatmazdan qabaqkı vaxtdır: sakitçilik, yataqda kitab oxuyursan və bəzən hiss edirsən ki, ləyaqətli insan olmaq olar.
- Həyatın mənası narahatlıqdan və həyəcandan ibarətdir.
X
redaktə- …Xəyal ağılsızlıq edəndə, qəhrəman üçün ölüm qorxulu deyil!
İ
redaktə- İnsan adını yalnız aşiq olan daşıya bilər.
- İnsan həyatının mənasının narahatlıqdan və həyəcandan ibarət olduğunu dərk edən insan artıq meşşan olmayacaq.
- İnsanı insan edən yalnız sosial bərabərsizlik haqqında bilikdir.
- İnsanın vicdanı insanı daha yaxşı şeylər axtarmağa təşviq edir və bəzən ona əvvəlcə narahat və xoş olmayan, amma yeni həyat vəd edən şeylər xatirinə köhnə, rahat, sevimli, amma ölməkdə və çürüməkdə olanlardan imtina etməyə kömək edir.
K
redaktə- Kitablarda nağıllar, həyatda isə nəsr var.
Q
redaktə- Qadın təbəssümünün sirlərindən, suyun şırıltı səslərindən daha çox ruhum öpüş istədi.
- Qeyri-mümkün mümkün, mümkün olan isə bir xəyal idi.
M
redaktə- Musiqini gözləri yumaraq dinləmək lazımdır. Çünki, gecə qaranlığını və zülmətini xatırladan bu şəraitdə hər cür formasız və görünməmiş xaos öz formasını alır və kosmosun bir parçasına çevrilir.
N
redaktə- Nə qədər acı olsa da, həqiqətdən şirin şey yoxdur.
- Nə qədər ki, insan kitabdan istifadə etməyi bacarır, o böyük şey sayılır.
- Nifrət nəcib bir hissdir. Çünki o, yanmış sevginin külündən yaranır.
R
redaktə- Rəssamın birbaşa vəzifəsi sübut etmək yox, göstərməkdir.
S
redaktə- Sevgidə qorxu yoxdur. Mükəmməl sevgi qorxunu aradan qaldırır.
- "Sən mənimsən", "Səninəm", "Sevirəm", "Əbədi səninəm". Mən köləliyi sevmirəm.
- Sizin üçün əsrlər-bizim üçün bir saatdır.
Ş
redaktə- Şair–ahəngin övladıdır və dünya mədəniyyətində lazımi yerini tutur. Ona üc şey tapşırılıb: əvvəla–doğma, əbədi təbiətdən lazımi səsləri ayırmaq; ikincisi–bu səsləri müəyyən ahəngə gətirmək, onları müəyyən formaya salmaq; nəhayət һəmin ahəngi aləmə təqdim etmək.
T
redaktə- Təsadüfi xüsusiyyətləri sil at — Və sən görəcəksən ki, dünya çox gözəldir. İşığın harada olduğunu dərk etsən, qaranlığın harada olduğunu biləcəksən.
V
redaktə- Vətəninə bağlı olduğunuzu nə qədər çox hiss etsəniz, onu canlı bir orqanizm kimi daha real və daha həvəslə təsəvvür edəcəksiniz.
Y
redaktə- Yazıçı özünün gücsüzlüyündən utanmayaraq qarşısına böyük vəzifələr qoymalı, böyük şeylər barəsində düşünməlidir.