Andre Mari Şenye

Andre Mari Şenye (30 oktyabr 1762 - 8 iyul 1794) - Fransız şairi və dramaturqu

Andre Mari Şenye
Doğum tarixi 30 oktyabr 1762
Doğum yeri İstanbul
Vəfat tarixi 25 iyul 1794
Vəfat yeri Paris
Dəfn yeri Picpus Cemetery
Vikipediya məqaləsi



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Artıq qəbrin yanında olduğumuz zaman müdrik oluruq.
  • Bayağı, xəsis və hörmətsiz zənginlərin istedadları ayırd etmək üçün aydın ruhu yoxdur.
  • Bədbəxt sevgililər bir gündə qocalarlar.
  • Bədbəxtlik ancaq müqavimətlə qalib gəlir.
  • Bir çox ehtiraslar böyük gücdən yaranır.
  • Dad incə sağlam düşüncədən başqa bir şey deyil, dahi isə ülvi ağıldır.
  • Düşün ki, hətta xoşbəxt olmaq üçün də buna öyrəşməlisən.
  • Həddən çox təvazökarlıq gizli qürurdan başqa şey deyil. [1]
  • Hər bir insan öz bədbəxtliklərindən danışaraq özünə təsəlli verir.
  • Hər bir insan öz dərdlərini danışanda rahatlaşır.
  • Həssas olmayan iddialıya yazığım gəlir.
  • İncəsənət ruhun daşımalarının zəif tərcüməçisidir; sənət ancaq misralar yaradır; yalnız ürək şairdir.
  • İnsan müdrik olduğu an qəbrin yanındadır.
  • Kasıb olmağı bilmək şirin bir xəzinədir.
  • Qadın həmişə şıltaq və qeyri-ciddi olur.
  • Liderimiz konstitusiya, birliyimiz milli məclisdir.
  • Maneələr bizi böyük insanlar olmağa məcbur edir.
  • Onu tərk etməzdən əvvəl həyatdan istifadə etməlisən. Ağıllı olmağın vaxtı qəbrin yanındadır.
  • Ölənə qədər ümid edirik.
  • Pislərin xoşbəxtliyi tanrıların cinayətidir.
  • Respublika bizi çağırır, ya qalib gələk, ya da ölək.
  • Sevgi məşəli ilə qanadlarımın əridiyini gördüm.
  • Sərbəst yoxsulluq belə şirin bir xəzinədir!

İstinadlar

redaktə
  1. Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014. səh.455