Anna Bartkulaşvili

Anna Bartkulaşvili
Vikipediya məqaləsi



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


A redaktə

  • Ağac kölgə yaradır, amma kölgədə inkişaf edə bilmir
  • Ağac qocalır və əksər hallarda çürüməkdən məhv olur.
  • Ağlasığmaz təsadüflər nə qədər çox baş verirsə, uğura da o qədər çox etimad bəsləyirik.
  • Analıq bakirəliklə bir müstəviyə gəlməyən bir anlamdır.
  • Ancaq yatan oyana bilər
  • Ayrı-ayrı xarakter və taleli bir çox insanları birləşdirən nədir? Yəqin ki, elə onları bir-birindən fərqləndirən şeyin özü.

B redaktə

  • Başqasına quyu qazma, qoy özü qazsın.
  • Balın şirinliyi, arının sancmasına bəraət qazandırmır.
  • Belə bir üsul var – yan qaçmaq, axtarmaq üsulunu xatırladır.
  • Bəzən uzun çəkən ayrılıq məhəbbətin bütün mahiyyətini itirir.
  • Bəzi göbələklər həyatda ancaq bircə dəfə yeyilir.
  • Bəzi insanların iki – bir həqiqi dərisi, bir yalançı dərisi olur.
  • Bəzi ürəklər qocalmırlar, onlar ölü doğulurlar.
  • Bir çox insanların baş beyninin qabığı palıddandır.
  • Biz balaca adamlarıqsa, bu, o demək deyil ki, böyük işlərdən qorxuruq.
  • Biz insanlar əslində xurafatçıyik, çünki tənbəlik.
  • Bizim zamanımızda xeyirxahlıq(ürəyiyumşaqlıq) xəyanətin bir formasına çevrilə bilər.
  • Bu dünyada özünü tapmaq üçün harada olduğunu müəyyənləşdirməlisən.
  • Büdcəni yanmayan dolab(şkaf) kimi dərk eləmək olmaz.

D redaktə

  • Dahi – dahi olduğuna görə günahkar olmadığı kimi, bəzi adamlar da yararsız olduqlarına görə günahkar deyillər.
  • Diqqət yetirsək, ilk baxışdan xətrə dəyməyən, boş, sadə və gülməli görünən şeylər, müəyyən məqamda xüsusi məna kəsb edə bilər.
  • Dözümlülük və əmək nəyisə qazandırar, ancaq yaxşı maddi vəziyyətə sahib olmaq üçün, gərək bəxtin gətirsin.
  • Dünyaya iməkləməyə gələn insan üçün hayat asandır; o hər yerə başını soxub keçə bilər.

Ə redaktə

  • Əclaflıq ona hər an cavab verilə bilinməyəcək üstünlüyə malikdir.
  • Əgər qadın sirr saxlayırsa, deməli onun bölüşməyə heç kimi yoxdur.
  • Ən dərin uçurum – maliyyə uçurumudur; orada itkin düşmək olar.
  • Əvvəlcə valideynlər arzu edirlər ki, övladları dil açsın, sonra onlara susmağı əmr edirlər.

G redaktə

  • Gəncliyin gələcəyə ümid bəsləməyə ixtiyarı var
  • Gözəl qadınlar gözəl olmayan qadınların uğurlarına tez-tez qibtə eləyirlər, gözəl kişilər isə uğurların bəzən gözəl olmayan kişilərin payına düşdüyündən bixəbər olduqlarından öz gözəllikləri ilə öyünürlər.
  • Gülüş olan yerdə həyat var.

H redaktə

  • Hakimlər bədən xəsarəti yetirmədən öldürürlər.
  • Heyvanlar aləmində göyərçin kimi doğulan sonradan qartala çevrilmir, bu, insanlar içərisində müşahidə olunur.
  • Həmişə “Mən ağıllıyam” deyən adam…şübhə doğurur.
  • Hər ailənin özünün kiçik ailə günəşi olur.
  • Hər bir din yaxşıdır, əgər o insana kömək edə bilirsə.
  • Hər nişanlanana evlənmək nəsib olmur.
  • Həyat təkcə bədənin təabatından deyil, həm də zövqdən ibarətdir.
  • Hökumətin əsas keyfiyyəti – onun sabitliyidir.

