Alfred Tennison
Alfred Tennison (1809-1892) - ingilis şairi.
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
ARedaktə
- Atalar sözləri şəhadət barmağında daim parlayan qiymətli üzüklərdir.
BRedaktə
- Bəşəriyyətə ən böyük ziyanı spirtli içkilər vurur.
- Bilik gəlir-gedir, amma hikmət qalır.
- Bir kədəri sevincə çevirə bilsəniz, həmin gün yaxşılıq etmiş olarsınız.[1]
ÇRedaktə
- Çiçək, mən səni divarın çatından qoparmışam, sənin kökünü və bütünlüklə səni öz əlimdə tutmuşam. Lakin əgər mən dərk edə bilsəydim ki, sən, sənin kökün və başdan-başa sənin özün nəsən, onda mən anlaya bilərdim ki, insan nədir və Allah nədir.
DRedaktə
- Dünya həmişə səs-küylü dəyişiklik girdabından yayınır.
HRedaktə
- Heç bir düşmən qazanmayan adam dost da qazana bilməz.
XRedaktə
- Xoşbəxt olmaq istəyirsənsə, əvvəl özünü tanı, sonra arzularını idarə etməyi öyrən.
İRedaktə
- İstehza uşaqların qəlbində yüksələn zəhərli tüstüdür.
QRedaktə
- Qışqırıqlı qışqırıqlara cavab olaraq, biz nəcibcəsinə susacağıq.
MRedaktə
- Meyxanalar insanların məhv edildiyi qəssabxanadır.
ÖRedaktə
- Ömür qısadır, amma sevgi əbədidir
SRedaktə
- Sevib itirmək, heç sevməməkdən yaxşıdır.
- Səni hər düşünəndə bir çiçəyim olsaydı... Bağımda əbədi gəzə bilərdim.
YRedaktə
- Yarım həqiqət olan yalan heç vaxt tam yalan deyil.
İstinadlarRedaktə
- ↑ Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014. səh.511