Andre Gid
Fransa yazıçısı
(Andre Jid səhifəsindən yönləndirilmişdir)
Andre Gid (1869–1951) — Fransa yazıçısı, Ədəbiyyat üzrə Nobel mükafatı larueatı (1947).
Andre Gid | |||
Doğum tarixi | 22 noyabr 1869 | ||
Doğum yeri | Paris | ||
Vəfat tarixi | 19 fevral 1951 | ||
Vəfat yeri | Paris | ||
Dəfn yeri | Q98382676 | ||
|
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
redaktə- Açılmamış qanadların böyüklüyü bilinməz.
- Axmaq görünməyə çalışmaq ən böyük ağıllıqlıqdır.
- Arzular, heçmi yorulmayacaqsınız.
B
redaktə- Başqa birinin sizin qədər yaxşı edə biləcəyi bir şeyi buraxın o etsin, siz etməyin.
- Bir xalqı mədəniləşdirmək, onlara yeni ehtiyaclar hiss etdirməkdən başqa bir şey deyil.
- Bir şey sizi darıxdırmırsa, dərhal onun kifayət qədər dərin olmadığını düşünürsünüz.
D
redaktə- Dostum, həyatı insanların sənə təqdim etdiyi kimi qəbul et. Həyatın daha yaxşı ola biləcəyinə özünüzü inandırın.
- Düz yol heç vaxt hədəfdən başqa heç bir yerə aparmaz.
Ə
redaktə- Ən alçaq yalanlar həqiqətə ən yaxın olanlardır.
- Ən gözəl çiçək, ən tez solandır.
G
redaktə- Gerçəyi axtaranlara güvən və onların tapdıqlarından şübhə et.
- Gözəl bir başlanğıc yarıbayarı müvəffəqiyyət deməkdir.
H
redaktə- Həqiqəti axtaranlara inanın. Onu tapanlardan şübhələnin.
- Həqiqətin rəngi bozdur.
- Hər cür pisliyi etməyə müqtədir ikən, pis bir şey etməmək: Budur yaxşılıq.
- Hər İsveçrəli öz buzlağını içində daşıyır.
- Hər şey ondan həzz almağı bilənlərindir.
- Həyat, çox zalım bir müəllimdir. Əvvəl imtahan edər, sonra dərsi verər.
- Həyat yaşla yox, yaşamaqla anlaşılır.
- Həyatın qanunlarından biri deyir ki, bir qapı bağlanan kimi digəri açılır. Amma bütün bəla ondan ibarətdir ki, biz bağlı qapıya baxırıq, açılan qapıya fikir vermirik.
- Hikmət Allah qorxusunun bitdiyi yerdə başlayır.
X
redaktə- Xatirə yazmaq, ölümün əlindən bir şey qurtarmaqdır.
İ
redaktə- İnsanın həyatı, insanın xəyalıdır.
M
redaktə- Mən qarşısını ala bilmədiyim şeyləri şansa bağlamağa üstünlük verirəm.
- Müdrik adam, hər şeyə çaşan adamdır.
O
redaktə- O, Platonun təsvir etdiyi Ameles bulağının suyuna bənzəyir, onu heç bir qabda saxlamaq olmaz. Hər an gətirdiyi hər şeyi əlindən ala bilər.
- Olmadığın biri olaraq sevilməkdənsə, olduğun biri olaraq nifrət edilmək daha yaxşıdır.
Ö
redaktə- Özü özünün xoşbəxtliyinə mane olmaqda insan fövqəladə bacarıqlıdır.
S
redaktə- Sahili gözdən itirməyə cəsarət etmədikcə insan, yeni okeanlar kəşf edə bilməz.
T
redaktə- Təcrübə məsləhətdən daha yaxşı öyrədir.
Y
redaktə- Yaxşı başlanğıc uğurun yarısıdır.
- Yaxşı bir başlanğıc, yarı yarıya müvəffəqiyyət deməkdir.
- Yaxşı işçilər həmişə daha yaxşısını edə biləcəklərini hiss edirlər
- Yaşayanlardan əsirgənən dəyər ölülərə çox asan verilir.
- Yükləndiyimiz vəzifə nə qədər zəhmətli olsa da, ruhumuzu o qədər tərbiyə edib ucaldar.[1]
İstinadlar
redaktə- ↑ Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014, səh. 505