Antuan de Rivarol
Antuan de Rivarol (1753-1801) - Fransa yazıçısı
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
BRedaktə
- Bədbəxtlik bir insanı təkəbbürdən daha xoşbəxt edir.
DRedaktə
- Danışan və bağıran paxıllıq, adətən, ziyansız olur, qınına çəkilmiş dilsiz paxıllıqdan qorxmaq lazımdır. [1]
- Dünyada istedadlılardan daha ağıllı insanlar var. Cəmiyyət tamamilə istedaddan məhrum olan ağıllı insanlarla doludur .
ERedaktə
- Ehtiraslar qəlbin ehtiyaclarından qaynaqlanan, qane olana qədər əziyyət çəkən şiddətli istəklərdir.
ƏRedaktə
- Əxlaq ədalət və vicdanın qızıdır: ümumbəşəri bir dindir.
HRedaktə
- Harada ki, ordu xalqdan asılıdır, orada hökumət sonda ordudan asılı olacaq.
- Heç bir iş görməmək, əlbəttə çox böyük bir üstünlükdür, amma bundan sui-istifadə edilməməlidir.
XRedaktə
- Xəyal - gəncliyin dostudur.
İRedaktə
- İnsanın yığdığı var-dövlətdən faydalana bilməməsinin səbəbi elə onun varlanmasına imkan açan qabiliyyətlərdir.
MRedaktə
- Mehriban dostluq da, qatı nifrət də öz başlanğıcını sıx ünsiyyətdən alır.
- Mətbəə düşüncə artilleriyasıdır.
ÖRedaktə
- Ölməkdən daha çox yaşamaq üçün daha cəlbedici səbəblər lazımdır.
TRedaktə
- Təəssüf ki, yalnız varlıların yetişdirə biləcəyi fəzilətlər var.
- Tərcümə, tərcüməçinin ana dilini inkişaf etdirir.
VRedaktə
- Var-dövlət insanlara bəzən onu itirmək qorxusundan başqa heç nə vermir.
- Varlıların sərvətindən zövq almaq üçün yoxsulların iştahına sahib olmaq lazımdır.
YRedaktə
- Yaddaş həmişə qəlbin əmrindədir.
İstinadlarRedaktə
- ↑ Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014, səh.347