Alfred Kapus
Alfred Kapus (Aix-en-Provence, 25 noyabr 1858 - 1 noyabr 1922) - Fransa jurnalisti, yazıçı və dramaturqu.
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
BRedaktə
- Başqalarının yanında verilən nəsihət məzəmmət kimi qəbul edilir.
- Bir qaranquş yaz yaratmaz, amma bir dəvə mütləq səhraya damğasını vurar.
- Borc bir ruh halıdır.
- Boş yerə xəyala qapılmaq ömrü hədər verməkdən başqa bir şey deyil.
- Bütün qadınların eyni olduğu bir an var: bu an uğursuz olduqları zaman gəlir.
CRedaktə
- Cəmiyyətin iki düşməni var. Bunlardan biri qanunları tapdalayanlar, digəri qanunları kor-koranə tətbiq edənlərdir.[1]
ÇRedaktə
- Çox yemək xəstəliyin, az yemək isə müalicənin atasıdır.
DRedaktə
- Dövrümüzün terminologiyasına görə, nəfsi nəcib olanlar enerjisiz, iradəsi olanlar isə vicdansızdırlar.
- Dünyaya ağlaya-ağlaya gəlirik deyə ömür boyu ağlamayacağıq ki!
ERedaktə
- Elə qadınlar var ki, eyni anda bir çox kişiyə əziyyət verməməyi üstün tuturlar və yalnız birinə diqqət yetirməyi üstün tuturlar: sadiq qadınlardır.
ƏRedaktə
- Ədəbiyyat həyata xidmət etmək üçün deyil, ondan qaçmaq üçün yaradılmışdır.
- Əgər bütün insanlar yaxşı və müdrik olsaydılar, heç nə baş verməzdi və yer üzü səhraya çevrilərdi.
- Əzab çəkmək istəmirsənsə, paxıl olma.
FRedaktə
- Fikirinizi tez-tez dəyişməyə alışın. Bir gün həqiqi fikrə sahib olmağın yeganə yolu budur.
GRedaktə
- Gəlin optimist olaq: tibb xəstəliklərdən daha çox dərman kəşf edib.
HRedaktə
- Həqiqət çox ağır olduğu üçün onu hər adam qaldıra bilməz.
- Hər cəmiyyətin iki düşməni var. Bunlardan biri qanunları tapdalayanlar, digəri qanunları kor-koranə tətbiq edənlərdir.
- Həyat uzun müddət pulla bağlı narahatlıqdır.
İRedaktə
- İndiki qadınlar bizim günahlarımızı artıq bağışlamırlar: öz günahlarını da bizə bağışlamırlar.
QRedaktə
- Qorxu içində yaşamaq istəmirsənsə, pislik eləmə.
MRedaktə
- Mən intiharı qorxaqlıq hesab edirəm; bu, tərksilah edilmiş rəqiblə dueldir.
SRedaktə
- Sevgi iki cinsin məsumluğudur.
İstinadlarRedaktə
- ↑ Aforizmlər. Bakı, 2013. səh.34.