İ redaktə

  • İllustrasiyalı ensklopediya alanlar, bir qutu meyvə alsalar da, evə ancaq boş qutu gətirən adamları xatırladırlar.
  • İndi həqiqətən mədəni adam olmaq marağında olanlar çox azdır.
  • İnqilab qısa müddət ərzində yoluxan, gec müalicə olunan xəstəliyə bənzəyir
  • İnsanlar başlıca olaraq uğura ona görə ümüd bəsləyirlər ki, işləmək istəmirlər.
  • İnstinkt qadınları daha tez birləşdirir, nəinki kişiləri

J redaktə

  • Jurnalistlər başqalarına özlərinin anlamadıqlarını izah edən insanlardır.

Q redaktə

  • Qadın təbiətcə demokrat deyil, çünki hər cür bərabərliyin əksinədir.
  • Qadınlar kişilərdən keçmişi, kişilər isə qadınlardan gələcəyi gizlədir.
  • Qadınlar sevdiklərinə ərə getdikdə, sevdiklərindən biri azalır.
  • Qadınlar arasında bakirə qalanlar anlaşmazlığın üzündəndir
  • Qadınlar qısqanc olanda, kişilər xüsusilə qərar verməkdə zirək olurlar.
  • Qadınların çoxu öz sağlamlıqlarını qorumaq üçün yox, qəşəng paltarlarını göstərmək üçün kurortlara tələsirlər.
  • Qalxa bilmirsən? İməklə
  • Qatarlar iri inəklərə oxşayırlar – onlar da çirkli olur, tövşüyür, fit çalır, təkcə bir istiqamətə hərəkət edirlər.
  • Qənaətkar-simicin qardaşıdır.
  • Qısqanclıq üçün güc sevmək üçün lazım olan gücdən çox olur.
  • Qızılgül çiçək açan budağında da ölür.
  • Qızılgül qadından o mənada yaxşı və ya pisdir ki, tırtılın onun üzərindəki qoyduğu izlər görünür
  • Qoyunun dərisini soymaq yox, yununu qırxmaq lazımdır.

M redaktə

  • Massaj eləmək – massajistin arıqlaması üçün ən yaxşı vasitədir.

N redaktə

  • Nəyin ki insan, cəmiyyət da sifətini dəyişə bilər.
  • Nikah güc və gözəllik arasındakı mütənasibliyi məhv edir, sevgini diktəyə çevirir

P redaktə

  • Pulu havaya səpələməmişdən öncə küləyin istiqamətini müəyyənləşdirmək lazımdır.

S redaktə

  • Səsini çıxarmayan çoxluq – bu əslində susmayan çoxluqdur.
  • Siyasi lətifə – bu öz – özlülüyündə uzun müddətli susmaqdan sonrakı şifahi qırmadır.
  • Söz əsən külək kimidir. Onun yaratdığı dalğa küləyin əsməsi nəticəsində yarpaqların yaratdığı dalğaya bənzəyir.
  • Su samurunun arzusu da qunduzun arzusu kimidir.

Ş redaktə

  • Şöhrətpərəstlik təbii haldır, ancaq öz çərçivəsindən çıxmamalıdır.

U redaktə

  • Uca o adam deyil ki, boyu uzanıb, uca o adamdır ki, yüksəkliyə ucalıb.
  • Uğura inam mövhumata yaxındır.
  • Universitet! desək, hərdən adama elə gəlir ki, müasir universitetlərin vəzifələri yalnız təhsil haqlarını yığmaqdan və bunun müqabilində təhsil almaq haqqında diplom vermək təlabatından ibarətdir.Təəsüflər olsun ki, tələbənin – müasir dövrdə əsas aparıcı qüvvə olmasını çox adam başa düşmür.

Ü redaktə

  • Ürəyi olmayan adamlar infarktdan ölməz.
  • Üzərinizə əzabverici əməyi – tənbəlliyi götürməyin.

Y redaktə

  • Yaxşı iş görmək üçün çox düşünmək lazım deyil, çünki vaxt qalmayacaq.

Z redaktə

  • Zarafatı başa düşməyən adam, gülməkdən ölməz.

İstinadlar redaktə