Aleksis Karrel
Aleksis Karel (1873–1944) — Fransiz cərrahı və fizioloqu.
Aleksis Karrel | |||
Doğum tarixi | 28 iyun 1873 | ||
Doğum yeri | Sainte-Foy-lès-Lyon | ||
Vəfat tarixi | 5 noyabr 1944 | ||
Vəfat yeri | Paris | ||
|
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
redaktə- Axmaq və dahi qanun qarşısında bərabər olmamalıdır.
- Aşağıları yüksəltmək mümkün olmadığından insanlar arasında bərabərliyi təmin etməyin yeganə yolu onların hamısını ən aşağı səviyyəyə endirmək idi. Beləliklə, şəxsiyyətin gücü itirildi.
B
redaktə- Bir insanın həyatı onun xarakteridir.
- Böyük izdihamın səyi nəticəsində bəşəriyyət heç vaxt yeni bir şey əldə etməyib. Bəşəriyyəti irəli aparan az adamın ehtirası, intellektinin alovu və elm, xeyirxahlıq və gözəllik idealı olmuşdur.
- Bütün böyük insanlar intuisiya ilə istedadlıdırlar . Onlar bilməli olduqlarını əsaslandırmadan və təhlil etmədən bilirlər.
Ç
redaktəD
redaktə- Demokratik prinsip elitanın inkişafına mane olmaqla sivilizasiyanın dağılmasına kömək etdi.
- Dini və mənəvi hisslərin zəifləməsi zəkanın zəifləməsi qədər təhlükəlidir.
- Düşüncə və qərarlarımız birbaşa əhval-ruhiyyəmizlə bağlıdır.
Ə
redaktə- Əxlaq düşüncə gücünü artırır, insanlar arasında sülhü təmin edir; sivilizasiya onu elmdən və sənətdən daha çox tərənnüm edir.
- Əslində əcdadlarından böyük bir dəlilik, əqli zəiflik və ya xərçəng yükünü miras alanlar evlənməməlidir. Heç bir insanın başqa bir insanı fəlakətə sürükləməyə haqqı yoxdur. Onun, taleyi fəlakətli övladlar dünyaya gətirməyə haqqı yoxdur.
F
redaktə- Fərdin dəyəri əsasən onun irsi meylləri ilə müəyyən edilir.
H
redaktə- Hər bir insan bir tarixdir və heç kimin tarixi ilə eyni deyil.
- Hər bir insan həyatı boyu yorğunluq, səs-küy və narahatlıq səbəbindən əsəb pozğunluqlarından əziyyət çəkir. Müasir sağlamlıq ömrünü xeyli uzatsa da, xəstəlikləri aradan qaldırmaqdan uzaqdır. Bu sadəcə onların təbiətini dəyişir.
- Hər bir qoca boş-boşuna tükənən istedadları ilə əhatə olunub.
- Hər seçim gücümüzün çoxunu yoxluğa aparır.
- Həyatın məqsədi olmayanda əyləncə bataqlığına axır.
İ
redaktə- İdiot və dahi qanun qarşısında bərabər olmamalıdır.
- İnsan Allaha hava və sudan daha çox möhtacdır.[1]
- İnsan ancaq yıxıldığını anladıqda ayağa qalxar.
- İnsan əziyyət çəkmədən yarana bilməz, çünki o həm mərmərdir, həm də heykəltəraşdır.
- İnsan hər dövrdə və hər yaşda yaşadığı cəmiyyətin həyat vərdişlərinin və düşüncə tərzinin bilavasitə nəticəsidir.
- İnsanın həyatı onun xarakteridir.
Q
redaktə- Qadın öz təbii vəzifəsinə qaytarılmalıdır. Bu vəzifə təkcə uşaq sahibi olmaq deyil, həm də övladlarını böyütməkdir.
- Qadınlar; Onlar ali təhsili həkim, hüquqşünas, müəllim olmaq üçün deyil, öz övladlarını yüksək ixtisaslı etmək üçün almalıdırlar.
- Qarşımıza çıxan yollardan yalnız birini seçmək zərurəti bizi başqa yolların aparacağı ölkələri görməkdən məhrum edir.
M
redaktə- Müasir insan düşkün, qorxaq, həssas və tələbkardır. Nə əxlaq, nə estetika, nə də dini anlayışı var.
- Müasir insan puldan başqa hər şeyə biganədir.
- Müəllim, bir zəkanı tamamilə hazır məlumatlarla dolduran təlimçi deyil, tələbələr öz özlərinə fikirlərini inkişaf etdirmələri üçün onları cəlb edən bir insan olmalıdır.
N
redaktə- Narahatlıq sağlamlığa dərindən təsir edir. Narahatlıqdan qorunmağı bilməyən iş adamları gənc ölür.
P
redaktə- Platonun Tanrısı böyüklüyündə əlçatmaz idi. Epiktetinki şeylərin ruhu ilə qarışıq idi. Xristianlıq isə əksinə, Allahı insanın əlinə keçirib. Ona üz verdi. Onu atamız, qardaşımız, xilaskarımız etdi.
S
redaktə- Sadə insanlar Allahı günəşin hərarəti və bir çiçəyin ətri qədər təbii hiss edərlər.
- Sevməyi bilənə çox yaxın olan, ağlı ilə anlamaq istəyənə o qədər uzaq və gizlidir Allah.
- Sivilizasiyanın tərəqqisində qadınların rolu kişilərdən qat-qat böyükdür, ona görə də onlar kişiləri təqlid etmədən öz qabiliyyətlərini təbiətlərinə uyğun inkişaf etdirməlidirlər.
- Sivilizasiyanın məqsədi elm və texnikanın inkişafı deyil, insanın tərəqqisi olmalıdır.
U
redaktə- Unutmaq olmaz ki, demokratik azadlıqlar yalnız varlılar üçündür.
- Uşaqlar valideynlərinin pis nümunələri ilə korlanmağa davam etdikcə yeni bir dünya qurmaq mümkün deyil.
- Uzunömürlülük ancaq cavanlığı uzatsa arzuolunandır, qocalığı uzadırsa arzuolunmazdır.
V
redaktə- Vəzifə — böyük işlər etmək deyil, lazım olanı etməkdir.
İstinadlar
redaktə- ↑ Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014. səh. 24