Anna Karenina
1877-ci ildə yazılmış Lev Tolstoy romanı
Anna Karenina - Görkəmli rus yazıçısı Lev Tolstoyun əsəri.
Əsərdən sitatlar
redaktəA | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
B
redaktə- Bahar planlar və fərziyyələr vaxtıdır.
- Bu pis bir dairədir. Qadın yetərincə təhsil almadığına görə hüquqlarından məhrum olur, təhsilin qeyri-kafiliyi isə hüquqların olmamasından irəli gəlir.
- - Bu yalnız bir şeyi sübut edir: sizin qəlbiniz yoxdur!
Ancaq baxışları onun qəlbi olduğunu və buna görə ondan qorxduğunu deyirdi.
- Bütün xoşbəxt ailələr bir-birinə bənzəyir, hər bədbəxt ailə isə özünə görə bədbəxtdir.
D
redaktə- Darıxmamaq üçün nəyin darıxdırıcı ola bilməsi haqda fikirləşmək lazım deyil.
G
redaktə- - Görürsünüzmü, qadın elə bir predmetdir ki, onu nə qədər öyrənirsən öyrən, həmişə yenilənəcəkdir.
– Onda ən yaxşısı heç öyrənməməkdir”.
H
redaktə- Hamımız əzab-əziyyət çəkmək üçün yaradılmışıq. Və hamımız da bunu bilirik. Özümüzü bir təhər aldatmaq üçün müxtəlif vasitələrə əl atırıq.
- Həyatın bütün çətin və həlledilməz suallara verdiyi ümumi cavabdan başqa cavab yox idi. Cavab belə idi: “günlərin tələbinə görə yaşamaq lazımdır, yəni unutmaq".
- Hörməti məhəbbətin yerini tutan boşluğu gizlətmək üçün uydurublar.
İ
redaktə- İnsana ağıl onu narahat edən şeylərdən yaxasını qurtarmaq üçün verilib.
- İnsanın alışa bilməyəcəyi heç bir şərait yoxdur, xüsusən də ətrafındakıların hamısının eyni şəkildə yaşadığını görsə.
- İnsanlardan yeganə xilas yolu onlardan yaralarını gizlətməkdir.
Q
redaktə- Qadın üzərində hər şeyin fırlandığı vintdir.
- Qınayıb, haqq qazandırmaq edib nifrət bəsləyəndə ona həlledilməz görünən şeylər bağışlayıb sevəndə sadə və aydın oldu.
- Qısqanmıram, ancaq təhqir olunmuş və alçaldılmışam. Ona görə ki, kimsə belə düşünə, kimsə sənə bu gözlərlə baxa bilər…
M
redaktə- Məhv olmaq istəməyəni xilas etmək mümkündür.
- Məncə... başlar qədər ağılların olduğu doğrudursa, deməli, ürəklər qədər sevginin növləri də var.
N
redaktə- Nə olduğunu və niyə burda olduğunu bilmədən yaşamaq olmaz. Bunu isə bilə bilmərəm, deməli, yaşaya da bilmərəm.
O
redaktə- O, balıq tutmağı xoşlayırdı. Və belə axmaq məşğuliyyəti xoşladığına görə özü ilə fəxr də edirdi.
- Onun inadkar və yorğun baxışları ilə qarşılaşanda ürəyini xoşagəlməz bir hiss bürüdü, sanki onu fərqli görəcəyini gözləyirdi. Xüsusilə onunla görüşəndə yaşadığı özündən narazılıq hissi onu heyrətə gətirdi. Bu hiss əri ilə münasibətlərində yaşadığı ikiüzlülük şüuru kimi intim, tanış bir hiss idi. Ancaq indiyə qədər o, hissləri nəzərə almamışdı, indi bunu aydın və ağrılı şəkildə dərk edirdi.
Ö
redaktə- Ölüm haqda düşünəndə həyatın gözəlliklərinin sayı da azalır.
- Özünü alçaldan yüksələcək.
S
redaktə- Səndə və məndə bir əsas üstün cəhət var: bizi almaq çətindir. Belə insanlar isə heç vaxt gərəkli olmur.
Ş
redaktə- Şübhələndiyimdə ümidim var idi.
T
redaktə- Təhsilin məqsədi elə budur – hər şeydən zövqü-səfa yaratmaq.
- Təsir həmişə həqiqi təhsil tərəfdədir.
V
redaktə- Vermirəm, çünki bunu məndən heç kim istəmir.
Y
redaktə- Yaxşı iştaha – deməli, vicdan təmizdir.