Aleksandr Puşkin
dahi rus şairi, dramaturq və nasiri, rus ədəbi dilinin reformatoru
Aleksandr Sergeyeviç Puşkin (rus. Александр Сергеевич Пушкин; 26 may (6 iyun) 1799 - 29 yanvar (10 fevral) 1837) - dahi rus şairi, dramaturq və nasiri, rus ədəbi dilinin islahatçısı.
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
ARedaktə
- Alışqanlıq cənnətin yerinə keçər, xoşbəxtliyin yerini alar.
- Arzular və illər geri qayıtmır.
BRedaktə
- Bir dəfə sevən daha sevməz.
- Bir qadını nə qədər az sevsək, biz daha asanlıqla onun xoşuna gəlirik.
CRedaktə
- Cavabsız sevgi insanı alçaltmır, onu yüksəldir.
DRedaktə
- Dahi ilə pislik bir yerə gələ bilməz.
- Dünyada sonsuz bir xoşbəxtlik yoxdur; nə məşhur bir soy, nə gözəllik, nə güc-qüvvət, nə zənginlik, heç bir şey bizi fəlakətdən qurtara bilməz.
ERedaktə
- Eşq bir qum saatı kimidir, ürək dolarkən, beyin boşalar.
ƏRedaktə
- Ədəbiyyat üçün bir material olaraq, slavyan-rus dilinin bütün Avropa dillərindən üstün bir üstünlüyü var.
- Əvvəl çalışın sonra dincəlin.
GRedaktə
- Gənc qızların göz yaşları sanki səhər çiçəyinə bənzər: günəş çıxan kimi üzərindəki damlalar uçub-gedər.
HRedaktə
- Heç bilənlərlə bilməyənlər bir olarmı.
- Hətta sübutsuz dedi-qodu da özündən sonra dərin izlər buraxır.
İRedaktə
- İki növ cəfəngiyat var: biri hisslər və düşüncələrin çatışmazlığından irəli gəlir, sözləri əvəz olunur; digəri - hiss və düşüncələrin tamlığından və onları ifadə etmək üçün sözlərin olmamasından.
KRedaktə
- Kitab qəlbə həmdəmdir.
QRedaktə
- Qadın ana adlanır. Onun ana qəlbi olmalıdır.
- Qadına heç vaxt demə ki, sən onun sevgisinə layiq deyilsən; o, özü bunu bilir.
- Qadınların hamısı cazibəlidir, onlara gözəlliyi kişilərin sevgisi verir.
- Qadınların şirin diqqəti bizim cəhdlərimizin demək olar ki, yeganə məqsədidir.
MRedaktə
- Mən özüm üçün yazır, pul üçün nəşr olunuram.
- Mütaliə ən yaxşı təlimdir. Böyük adamın fikirləri ilə məşğul olmaq ən maraqlı elmdir.
ORedaktə
- Oyun bitəndə, şah da piyada da eyni qutuya qoyulur.
PRedaktə
- Pis sülh, yaxşı savaçdan daha yaxşıdır.
SRedaktə
- Sevgi ən inadcıl ehtirasdır.
- Sevgi xəstəliyi sağalmazdır.
- Sən oğrusan, sən qorxaqsan, sən ermənisən!
TRedaktə
- Tanrı həqiqəti görər,lakin gözləyər.
- Tənqid, ədəbiyyat və sənət əsərlərinin gözəlliklərini, çirkinliklərini ortaya çıxardan bir elmdir.
ÜRedaktə
- Ümumiyyətlə bütün böyük səhvlərin altında qürur yatar.
VRedaktə
- Vicdanı təmiz olmayan adam yazıqdır.
YRedaktə
- Yalançı, bacaları qarardan his kimi, insanın içini də qarardır.
MənbəRedaktə
- Aforizmlər və hikmətli sözlər. Bakı, 2005.