Antuan de Rivarol
(Antuan Rivarol səhifəsindən yönləndirilmişdir)
Antuan de Rivarol (1753-1801) - Fransa yazıçısı

A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A Redaktə
- Atalar sözləri bütün xalqların təcrübəsinin və bütün əsrlərin sağlam düşüncəsinin bəhrəsidir, formullara çevrilir.
B Redaktə
- Bayquşlar günəş tutulmasına sevindiyi kimi, kiçik ruhlar da böyük dahilərin bütü ilə sevinir.
- Bədbəxtlik bir insanı təkəbbürdən daha xoşbəxt edir.
- Bütün dünyanın Fransaya, İngiltərənin isə bütün dünyaya ehtiyacı var.
D Redaktə
- Danışan və bağıran paxıllıq, adətən, ziyansız olur, qınına çəkilmiş dilsiz paxıllıqdan qorxmaq lazımdır. [1]
- Dünyada istedadlılardan daha ağıllı insanlar var. Cəmiyyət tamamilə istedaddan məhrum olan ağıllı insanlarla doludur .
E Redaktə
- Ehtiraslar qəlbin ehtiyaclarından qaynaqlanan, qane olana qədər əziyyət çəkən şiddətli istəklərdir.
Ə Redaktə
- Əxlaq ədalət və vicdanın qızıdır: ümumbəşəri bir dindir.
H Redaktə
- Harada ki, ordu xalqdan asılıdır, orada hökumət sonda ordudan asılı olacaq.
- Heç bir iş görməmək, əlbəttə çox böyük bir üstünlükdür, amma bundan sui-istifadə edilməməlidir.
X Redaktə
- Xalqa mücərrəd ideyalar deyil, aydın və gerçək həqiqətlər lazımdır.
- Xəyal - gəncliyin dostudur.
İ Redaktə
- İdeyalar yalnız istedadın əlində maraq qazanan kapitaldır.
- İnsanın yığdığı var-dövlətdən faydalana bilməməsinin səbəbi elə onun varlanmasına imkan açan qabiliyyətlərdir.
Q Redaktə
- Qarın, düşüncələrin yetişdiyi torpaqdır.
- Qanun hakimiyyətə əsaslanan mülkiyyət hüququdur; güc olmayan yerdə qanun ölür.
- Qorxu duyğuların ən pisidir. O, ürəyi və ağlını iflic edir.
M Redaktə
- Mehriban dostluq da, qatı nifrət də öz başlanğıcını sıx ünsiyyətdən alır.[2]
- Mətbəə düşüncə artilleriyasıdır.
N Redaktə
- Naxış düşüncənin artilleriyasıdır.
O Redaktə
- Ordu nizam-intizamı ağırdır, amma bu, boyunduruğun yox, qalxanın ağırlığıdır.
- Ordunun xalqdan asılı olduğu yerdə hakimiyyət də nəticədə ordudan asılı olacaq.
Ö Redaktə
- Ölməkdən daha çox yaşamaq üçün daha cəlbedici səbəblər lazımdır.
S Redaktə
- Sui-qəsd bəzən ağıllı insanlar tərəfindən tərtib edilsə də, həmişə qaniçən bir heyvan tərəfindən həyata keçirilir.
T Redaktə
- Təəssüf ki, yalnız varlıların yetişdirə biləcəyi fəzilətlər var.
- Tərcümə, tərcüməçinin ana dilini inkişaf etdirir.
- Təvazökar insan hər şeyi qazana bilər, məğrur insan isə hər şeyi itirə bilər, çünki təvazökarlıq həmişə alicənablıqla, qürur isə paxıllıqla görüşür.
U Redaktə
- Uşaqlıq hər şeyin heyrətamiz olduğu və heç bir şeyin təəccüblü olmadığı dövrdür.
V Redaktə
- Var-dövlət insanlara bəzən onu itirmək qorxusundan başqa heç nə vermir.
- Varlıların sərvətindən zövq almaq üçün yoxsulların iştahına sahib olmaq lazımdır.
Y Redaktə
- Yaddaş həmişə qəlbin əmrindədir.
Z Redaktə
- Zaman çay kimidir, öz mənbəyinə qayıtmaz.